Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir FOTO


Digərləri 11 Okt 2025 12:20:00 50 0

Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir  FOTO

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də "Slow Food International" hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "Terra Madre Shaki" qastronomiya festivalı keçirilib.

Festivalın açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "Slow Food International"ın prezidenti Edvard Mukibi çıxış edərək, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu şəhəri olan Şəkidə təşkil edilən "Terra Madre" qastronomiya festivalının əhəmiyyətindən danışıblar. 

Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən və ölkəmizə "Slow Food" təcrübəsini gətirən festivalın əsas məqsədi kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir. 

Vurğulanıb ki, "Slow Food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan yanaşmadır. Ümumilikdə "Terra Madre Shaki" festivalı Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regionlarında həyata keçirilmiş "Slow Food" layihəsinin yeni mərhələsi kimi çıxış edir. 

Qeyd edək ki, Şəkinin tarixi mərkəzində keçirilən festivalda kənd təsərrüfatı siyasəti və qastronomiya üzrə ekspertlərin forumu, hökumət nümayəndələri və sənaye mütəxəssislərinin iştirakı ilə biomüxtəliflik, şərabçılıq üzrə dəyirmi masa müzakirələri təşkil edilib. 30-a yaxın yerli istehsalçı fermer tərəfindən hazırlanan məhsulların yarmarkası, həmçinin dequstasiya və ustad dərsləri keçirilib. 

Aeroportda taksi dəyişikliyindən sonrakı vəziyyət  VİDEO like
  • 11 Okt 12:05  
Digərləri Aeroportda taksi dəyişikliyindən sonrakı vəziyyət VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda bir aydan çoxdur davam edən taksi pro

arrow Ətraflı
Prezident İlham Əliyev Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif edib like
  • 11 Okt 12:02  
Siyasət Prezident İlham Əliyev Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif edib

Sevil Heydər qızı Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidm�

arrow Ətraflı
Masallıda narkotiki evakuatorla daşımağa cəhd edən şəxslər tutuldu  FOTO like
  • 11 Okt 12:00  
Digərləri Masallıda narkotiki evakuatorla daşımağa cəhd edən şəxslər tutuldu FOTO

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasi

arrow Ətraflı
Keçmiş MTNin məşhur generalı azadlığa buraxıldı like
  • 11 Okt 11:57  
Digərləri Keçmiş MTNin məşhur generalı azadlığa buraxıldı

2021-ci ilin aprelində həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyini

arrow Ətraflı
Ayı supermarketə girib iki nəfəri yaraladı like
  • 11 Okt 11:40  
Dünya Ayı supermarketə girib iki nəfəri yaraladı

Supermarketə girən ayı iki müştəriyə hücum edib.

arrow Ətraflı
25 yaşlı oğlan faciəvi şəkildə öldü like
  • 11 Okt 11:25  
Digərləri 25 yaşlı oğlan faciəvi şəkildə öldü

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir like
  • 11 Okt 10:53  
Siyasət Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir

Azərbaycanın Latın Amerikasında diplomatik iştirakının tarixi strateji m�

arrow Ətraflı
Xəstə qəsdən qanını həkimlərin üstünə sıçradıb onları da yoluxdurdu like
  • 11 Okt 10:42  
Dünya Xəstə qəsdən qanını həkimlərin üstünə sıçradıb onları da yoluxdurdu

ABŞ-da tibbi işçilər pasiyentin qanı ilə təmasdan sonra HİV yoluxma risk

arrow Ətraflı
Aygün Kazımova toyda gözlənilməz hadisə ilə üzləşdi, səhnədə "dondu" like
  • 11 Okt 10:33  
Şou-biznes Aygün Kazımova toyda gözlənilməz hadisə ilə üzləşdi, səhnədə "dondu"

Xalq artisti Aygün Kazımova və duet ortağı, tanınmış meyxanaçı Namiq Q

arrow Ətraflı
Güclü zəlzələ oldu, 7 nəfər həlak oldu like
  • 11 Okt 10:32  
Dünya Güclü zəlzələ oldu, 7 nəfər həlak oldu

Filippinin cənub sahillərində 7,4 və 6,8 bal gücündə iki güclü zəlzəl

arrow Ətraflı
Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır  Açıqlama like
  • 11 Okt 10:25  
Digərləri Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır Açıqlama

Avtomobil oturacağının isidilməsi kişi sonsuzluğuna səbəb ola bilər.

arrow Ətraflı
Hacı Şahinin qızının toyu oldu like
  • 11 Okt 10:22  
Digərləri Hacı Şahinin qızının toyu oldu

Mərhum ilahiyyatçı və din xadimi Hacı Şahinin qızı Fatimə Həsənlinin

arrow Ətraflı
General Rasim Əliyev vəfat etdi like
  • 11 Okt 10:19  
Digərləri General Rasim Əliyev vəfat etdi

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

arrow Ətraflı