Cinayətlə əldə edilən əmlakı leqallaşdırma ilə bağlı cərimələr sərtləşdirilir
Digərləri 10 Okt 2025 16:20:00 64 0
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiyalar sərtləşdirilir.
Bu xəbəri də oxu: “Həzi AslanovƏhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi 4 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, bu cinayət cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəbər verdiyimiz kimi, Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Ay bəri ba

Oktyabrın 10-da Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli

2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalı

Türkiyə Ali Təhsil Şurası (YÖK) universitetlərdə bakalavr təhsilinin 4

Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılaca

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin

Oktyabrın 10-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

"KOB FEST" sərgi-satış yarmarkasında məhsul və xidmətlərini t�

Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bakıda fəaliyyət göstərən məşhur "Okean Avtosalon"unun satış

Ötən ilin iyulunda Beyləqanda yüksək sürətlə ağır qəza törətmiş 19

Məşhur amerikalı aktyor Cona Hill görünüşü ilə diqqət çəkib.
