Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib FOTO
Siyasət 22 Okt 2025 12:28:00 66 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Estoniyanın xarici işlər naziri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, bu məsələdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xüsusi rolunu vurğuladı. Vaşinqton görüşündəki razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında nəqliyyat bağlantısının açılmasının önəminə toxundu.
Estoniyanın xarici işlər naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə daşınmasına ölkəmiz tərəfindən icazə verilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addım olduğunu vurğuladı.
Nazir ölkəmizə geniş tərkibdə biznes nümayəndə heyəti ilə gəldiyini və Bakıda biznes forumun keçirildiyini dedi, bu cür tədbirlərin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.
Qonaq Estoniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrini dəstəklədiyini qeyd edərək, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı müsbət dinamikanın məmnunluq doğurduğunu dedi.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Tirana və Kopenhagendə görüşlərini məmnunluqla xatırladı, ölkəmizlə Avropa İttifaqı arasında enerji, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını qeyd etdi.
Qonaq COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə də təbriklərini çatdıraraq, bu tədbirdə beynəlxalq iqlim gündəliyi ilə bağlı ciddi nəticələrin əldə edildiyini vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bir ay əvvəl paytaxt sakinlərinin 114B nömrəli marşrut avtobusunun vəzi

İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşları

Azərbaycan Mərkəzi Bankı yeni makroiqtisadi proqnozlarını açıqlayıb. Ye

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal"

Avstraliya baş nazirin təyyarəsi ABŞ-da təcili eniş edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bəzi şirk

Hazırda Bakı və Abşeron ərazisi adeta Çin avtomobillərinin sınaq meydan�

Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklər

2025-ci ilin oktyabrında Çin siyasi sistemi son onilliklərin ən sərt silkə

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normall

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məkt

Əməkdar artist Mehriban Xanlarova "Günə Uğurla" verilişinin qon

Ölkə ərazisində heyvanlar arasında yayılan dabaq xəstəliyinin qarşısı

Landau Education Group ilə ölkənin aparıcı tibb müəssisələrindən olan

2026-cı ildən dövlət sektorunda çalışanların əmək haqlarının yenidə
