Ramiz Mehdiyev avqust ayından izlənilirmiş YENİ DETALLAR


Digərləri 21 Okt 2025 12:44:20 79 0

Ramiz Mehdiyev avqust ayından izlənilirmiş  YENİ DETALLAR

Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması kimi ağır ittihamlarla üzləşən Ramiz Mehdiyev vəkilləri vasitəsilə hüquqi mübarizəyə başlayıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qərarı çıxarılmazdan əvvəl verilmiş bir neçə məhkəmə qərarından apellyasiya şikayəti təqdim ediblər.

Bu məqsədlə vəkillər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq materialları ilə, eləcə də DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsinin qəbul etdiyi sənədlərlə tanış olublar.

Məlumatlara əsasən, həmin sənədlər arasında Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixində qəbul etdiyi qərar da var. Sənəddə Ramiz Mehdiyevin fəaliyyətinin izlənilməsi və əməliyyat-texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu qərarın "boz kardinal" kimi tanınan Mehdiyevin ifşa olunmasında mühüm rol oynadığı bildirilir. Rabitə kanallarının dinlənilməsi, "Şərq-Qərb" nəşriyyatı və digər ünvanlarda aparılan axtarışlar məhz həmin qərar əsasında reallaşdırılıb.

Ehtimal olunur ki, Mehdiyev müdafiəçilərinə bu istiqamətdə xüsusi tapşırıq verib və hüquqi baxımdan bütün imkanların dəyərləndirilməsini istəyib.

Hazırda 87 yaşlı Ramiz Mehdiyev ev dustaqlığında saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Hələlik nə Mehdiyev, nə də ailə üzvləri yayılan ittihamlarla bağlı ictimai açıqlama verməyiblər.

Qeyd edək ki, 14 oktyabr tarixində Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

Mehman Əsədov Son.az

Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir  Qazaxıstan Prezidenti like
  • 21 Okt 12:39  
Siyasət Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir Qazaxıstan Prezidenti

Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir

arrow Ətraflı
Nikola Sarkozi həbsxanaya arvadı ilə ələlə getdi like
  • 21 Okt 12:30  
Dünya Nikola Sarkozi həbsxanaya arvadı ilə ələlə getdi

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını

arrow Ətraflı
Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib... like
  • 21 Okt 12:22  
Digərləri Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib...

"BakuBus" MMC bulvar ərazisində qəzaya uğrayan marşrut avtobusu i

arrow Ətraflı
Mərkəzi Bank sabah 10.00da vacib məlumat açıqlayacaq like
  • 21 Okt 12:15  
Digərləri Mərkəzi Bank sabah 10.00da vacib məlumat açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizin

arrow Ətraflı
Dönərdə dabaq təhlükəsi  Xalq artistindən valideynlərə çağırış like
  • 21 Okt 12:13  
Digərləri Dönərdə dabaq təhlükəsi Xalq artistindən valideynlərə çağırış

Son vaxtlar iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sür

arrow Ətraflı
“Manato” bağlanır?  Kredit verilməsi məhdudlaşdırıldı like
  • 21 Okt 12:06  
Digərləri “Manato” bağlanır? Kredit verilməsi məhdudlaşdırıldı

"SF Azerbaijan" şirkətinə məxsus "Manato"kredit təşkil

arrow Ətraflı
Müdirinin aldığı pivədən komaya düşüb öldü  FOTO like
  • 21 Okt 11:55  
Dünya Müdirinin aldığı pivədən komaya düşüb öldü FOTO

Yeni Zelandiyada 21 yaşlı gənc içdiyi pivədən sonra komaya düşərək hə

arrow Ətraflı
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər like
  • 21 Okt 11:44  
Digərləri Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər

Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiy

arrow Ətraflı
Astanada İlham Əliyevin Tokayev ilə təkbətək görüşü olub  FOTO like
  • 21 Okt 11:39  
Siyasət Astanada İlham Əliyevin Tokayev ilə təkbətək görüşü olub FOTO

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

arrow Ətraflı
"Yaşıllıq yerinə obyekt olacaq deyirlər"  ŞİKAYƏT like
  • 21 Okt 11:20  
Digərləri "Yaşıllıq yerinə obyekt olacaq deyirlər" ŞİKAYƏT

Binəqədi rayonu Karl Maks adlanan ərazidə yol kənarı yaşıllıq ərazinin

arrow Ətraflı
"Can Holding"in rəhbəri həbs olundu  FOTO like
  • 21 Okt 11:08  
Digərləri "Can Holding"in rəhbəri həbs olundu FOTO

İstanbul Respublika Baş Prokurorluğunun "Can Holdinq" və "Cin

arrow Ətraflı