BakıQazax yolunda yük maşını aşdı, yanğın oldu
Digərləri 04 Noy 2025 14:07:00 92 0
Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, İsmayıl İsmayılov "Mercedes" markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Bu xəbəri də oxu: “Ukraynaya sponsorluq cinayətdir” Zaxarova
Son.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal BDYPİ əməkdaşları cəlb olunublar. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir.
Belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl edilməsi, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Unutmayaq ki, yollarda bir anlıq ehtiyatsızlıq təkcə sürücünü deyil, digər hərəkət iştirakçılarını da təhlükəyə atır", - məlumatda bildirilib.
Xəbər verdiyimiz kimi, bir müddətdir narkotik aludəçiliyindən əziyyət �
Türkiyədə yaşlı bir qadının Prezident Rəcəb Tayyib Ərdoğana etdiyi s�
Binəqədidə bir həftə əvvəl çəkilən asfalt çöküb.
Meyxana ustadı Ağamirzə Maştağalı sözləri ilə diqqət çəkib.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş y
Mənim tərəfimdən Türkiyə Prezidentinin Ermənistana səfərinin mümkünl�
"Ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi məqs�
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağı�
Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda həbsdə olan Ramiz Me
"İstilik mövsümü üçün hazırlıq planlı və mərhələli şəkildə
Müasir dövrdə təhsil sistemində keyfiyyətli dəyişikliklərin həyata ke�
Paytaxtda bəzi sakinlər yaşadıqları binaların qarşısında avtomobilləri
Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini t
"Uzaq Şehir"dəki vurulma səhnəsi birmənalı qarşılanmayıb.
