Bakıda məşhur iş adamı həbs edildi – Milyonları büdcədən yayındırıb…


Digərləri 22 Okt 2025 18:16:00 90 0

Bakıda məşhur iş adamı həbs edildi – Milyonları büdcədən yayındırıb…

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib.

Son.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Təqsirləndirilən şəxs "Trade A" MMC, "Sumeksport A" MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B" və digər MMC-lərin fəaliyyətlərinə rəhbərlik edib. Onun vahid niyyətlə, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini gömrük orqanlarına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə qəsdən dövlət büdcəsinə ödəməkdən yayınması məlum olub.

İntizam Ağakişiyev məhkəmədə ifadəsində deyib ki, rəhbərlik etdiyi şirkətlər Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışını həyata keçirib. Bəzi MMC-lərin qanuni təmsilçisi özü olmasa da, həmin şirkətlərə faktiki olaraq rəhbərilik edib. O, rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə 18.000.000 manatdan artıq vergi ödənişləri etdiyini də bildirib.

İş adamının rəhbərlik etdiyi şirkətlərin həmin illərdə Abşeron rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və başqa bir sıra dövlət qurumlarında milyonluq tenderlərin qalibi də olması məlum olub.

Məhkəmə İntizam Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verib. Əvəzində o, Cinayət Məcəlləsinin 209.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 1 il 10 ay 27 gün azadlıqdan məhrum edilib. Həmçinin MMC-lərin fəaliyyəti üzrə 2.843.096,43 manatın təqsirləndirilən şəxsdən tutularaq Dövlət Gömrük Komitəsinin büdcəsinə köçürülməsi barədə qərar verilib.

Xatırladaq ki, İntizam Ağakişiyevin adı məşhur Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə işində zərərçəkmiş qismində hallanırdı.

Türkiyəli məşhurun babası azərbaycanlı imiş like
  • 22 Okt 18:00  
Şou-biznes Türkiyəli məşhurun babası azərbaycanlı imiş

Türkiyəli tiktoker Aleyna Beyazgül Bakıya üz tutub.

arrow Ətraflı
20 nömrəli məktəbə direktor təyin olunub?  RƏSMİ CAVAB like
  • 22 Okt 17:47  
Digərləri 20 nömrəli məktəbə direktor təyin olunub? RƏSMİ CAVAB

240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədovanın direk

arrow Ətraflı
Bu küçədə mikromobillik zolağının təşkilinə başlanıldı like
  • 22 Okt 17:20  
Digərləri Bu küçədə mikromobillik zolağının təşkilinə başlanıldı

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf

arrow Ətraflı
Xanəndə aparıcıya əsəbiləşib efirdən GETDİ: məşhur müğənni ilə sevgisini ifşa etdi like
  • 22 Okt 17:00  
Şou-biznes Xanəndə aparıcıya əsəbiləşib efirdən GETDİ: məşhur müğənni ilə sevgisini ifşa etdi

Aparıcı Gülər Nəhmət ilə xanəndə Pərvaz İbrahimli arasında canlı ef

arrow Ətraflı
Ölkədə yayılan qripəbənzər virus nədir? like
  • 22 Okt 16:50  
Digərləri Ölkədə yayılan qripəbənzər virus nədir?

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma h

arrow Ətraflı
Nazirlikdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA like
  • 22 Okt 16:50  
Digərləri Nazirlikdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Dabaq xəstəliyinə yoluxan heyvanda temperatur yüksək olmasa ölüm faizi ma

arrow Ətraflı
İhamə Quliyevanın son qalmaqalı onunla olub:"Efirdə deyirdi ki, çaşma" like
  • 22 Okt 16:43  
Şou-biznes İhamə Quliyevanın son qalmaqalı onunla olub:"Efirdə deyirdi ki, çaşma"

"Mən demişdim ki, heç kim mənə çaşma deyə bilməz. Bir də baxdım

arrow Ətraflı
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib  FOTO like
  • 22 Okt 16:32  
Digərləri “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib FOTO

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının

arrow Ətraflı
İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu  Yaralananlar var like
  • 22 Okt 16:26  
Digərləri İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu Yaralananlar var

İzmirin Bayraklı rayonunun Doğançay məhəlləsində yerləşən fərdi evd�

arrow Ətraflı
Xarkovda uşaq bağçası vuruldu  Ölən və yaralananlar var  like
  • 22 Okt 16:20  
Dünya Xarkovda uşaq bağçası vuruldu Ölən və yaralananlar var

Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endiril

arrow Ətraflı
Bu ərazilər xəritədən silinə bilər  Xəzərdə ciddi təhlükə  VİDEO like
  • 22 Okt 15:58  
Digərləri Bu ərazilər xəritədən silinə bilər Xəzərdə ciddi təhlükə VİDEO

Xəzər dənizində suyun səviyyəsi ildən ilə enir.  Son.az xəbər veri

arrow Ətraflı
Bakıda qadın ərini öldürüb həyətdə basdırdı, üzərində güllər əkdi like
  • 22 Okt 15:48  
Digərləri Bakıda qadın ərini öldürüb həyətdə basdırdı, üzərində güllər əkdi

Sabunçu rayonunda bir müddət əvvəl itkin düşmüş şəxsin qətlə yetiri

arrow Ətraflı