ABŞdə silah zavodunda güclü partlayış – Çox sayda ölən və itkin düşən var
Digərləri 10 Okt 2025 23:24:00 90 0
ABŞ-nin Tennessi ştatında yerləşən hərbi təyinatlı partlayıcı istehsalı müəssisəsində güclü partlayış baş verib. Çox sayda şəxsin həyatını itirdiyi, həmçinin bir neçə işçidən xəbər alınmadığı bildirilib.
Bu xəbəri də oxu: “Qadın” hormonu kişiləri stressdən qoruyurmuş
Son.az xəbər verir ki, Neşvildən təxminən 80 kilometr qərbdə yerləşən Accurate Energetic Systems adlı müdafiə sənayesinə aid partlayıcı istehsalı zavodunda naməlum səbəbdən böyük partlayış qeydə alınıb.
Humphreys County şerifi Kris Devis hadisə ilə bağlı açıqlamasında bunları deyib: "Təəssüf ki, bəzi itkiləri təsdiqləmək məcburiyyətindəyik."
Əraziyə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. İtkin düşən işçilərin tapılması üçün əməliyyat davam etdirilir.
Hadisənin dəqiq səbəbi araşdırılır. Ekspert qrupları ərazidə detallı texniki yoxlama aparır. Partlayışdan sonra başlayan yanğın və mümkən ikincil partlayış ehtimalı xilasedici əməliyyatları çətinləşdirir.
Məlumata görə, Accurate Energetic Systems şirkəti - Müdafiə sənayesi, Aviasiya, İnşaat sektorları üçün xüsusi partlayıcı maddələr istehsal edir.
Hadisə ilə bağlı federal və ştat səviyyəsində genişmiqyaslı istintaq başladılıb. Rəsmilər bildirib ki, ərazidə təhlükəsizlik tam təmin edildikdən sonra daha ətraflı məlumat açıqlanacaq. Lalə Qüdrətova Son.az
Xalq artisti Mübariz Tağıyev "Xəzər axşamı" verilişində qonaq

Üç və daha çox doğuş qadınlarda uşaqlıq boynu xərçəngi riskini artı

56 yaşlı "Friends" serialının ulduzu Cennifer Eniston Harper's

Gələn il Səudiyyə Ərəbistanına gedən zəvvarlar üçün sağlamlıq təl

Ermənistanın Antikorrupsiya Məhkəməsi keçmiş prezident Serj Sarqsyan bar�

Yeməyi içki ilə içməyin zərərli olduğu fikri mifdir.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tacikistana işgüzar

Beynəlxalq tədqiqatçı qrupu müəyyən edib ki, qara qarağat şirəsi həm

İsrail ilə HƏMAS arasında "Qəzza Müharibəsinin Tamamilə Dayandırı

Xalq artisti Təranə Muradova üç gün əvvəl mərhum Xalq artisti Əminə Yu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Amerikalı repçi Kardi B ilə keçmiş həyat yoldaşı Offset arasında dava

Çay günün istənilən vaxtında sevilərək içilir. Lakin çayın dadını q
