Namiqdən Vüqara cavab: “Üzbəüz gələndə əldənayaqdan gedirlər, boynuma sarılırlar, əsl aktyordurlar”


Şou-biznes 21 Noy 2025 01:16:00 67 0

Namiqdən Vüqara cavab: “Üzbəüz gələndə əldənayaqdan gedirlər, boynuma sarılırlar, əsl aktyordurlar”

Meyxanaçı Vüqar Əbdülov həmkarı Namiq Qaraçuxurlu və Namiq Məna ilə bağlı qalmaqallı açıqlama verib.

Son.az xəbər verir ki, "Rəngarəng" verilişində danışan Vüqar həmkarlarının meyxana üçün heç nə etmədiyini bildirib:

"Meyxana sənətində heç kim heç nə etməyib.

Namiq Qaraçuxurlu istedadlıdır. Amma cəmi bir kaseti olub. Qalanları öz karyerası üçün edib. Adını, brendini düzəltmək üçün özü üçün oxuyub. Namiq Məna da heç nə etməyib. Bu dədiqə Yazçılar Birliyinin üzvüdür (AYB Qubadlı Regional Bölmənin sədri - red.), nə rəqs, nə alət, nə başqa şey yazıb. Mənim 20 dənə meyxanam var, hamısını öz cibimdən etmişəm. Demişəm, sənət üçün qalsın. Meydan yoxdur. Muğam oxuyurlar, amma onu 10 ayda 1 dəfə toyda istəyərlər. Meyxana da eyni". 

Mövzu ilə bağlı "Medianews.az"a açıqlama verən bədihəçi-şair Namiq Məna həmkarlarının heç bir sözünə əhəmiyyət vermədiyini bildirib:

"Onların fikri mənim üçün önəmli olmadığı üçün bir o qədər də əhəmiyyət vermirəm. Çünki mənim gördüyüm işləri, çəkdiyim zəhməti, əziyyəti kimsə görmürsə, demək ki, görmə qabiliyyətində problem var. Mən Yazıçılar Birliyinin Şərqi Zəngəzur regional bölməsinin rəhbəriyəm. Bu da 6-7 rayonu əhatə edir. Eyni zamanda digər mədəniyyət sahələrində də çalışıram. 

Özüm haqda nəyisə danışmağı xoşlamıram. 

Bilirsiniz ki, bədihəçi-şair kimi Amerikaya qədər gedib çıxmışam. Beynəlxalq Muğam Festivalına bədihə janrında deyə-deyə sazın müşayiəti ilə aparıcılıq etmişəm. "De gəlsin" meyxana yarışmasının qalibi olmuşam. Mənim təşəbbüs və xahişimlə bu layihəni Atv kanalında "Sözüm var" adı ilə yenidən başlatmışıq. Bunlar saydığım, sadaladığım 1-2 nüansdır".

Namiq Məna bildirib ki, efirlərdə onun haqda rahat danışan həmkarları, onunla həyatda üz-üzə gələndə başqa münasibət göstərirlər:  

"Ən azından gedib aparıcıya şikayət etməzlər. Kiminsə sözü varsa özümə zəng edib desin, mən ona aydınlıq gətirim. Sənət yoldaşlarımın bu cür qısqanclıq və paxıllığına çox təəssüf edirəm. Üzbəüz gələndə adam üçün əldən-ayaqdan gedirlər. Elə mehribanlıq edirlər, boynuma sarılırlar ki, heç onlara deyəcəklərim yadıma düşmür. 

Şeytan xislətli insanlar cəmiyyətdə çoxdur. 

Əsl aktyorlar səhnədə olur, amma görürsən ki, həyatdakı peşəkar aktyorların sayı daha çoxdur. Arxada başqa cür danışırlar. Belə qeyri-ciddi ifadələrə o qədər də əhəmiyyət vermirəm. Mənim haqda ciddi adamlar nəsə desələr əhəmiyyət verərəm. Masazır yolunda "De gəlsin" restoranım fəaliyyətə başlayıb. Buranı sənət ocağı kimi qorumağa çalışırıq. Həm muğam, həm saz ifaları səsləndirilir, bədihə janrının təbliğatına geniş yer verilir. Məqsədimiz milli, folklor janrımızı təbliğ etməkdir". (bizim.media)

İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir like
  • 21 Noy 01:06  
Digərləri İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir

Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəv

arrow Ətraflı
Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü like
  • 21 Noy 01:01  
Digərləri Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü

Mütəxəssislər insan orqanizmində qocalma prosesinin bütün yaşlarda eyni

arrow Ətraflı
Yeni ilə qədər serialdan ayrılacaq like
  • 21 Noy 00:43  
Şou-biznes Yeni ilə qədər serialdan ayrılacaq

Baş rollarını Sinem Ünsalla Ozan Akbabanın paylaşdığı "Uzak şehir

arrow Ətraflı
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı like
  • 21 Noy 00:36  
Digərləri Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı

Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə h

arrow Ətraflı
Toy, yas, sosial media... like
  • 21 Noy 00:33  
Şou-biznes Toy, yas, sosial media...

Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev du

arrow Ətraflı
Onlar mənim üçün müəllim deyil like
  • 21 Noy 00:25  
Digərləri Onlar mənim üçün müəllim deyil

Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o, mənim üçü

arrow Ətraflı
COP30un keçirildiyi ərazidə yanğın baş verib like
  • 21 Noy 00:24  
Dünya COP30un keçirildiyi ərazidə yanğın baş verib

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üz

arrow Ətraflı
Gitarası oğurlanan şəhid Fəxri  “Ana, əsgər gedirəm” like
  • 21 Noy 00:22  
Digərləri Gitarası oğurlanan şəhid Fəxri “Ana, əsgər gedirəm”

Dünəndən bəri Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidləri S

arrow Ətraflı
“2030cu ilə qədər 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq” like
  • 21 Noy 00:18  
Digərləri “2030cu ilə qədər 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq”

"Növbəti sertifikatlaşdırma mərhələsində 35 faiz əmsalından deyil

arrow Ətraflı
Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır like
  • 21 Noy 00:12  
Digərləri Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır

Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü,

arrow Ətraflı
Radiatorun üzərinə qoyun – rahatlıq və hüzuru həmin an hiss edin like
  • 20 Noy 23:45  
Digərləri Radiatorun üzərinə qoyun – rahatlıq və hüzuru həmin an hiss edin

Qış aylarında evdəki radiator yalnız istilik mənbəyi deyil, düzgün isti

arrow Ətraflı
"Sinəmdəki silikonu çıxartdıracağam" like
  • 20 Noy 23:32  
Şou-biznes "Sinəmdəki silikonu çıxartdıracağam"

"Şəhərdə oturanda elə gözəl qızlar görürəm ki... Düşünürəm

arrow Ətraflı
210 manat maaş alan müəllimlərin sayı like
  • 20 Noy 23:16  
Digərləri 210 manat maaş alan müəllimlərin sayı

"Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır".

arrow Ətraflı
Rusiya Xarkovun bir hissəsini nəzarətə götürdü like
  • 20 Noy 23:01  
Digərləri Rusiya Xarkovun bir hissəsini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərin

arrow Ətraflı