“Mən kardioloqam və təzyiqimi aşağı saxlamaq üçün hər gün bu 5 şeyi edirəm”


Digərləri 14 Okt 2025 08:21:00 77 0

“Mən kardioloqam və təzyiqimi aşağı saxlamaq üçün hər gün bu 5 şeyi edirəm”

Dünyada hər üç yetkindən biri yüksək təzyiq problemi yaşayır. Yüksək qan təzyiqi - ürək tutması, insult, böyrək çatışmazlığı və hətta demensiya riskini artırır. Əlamətləri çox hiss edilmədiyi üçün bir çox insan xəstəliyin fərqinə gec varır. Lakin vaxtında müdaxilə ilə təzyiqin yüksəlməsinin qarşısını almaq mümkündür.

Newcastle Universitetinin kardioloqu Vijey Kunadian, İngiltərənin Daily Mail qəzetinə qan təzyiqini aşağı saxlamağa kömək edən 5 gündəlik vərdişi açıqlayıb.

 Fermentləşdirilmiş qidalarla qidalanın

Son araşdırmalar kefir, kələmturşusu, miso kimi fermentləşdirilmiş qidaların yalnız bağırsaq florasını gücləndirmədiyini, həm də qan təzyiqini aşağı salmağa kömək etdiyini göstərib.

Kunadian bildirir: "Ferment qidalar yağ turşularını parçalayaraq xolesterini azaldır. Düzgün qidalanma ilə qan təzyiqini nəzarətdə saxlamaq mümkündür."

Daha çox lifli qidalar yeyin

Həkimlər liflə zəngin qidaların (tərəvəz, meyvə, paxlalılar, tam taxıllar) həm bağırsaq, həm də ürək sağlamlığı üçün vacib olduğunu qeyd edir. Avstraliya tədqiqatçıları sübut edib ki, gündə cəmi 5 qram əlavə lif qəbul etmək qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı sala bilir.

Kiçik addımlarla hərəkəti artırın

NHS həftədə 150 dəqiqə orta tempolu gəzinti tövsiyə edir. Lakin British Medical Journal tərəfindən yayımlanan yeni araşdırma göstərib ki, gündə iki dəfə cəmi 5 dəqiqə hərəkət etmək belə ürək-damar sağlamlığında ciddi irəliləyiş yaradır.

Siqaretdən uzaq durun

Araşdırmalar sübut edir ki, ürək xəstəliklərinə bağlı ölümlərin üçdə biri siqaretlə əlaqəlidir.

Kunadian deyir: "Siqaret çəkmək, ürəyə benzin tökmək kimidir. Orqanizmə daxil olan toksinlər damar divarlarını məhv edir."

Alkoqolu məhdudlaşdırın

2023-cü ildə 20 min nəfərlə aparılan araşdırma göstərib ki, alkoqol qəbul etmək qan təzyiqini artırır. Alkoqolun azaldılması çəkiyə nəzarətə və təzyiqin stabilləşməsinə kömək edir.

Kunadian xəbərdarlıq edir: "Tamamilə tərk etmək hər kəs üçün asan deyil, amma hər içilən qədəhlə risk artır. Buna görə normasında istifadə ən düzgün seçimdir." Lalə Qüdrətova Son.az


Xəbərə aid video

“Bir də gördüm qızımın illərlə uzatdığım saçını Zülfiyyə kəsdirib” like
  • 14 Okt 08:08  
Şou-biznes “Bir də gördüm qızımın illərlə uzatdığım saçını Zülfiyyə kəsdirib”

Xalq artisti Aygün Kazımova həmkarı Zülfiyyə Xanbabayeva ilə bağlı etir

arrow Ətraflı
Antibiotiklərin çoxu bakterial infeksiyalara qarşı effektivliyini itirib – ÜST like
  • 14 Okt 07:07  
Digərləri Antibiotiklərin çoxu bakterial infeksiyalara qarşı effektivliyini itirib – ÜST

Dünyada antibiotiklərin əksəriyyəti 2018-ci ildən bəri geniş yayılmış

arrow Ətraflı
"Uzak şehir"ə vida edəcək like
  • 14 Okt 06:06  
Şou-biznes "Uzak şehir"ə vida edəcək

"Uzak şehir" serialında ayrılıq yaşanacaq.

arrow Ətraflı
20 dəqiqə belə kifayətdir  Təbiətdə olmağın 4 FAYDASI like
  • 14 Okt 05:05  
Digərləri 20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

Araşdırmalar göstərir ki, təbiətdə vaxt keçirmək üçün saatlarla gəz

arrow Ətraflı
Çəkisi az olan şəxslər bu virusa daha tez yoluxur like
  • 14 Okt 04:04  
Digərləri Çəkisi az olan şəxslər bu virusa daha tez yoluxur

Yaponiyada aparılan genişmiqyaslı tədqiqat çəkisi az olan insanların COVI

arrow Ətraflı
Piylənmə ilə səhər yeməyinin əlaqəsi üzə çıxdı like
  • 14 Okt 03:03  
Digərləri Piylənmə ilə səhər yeməyinin əlaqəsi üzə çıxdı

Səhər yeməyini ötürmək metabolik sindrom riskini artırır.

arrow Ətraflı
Vərəm xəstəliyinin müalicəsində yeni üsul tapıldı like
  • 14 Okt 02:02  
Digərləri Vərəm xəstəliyinin müalicəsində yeni üsul tapıldı

Cənubi Afrikada tədiqatçılar vərəmin tənəffüs edilmiş havada müşahi

arrow Ətraflı
Sevgilisinin evli olduğunu öyrəndi, kişilikdən məhrum etdi like
  • 14 Okt 01:01  
Dünya Sevgilisinin evli olduğunu öyrəndi, kişilikdən məhrum etdi

Malaziyada qadın sevgilisinin evli olduğunu öyrəndikdən sonra ona bıçaqla

arrow Ətraflı
Şəhla İsmayıl cinayət məsuliyyətinə cəlb olundu like
  • 14 Okt 01:00  
Digərləri Şəhla İsmayıl cinayət məsuliyyətinə cəlb olundu

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl ha

arrow Ətraflı
"Sədərək"in mühafizəçiləri dövlət işçilərini döyüb qovdular like
  • 14 Okt 00:53  
Digərləri "Sədərək"in mühafizəçiləri dövlət işçilərini döyüb qovdular

"Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam

arrow Ətraflı
ABŞdə bunu hansısa qadına desəm, karyeram bitər like
  • 14 Okt 00:19  
Digərləri ABŞdə bunu hansısa qadına desəm, karyeram bitər

Misirdə keçirilən Qəzzə zirvəsində iştirak edən ABŞ Prezidenti Donald

arrow Ətraflı
Günün qoroskopu: yorğunluq ola bilər like
  • 14 Okt 00:01  
Digərləri Günün qoroskopu: yorğunluq ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İnsanı 10 yaş cavanlaşdıran tərəvəz  Çox adam bilmir like
  • 13 Okt 23:51  
Digərləri İnsanı 10 yaş cavanlaşdıran tərəvəz Çox adam bilmir

Badımcan bir çoxlarının süfrəsində tez-tez yer alan tərəvəz olsa da, �

arrow Ətraflı
Azərbaycan Ordusunun baş giziri vəfat etdi like
  • 13 Okt 23:31  
Digərləri Azərbaycan Ordusunun baş giziri vəfat etdi

Azərbaycan Ordusunun baş giziri Bəhruz Bəybala oğlu Cəfərov vəfat edib.

arrow Ətraflı
Enerji pasportu olan binalarda mənzillər bahalaşacaq like
  • 13 Okt 23:28  
Digərləri Enerji pasportu olan binalarda mənzillər bahalaşacaq

Enerji pasportu olan binalarda mənzillər bahalaşacaq.

arrow Ətraflı