"Pul əl çirkidir deyənlərin başı işləmir"
Şou-biznes 11 Okt 2025 16:16:00 68 0
"Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq".
Bu xəbəri də oxu: Natiq Şirinovun vəkilindən məhkəmə çəkişməsi barədə açıqlama
Son.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Həftənin qonağı" proqramında deyib.
Müğənni yığdığı kolleksiyadan danışıb:
"Rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızma-qara etmişəm. Evimdə çoxlu əsərlər var. Azərbaycanda indi rəssamlar döymə əsərlər edir. Mənim evimdə isə 40 ildir döymə əsərlər var. 250-300 il yaşı olan antiq əşyalarım var. Hara getmişəmsə, oradan almışam. Dostlarım hədiyyə göndərib".
A.Ağayev var-dövlətindən, şadlıq evindən söz açıb. O bildirib ki, şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir:
"Qızımı ora-bura müalicəyə aparırdım. Məcbur idim, işin başında deyildim. Arendaya verdim. 15 il icarəyə verdim. Bir gün icarə verən adam dedi mərasim zalı olsun? Dedim, pulunu ödəyirsən, nə istəyirsən et. Obyektlərim var. Öz-özünə yaranıb. Şirkət açmışdım, "Ağadadaş MMC". O qədər pulum olub ki, xərcləməyə yerim yox idi. Sovetin dövründə çox pulum var idi. Altında nə qədər pulun var, heç nə ala bilməzsən. Yoxlayırdılar. Bahalı mağazaya girirdim. Halbuki heç kimi ora buraxmırdılar. Brend almağa meyilli idim. Polislər girirdi içəri ki, haradan qazanmısınız pulları? Bakıda o qədər ev almışdım. Hətta bir binanın bir blokunu bütöv almışdım. Ən əsası evində qızıl saxlamalısan. Amma hər başın dara girəndə gedib bir külçə qızılı götürüb satmamalısan". /Axşam.az
11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər na

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkədə ilk dəfə olara

Türkiyənin Adana şəhərində İbrahim Çelik adlı şəxs əhali arasında �

"Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şu

Bakıda qadın faciəvi şəkildə ölüb.

Müharibə o dövrü yaşayan, həmin vaxtların ağrı-acısını görən, şah

Payızın gəlməsi ilə havaların soyuması və rütubətin azalması dəri sa

Kibertəhlükəsizlik tədqiqatçıları "Mobdro Pro IP TV + VPN" adı

"Telegram"ın qurucusu və milyarder Pavel Durov 41 yaşını qeyd etm

12 oktyabrdan etibarən Şengen bölgəsinə daxil olan 29 Avropa ölkəsində y

Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiq işlə

Keçmiş İsrail əsgəri Adva Lavie Los-Ancelesdə yaşlı və varlı kişilər

"Bu gün Şəki şəhərində "Slou Fud" beynəlxalq təşkilatı

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avstraliyanın Shellharbour hava limanında təyyarə qəzası baş verib.
