Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir
Digərləri 20 Noy 2025 18:30:00 59 0
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilir.
Bu xəbəri də oxu: Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən cavab
Son.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata əsasən, İnqilab İsmayılov küçəsindən Zığ şosesinə çıxmaq istəyən sürücülər 1500 metr məsafə qət edərək Gəncə prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə yerindən istifadə etməli olurlar. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5,5 km izafi nəqliyyat yürüşü etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının daxili yollarından istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur.
Layihəyə əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol kəsişməsi yaradılır.
Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq.
Azərbaycanda dövlət nömrə nişanları yeni qaydada olacaq. Artıq köhnə n
Bakı şəhəri, Nizami rayonu, "8-ci km" bazarında aparılan son mon
Gənc müğənnilərdən biri "Maqazin Plus" verilişində xalq artist
Salyan şəhəri, A.Həsənov küçəsində fəaliyyət göstərən, fiziki şə
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərə gedib.
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı
Təbrizdə "Anim Marasimi" adlı möhtəşəm xatirə tədbiri keçiri
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Gö
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda xuliqanlıq hərəkətlər
2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayı�
"Bez bebek" serialında "Yağmur" obrazı ilə tanınan gən
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Meh
Dezinfeksiya tədbirləri heyvan sağlamlığının qorunması və xəstəliklə
