Fərhad Əhmədov “Göyçayda nar plantasiyalarımda camaat 67 saat 20 manata çalışır”


Digərləri 16 Okt 2025 19:05:00 82 0

Fərhad Əhmədov  “Göyçayda nar plantasiyalarımda camaat 67 saat 20 manata çalışır”

Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bu xəbəri də oxu: Bu ərazilər işıqsız qalacaq

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda cinayət işi üzrə əsas şahid qismində tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədov ifadə verib.

Məhkəmədəki ifadəsində Fərhad Əhmədov təqsirləndirilən Anass Derrazı tanıdığını söyləyib.

Fotoda:Anass Derraz

"Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı. Anass Derraza bu məsələni danışarkən o da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı.

Onun köməyi ilə beynəlxalq imkanlardan istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər.

Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 mini Aleksandr Benallanın, 200 mini isə Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər."

Fərhad Əhmədovun sözlərinə görə, sonradan DTX-də Anass Derrazın ifadəsi alınıb. O da izahat verib:

"Burada dələduzluq, aldatma var. Başqa cür desəm, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı, deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır.

Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsınız?"

Tərəflərin suallarını cavablandıran Əhmədov yalnız Derraz ilə söhbət etdiyini, Aleksandr Benalla ilə əlaqəsi olmadığını deyib:

"Benalla ilə görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm."

Tanınmış milyarder ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edib. Əlavə olaraq, ona qarşı dəymiş ziyanın ödənilmədiyini bəyan edib. Proses gələn ay növbəti şahidlərin ifadəsi ilə davam edəcək.

Xatırladaq ki, Anass Derrazın adı Fransa prezidentinin keçmiş mühafizə rəhbəri Aleksandr Benalla ilə birgə Fərhad Əhmədova qarşı həyata keçirilmiş korrupsiya sxemində hallanır. İttihamlara görə, 2018-ci ildə bu şəxslər Əhmədovdan sanksiyalardan qorunması və yaxtasının həbsi məsələsinin həlli müqabilində külli miqdarda rüşvət alıblar. İstintaq sənədlərinə əsasən, Əhmədov tərəfindən köçürülən milyonlarla dollar Derrazın "Al Hilal Bank"dakı, Benallanın isə "Bank of Africa United Kingdom"dakı hesablarına yatırılıb. Son.az

Bu kənd məktəbləri bağlanır: Müəllimlərin və şagirdlərin taleyi necə olacaq?  AÇIQLAMA like
  • 16 Okt 19:00  
Digərləri Bu kənd məktəbləri bağlanır: Müəllimlərin və şagirdlərin taleyi necə olacaq? AÇIQLAMA

Şagird sayının azlığına görə bağlanan məktəblərimiz 2023-cü ildən

arrow Ətraflı
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 16 Okt 18:47  
Digərləri Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
Pensiya yaşı artırılacaq? like
  • 16 Okt 18:24  
Digərləri Pensiya yaşı artırılacaq?

Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının gələcəkdə pen

arrow Ətraflı
Səbuhinin meyiti tapıldı like
  • 16 Okt 18:13  
Digərləri Səbuhinin meyiti tapıldı

Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mə

arrow Ətraflı
Əhaliyə oktyabrın 17si ilə bağlı like
  • 16 Okt 17:51  
Digərləri Əhaliyə oktyabrın 17si ilə bağlı

Sabah hava meteohəssas insanlar üçün əlverişsizdir.

arrow Ətraflı
Azərbaycan və Çin həkimləri tarixi əməliyyat keçiriblər like
  • 16 Okt 17:50  
Digərləri Azərbaycan və Çin həkimləri tarixi əməliyyat keçiriblər

Oktyabrın 16-da "Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birl�

arrow Ətraflı
İlham Haqverdiyev saxlanıldı like
  • 16 Okt 17:42  
Kriminal İlham Haqverdiyev saxlanıldı

Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.

arrow Ətraflı
Vəfa Şərifova təyyarədən VİDEOsunu paylaşdı  lağa qoydular like
  • 16 Okt 17:33  
Şou-biznes Vəfa Şərifova təyyarədən VİDEOsunu paylaşdı lağa qoydular

Müğənni Vəfa Şərifova sosial şəbəkələrdə yeni paylaşımı ilə izl

arrow Ətraflı
Məşhur qida şirkəti 16 min işçini çıxarır like
  • 16 Okt 17:21  
Dünya Məşhur qida şirkəti 16 min işçini çıxarır

İsveçrənin nəhəng qida şirkəti "Nestle" xərcləri azaltmaq mə

arrow Ətraflı
Əbdül Kərim əlGəmari öldürüldü like
  • 16 Okt 17:07  
Dünya Əbdül Kərim əlGəmari öldürüldü

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Gəmar

arrow Ətraflı
Ramiz Mehdiyev bu möhtəşəm VİLLADA qalırmış like
  • 16 Okt 16:48  
Digərləri Ramiz Mehdiyev bu möhtəşəm VİLLADA qalırmış

Bir neçə gündür barəsində 4 aylıq qəti imkan tədbiri seçilmiş Ramiz M

arrow Ətraflı
"Cabir İmanov haqqında yazanlar Allahsızdırlar" like
  • 16 Okt 16:44  
Şou-biznes "Cabir İmanov haqqında yazanlar Allahsızdırlar"

Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla ba

arrow Ətraflı
Hologram Show Circus Sea Breezedə! like
  • 16 Okt 16:43  
Kriminal Hologram Show Circus Sea Breezedə!

Azərbaycanda ilk dəfə təqdim olunan möhtəşəm premyera!

arrow Ətraflı
Bakıda ticarət mərkəzində meyit TAPILDI like
  • 16 Okt 16:31  
Digərləri Bakıda ticarət mərkəzində meyit TAPILDI

Bakıda ticarət mərkəzində meyit tapılıb.

arrow Ətraflı