Bu obyektlərin qeydiyyat xərcləri ləğv edilir


Digərləri 18 Mar 2025 13:02:00 80 0

Bu obyektlərin qeydiyyat xərcləri ləğv edilir

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə bağlı yaranan xərclər ləğv ediləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Baytarlıq haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalının təşviqi məqsədilə hazırlanıb və həmin obyektlərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini və qeydiyyat xərclərinin ləğvini nəzərdə tutur.

"Baytarlıq haqqında" Qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir. Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilən və qeydiyyatın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin, müəyyən edilib ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilən "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.

Digər tərəfdən baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında" Qanunla müəyyən edilən miqdarda dövlət rüsumu ödənilməlidir.

Qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onların vəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Həmin mürəkkəbliyin aradan qaldırılması üçün müvafiq qanun layihəsi təklif olunub.

Məlumatların təqdim edilməsi "Lisenziyalar və icazələr haqqında" qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan (İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilən fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına (bioloji preparatların istehsalı fəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.

Beləliklə, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

"Kara Sevda"nın aktyoru ata olacaq like
  • 18 Mar 13:01  
Şou-biznes "Kara Sevda"nın aktyoru ata olacaq

Tanınmış aktyor Rüzgar Aksoy ata olacaq.

arrow Ətraflı
Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib  DTX like
  • 18 Mar 12:58  
Digərləri Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib DTX

Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istint

arrow Ətraflı
Azərbaycanda "Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır like
  • 18 Mar 12:56  
Digərləri Azərbaycanda "Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət gös

arrow Ətraflı
Təhsil müəssisələrindəki bəzi vəzifələr üzrə işə qəbul üçün qeydiyyat başlayıb like
  • 18 Mar 12:51  
Digərləri Təhsil müəssisələrindəki bəzi vəzifələr üzrə işə qəbul üçün qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəa

arrow Ətraflı
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq like
  • 18 Mar 12:46  
Digərləri Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir.

arrow Ətraflı
Bu şəxslərə kompensasiya veriləcək like
  • 18 Mar 12:40  
Digərləri Bu şəxslərə kompensasiya veriləcək

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdiri

arrow Ətraflı
Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşdi like
  • 18 Mar 12:35  
Digərləri Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşdi

Qatarı düzgün olmayan yolla lokomotiv işıqforu ilə idarə edərkən qatar�

arrow Ətraflı
Havalar kəskin soyuyacaq  Yağış yağacaq, şimşək çaxacaq like
  • 18 Mar 12:29  
Digərləri Havalar kəskin soyuyacaq Yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alınıb like
  • 18 Mar 12:28  
Digərləri İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşıs

arrow Ətraflı
Prezident və xanımı Suqovuşanda məscidin açılışında iştirak ediblər like
  • 18 Mar 12:26  
Siyasət Prezident və xanımı Suqovuşanda məscidin açılışında iştirak ediblər

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Baş nazir Azərbaycana gətirilən bu məhsullarla bağlı qərar imzaladı like
  • 18 Mar 12:16  
Digərləri Baş nazir Azərbaycana gətirilən bu məhsullarla bağlı qərar imzaladı

"Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edilib.

arrow Ətraflı
Bayram günlərində texniki müayinə mərkəzləri işləyəcək? like
  • 18 Mar 12:11  
Digərləri Bayram günlərində texniki müayinə mərkəzləri işləyəcək?

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin t�

arrow Ətraflı
“Efirdə özümə baxanda əsəbiləşirdim” like
  • 18 Mar 12:06  
Şou-biznes “Efirdə özümə baxanda əsəbiləşirdim”

Rəqqasə Fatimə Fətəliyeva bir müddət əvvəl keçirdiyi üzgərmə əməl

arrow Ətraflı
Quru sərhədlər bu tarixədək bağlı qalacaq  RƏSMİ like
  • 18 Mar 12:05  
Digərləri Quru sərhədlər bu tarixədək bağlı qalacaq RƏSMİ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

arrow Ətraflı