İş görüşməsinə getməzdən əvvəl bunları bilməlisiniz


Digərləri 06 Noy 2025 14:04:00 58 0

İş görüşməsinə getməzdən əvvəl bunları bilməlisiniz

İş görüşmələri hər kəs üçün gərgin keçən bir prosesdir. İşə qəbul olunub-olunmayacağını bilmədən gözləmək və özünü ən yaxşı şəkildə təqdim etməyə çalışmaq adətən insanalrı narahat edir.

Son.az xəbər verir ki, bu mərhələdə bəzi praktik məlumatlardan istifadə etməklə işə qəbul şansını artırmaq mümkündür.

İş görüşməsinə getməzdən əvvəl aşağıdakı tövsiyələrdən istifadə edə bilərsiniz:

Hazırlıqlı gedin

İş görüşməsinə getməzdən əvvəl şirkət haqqında araşdırma aparmaq və məlumatlı şəkildə görüşə qatılmaq sizin ciddiliyinizi göstərir. Şirkətin fəaliyyət sahəsi, vizyonu, missiyası və layihələri barədə məlumatlı olmaq həm bu işi istədiyinizi, həm də məsuliyyətli olduğunuzu göstərir.

İlk təəssürata diqqət edin

İlk təəssürat iş görüşmələrində çox önəmlidir. Geyiminiz, bədən diliniz və səs tonunuz sizin şəxsiyyətiniz haqqında məlumat verir. Daha rəsmi və səliqəli geyim seçmək, göz təması qurmaqdan çəkinməmək və pozitiv enerji ilə yanaşmaq üstünlük qazandırar.

Özünüzü təqdim etməyə hazır olun

Görüş zamanı namizədin özünü təbii və təsirli şəkildə tanıtması onun şəxsiyyət gücünü göstərir. "Özünüzdən danışın" sualına qısa, aydın və özünəinamlı cavab verin. Təhsilinizi, təcrübənizi və güclü tərəflərinizi qeyd edin, lakin əzbərlənmiş kimi təsir bağışlamayın.

Konkret nümunələrdən istifadə edin

İşəgötürənlər namizədin real nəticələr göstərməsinə önəm verirlər. Əvvəlki iş yerlərinizdə etdiyiniz uğurlardan danışarkən, statistik nəticələr və faktlardan istifadə etmək daha inandırıcı olar.

İşə dair strateji suallar verin

Görüş zamanı verdiyiniz suallar da ən azı cavablarınız qədər önəmlidir. İşin detallarını öyrənməyə yönəlmiş və "bu işi daha yaxşı necə edərəm?" tipli suallar işə ciddi yanaşdığınızı və motivasiyalı olduğunuzu göstərir.

Görüşü müsbət şəkildə tamamlayın

Sonda görüş imkanı üçün təşəkkür etməyi və nəticəni səbirsizliklə gözlədiyinizi bildirməyi unutmayın. Bu, sizin motivasiyanızı və həvəsinizi göstərir. Eyni zamanda, seçildiyiniz halda şirkətlə uğurlu əməkdaşlığa inanmaq, özünüzə güvəndiyinizi nümayiş etdirir.

Mina Mikayılova Son.az

Rəşidə Dati Devedjanı məhkəməyə verdi like
  • 06 Noy 13:54  
Dünya Rəşidə Dati Devedjanı məhkəməyə verdi

Fransanın mədəniyyət naziri və Paris meri vəzifəsinə namizəd Rəşidə

arrow Ətraflı
Türkiyədə xeyli məşhurun narkotik istifadəçisi olduğu təsdiqləndi  Adlar like
  • 06 Noy 13:40  
Şou-biznes Türkiyədə xeyli məşhurun narkotik istifadəçisi olduğu təsdiqləndi Adlar

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik və ya stimulla

arrow Ətraflı
ABŞdə təyyarə qəzasında ölənlərin sayı artdı like
  • 06 Noy 13:21  
Dünya ABŞdə təyyarə qəzasında ölənlərin sayı artdı

ABŞ-nin Kentukki ştatının Luisvil şəhərində baş verən yük təyyarəsi

arrow Ətraflı
Dərnəgül yolunda 4 avtomobil toqquşdu like
  • 06 Noy 13:11  
Digərləri Dərnəgül yolunda 4 avtomobil toqquşdu

Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

arrow Ətraflı
“Məhsulumuzu 30 qəpiyə belə alan yoxdur”  VİDEO  FOTO like
  • 06 Noy 13:03  
Digərləri “Məhsulumuzu 30 qəpiyə belə alan yoxdur” VİDEO FOTO

Sitrus bağlarında naringi yığımına başlayan astaralı fermerlər qiyməti

arrow Ətraflı
Sabah Bakıda 20 dərəcə isti olacaq like
  • 06 Noy 12:58  
Digərləri Sabah Bakıda 20 dərəcə isti olacaq

Azərbaycanda noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
İmtahanda gizli cihaz qalmaqalı: Abituriyentlərə kömək edən şəbəkə ifşa olundu like
  • 06 Noy 12:55  
Digərləri İmtahanda gizli cihaz qalmaqalı: Abituriyentlərə kömək edən şəbəkə ifşa olundu

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün tex

arrow Ətraflı
Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus “ŞərqQərb” şirkəti yenidən gündəmdə like
  • 06 Noy 12:52  
Digərləri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus “ŞərqQərb” şirkəti yenidən gündəmdə

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirk

arrow Ətraflı
Rusiyanın nəhəng elektrik stansiyası vuruldu like
  • 06 Noy 12:45  
Dünya Rusiyanın nəhəng elektrik stansiyası vuruldu

6 noyabr gecəsi Ukrayna dronları Rusiyanın Kostroma vilayətində yerləşən

arrow Ətraflı
Mənzurə Musayeva qəzaya düşdü like
  • 06 Noy 12:34  
Digərləri Mənzurə Musayeva qəzaya düşdü

Müğənni Mənzurə Musayeva yol-nəqliyyat hadisəsinə düşüb.

arrow Ətraflı
Məşhur müğənni hamam xalatında restorana girdi like
  • 06 Noy 12:28  
Şou-biznes Məşhur müğənni hamam xalatında restorana girdi

Türkiyəli müğənni Gülben Ergen ABŞ-dakı konsert turu zamanı paylaşdı�

arrow Ətraflı
Bakıda 50dən artıq binaya tarixi bina statusu veriləcək like
  • 06 Noy 12:27  
Digərləri Bakıda 50dən artıq binaya tarixi bina statusu veriləcək

"50-dən artıq binaya da tarixi bina statusu verilməsi nəzərdə tutulur

arrow Ətraflı
Sahibkarlar üçün yenilik like
  • 06 Noy 12:24  
Digərləri Sahibkarlar üçün yenilik

"Sosial sığorta haqqında" qanuna dəyişikliklər layihəsi sosial

arrow Ətraflı
Bu şəxslər 200 manat cərimələnəcək like
  • 06 Noy 12:20  
Digərləri Bu şəxslər 200 manat cərimələnəcək

Vergi orqanında uçota alınmaq üçün qanunvericilikdə nəzərdə tutulan m�

arrow Ətraflı