Trampdan qərar: 43 ölkə vətəndaşı ABŞa girə bilməyəcək
Dünya 19 Mar 2025 00:29:00 70 0
ABŞ Prezidenti Donald Trampın səyahət qadağası və ya məhdudiyyətlər tətbiq edəcəyi ölkələrin siyahısı üzə çıxıb.
Bu xəbəri də oxu: Ermənistana girişçıxış bağlanır Hazırlıq başladı?
Son.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Tramp administrasiyası 43 ölkə vətəndaşları üçün ətraflı səyahət məhdudiyyətləri və ya səyahət qadağaları tətbiq etməyi düşünür.
Həmin siyahı belədir:
Qırmızı kateqoriya - Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela, Yəmən. Bu ölkə vətəndaşlarının ABŞ-a səfəri qəti qadağandır.
Narıncı kateqoriya - Belarusiya, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Sierra Leon, Cənubi Sudan, Türkmənistan. Onların ABŞ-a səyahətini məhdudlaşdırmaq istənilib. Bu kontekstdə vətəndaşların ölkəyə yalnız işgüzar səfərlər üçün daxil olmasına icazə veriləcək. Turist və ya immiqrant vizası olanlar qəbul edilməyəcək.
Sarı kateqoriya - Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Kamboca, Kamerun, Kabo Verde adaları, Çad, Konqo Demokratik Respublikası, Konqo, Dominika, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Maliyyə, Mavritaniya, Saint Kitts və Nevis, Saint Lusia, Sao Tome və Prinsipi, Vanuatu, Zimbabve. Sözügedən ölkələrə "nöqsanlarını" tamamlamaq üçün 60 gün veriləcəyi və buna əməl etmədikləri təqdirdə başqa qruplara yerləşdiriləcəyi bildirilib.
Məlumata görə, adı açıqlanmayan ABŞ rəsmisi siyahıda dəyişikliklərin ola biləcəyini deyib. O, ABŞ dövlət katibi Marko Rubio və prezident Donald Trampın hələlik siyahı təsdiqləmədiyini bildirib. (Globalinfo.az) Son.az
Misirdə rusiyalı turistlər arasında "rotavirus" yayılır.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Yuxuda şam görmək; Bu, xəyalpərəstin cəmiyyətdə çox sevilən və hörm

"Rusiya və ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danış�

Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımla

Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobil

Almaniya hökuməti ölkənin xarici işlər naziri Annalena Berbokun ("Ya�

İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı Ekrem İmamoğlunu

Şabranda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat ha

Əməkdar artist Könül Kərimovanın evində xeyir iş olacaq.
