Azər Maqsudova hökm oxundu
Digərləri 27 Okt 2025 11:05:00 82 0
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Günün qoroskopu: Xərcli gün olacaq
Bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Azər Maqsudovun 3 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib və qayıtdıqdan sonra hökm elan olunub. Hökmə əsasən Azər Maqsudov nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Həmçinin, məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyatdan keçənədək dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş./APA
Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyat etdirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürü
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv edilə
"Artıq 1 il 8 aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma n�
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşı
Cəlilabadda 1 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb
Paytaxt küçələrində piyadaların vurulduğu bir sıra yol qəza halları N�
Oktyabrın son günləri bəzi bürclərə gözlənilməz fürsətlər və böy�
Sumqayıt sakini, 42 yaşlı Anatoli Serebyakov keçmiş həyat yoldaşı Aytən
Son günlər Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər, xüsusil
Sabunçu rayonunda yerləşən restoranlardan birində bu səhər yanğın qeyd�
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
