Bu canlı öz ömrünü uzada bilir 250 ildir yaşayır
Digərləri 04 Noy 2025 03:03:00 89 0
Alimlər Qrenlandiya balinasının (yaybaşı balina) uzunömürlülük sirrini açmağa çox yaxındırlar. 250 ilə qədər yaşayan bu nəhəng canlı təkcə okeanların deyil, həm də insanlığın qocalma və xərçənglə mübarizəsində mühüm ipucları saxlaya bilər.
Son.az xəbər verir ki, yer üzündə ən uzunömürlü məməlilərdən biri hesab olunan Qrenlandiya balinaları 200 ildən artıq yaşayır. "Wellcome Sanger" İnstitutunun təkamül genetiki Dr. Aleks Kaqan bu növü "uzunömürlülüyün super ulduzu" adlandırır.
"Nature" jurnalında dərc olunan yeni araşdırmaya görə, Nyu-Yorkdakı Rochester Universitetinin alimləri CIRBP adlı xüsusi bir zülalın balina hüceyrələrində mühüm rol oynadığını müəyyən ediblər.
Bu zülal hüceyrələrə zədələnmiş DNT-ni dəqiqliklə bərpa etməyə kömək edir. Tədqiqatın müəllifi professor Vera Qorbunova bildirib ki, "bu protein xərçəngin yaranmasının qarşısını alır və hüceyrələrin qocalmasını əhəmiyyətli dərəcədə ləngidir. DNT zədələnsə belə, mutasiyalara qarşı çox davamlıdır."
Tədqiqatçılar CIRBP zülalını insan hüceyrələrinə tətbiq etdikdə, DNT-nin daha tez və dəqiq bərpa olunduğunu müşahidə ediblər. Həmçinin, bu protein meyvə milçəklərinin ömrünü də uzadıb.
Alimlər hesab edirlər ki, bu tapıntı insan ömrünü uzada biləcək gələcək müalicələrə yol aça bilər.
Mütəxəssislər hesab edir ki, balinanın Arktikanın soyuq sularında yaşaması bu mexanizmi aktivləşdirir. CIRBP səviyyəsi aşağı temperaturda artır və bu da hüceyrə bərpa qabiliyyətini gücləndirir.
Meyxanaçı Namiq Qaraçuxurlu xanımı ilə paylaşdığı fotodan danışıb.
Almaniyada hər üçüncü şirkət 2026-cı ildə ixtisarlar planlaşdırır.
İran Prezidenti Məsud Pezeşkian maaşının bir hissəsini ölkədə yeni mə
"Rusiya İtaliyaya Ukraynaya sponsorluğun cinayət olduğunu xatırladacaq
Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədova həmkarı Şəbnəm Tovu
Xəbər verdiyimiz kimi, ötən gün gecə Göygöldə iki nəfərin ölümü il
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Aparıcı Mətanət Əliverdiyeva Saray qəsəbəsində yolların işıqlandır�
Ölkəmizdə sosial rifahın yüksəldilməsi, biznes mühitinin əlverişliliyi
Özünü model kimi təqdim edərək diqqət mərkəzinə düşmək istəyən &q
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyən amerikalıların
Alimlər meyvə və tərəvəz istehlakının artırılmasının yuxunun keyfiyy
İtaliyanın paytaxtı Romada məşhur Kolizeyin yaxınlığında yerləşən To
Azərbaycan Kino Akademiyası "Qızıl PƏRİ" peşə mükafatının S
Ermənistanda II Qareginin qardaşı oğlu Ambartsum Nersisyan xuliqanlıq və t
