Qırmızı ət sevənlərə XƏBƏRDARLIQ: Fərqində olmadan zədələyə bilərsiniz
Digərləri 10 Okt 2025 07:07:00 91 0
İngiltərədə aparılan yeni tədqiqat, qırmızı ətin diş əti sağlamlığına düşündüyümüzdən daha çox zərər verə biləcəyini ortaya çıxarıb. Alimlər bildirir ki, yemək vərdişlərimiz bədəndə iltihabı artıraraq diş əti xəstəliklərinə və hətta diş itkisinə yol aça bilər.
Bu xəbəri də oxu: “Varlı xarici kişi axtarıram” yazıb, Bakı küçələrinə düşdü
Son.az xəbər verir ki, tərəvəz, meyvə, taxıl və yağsız zülalla zəngin qidalanma diş əti sağlamlığını qoruyur.
Qırmızı ət - iltihabı artırır, diş ətini zəiflədir
Təxminən 200 nəfərin qidalanma vərdişləri təhlil edilib. Bitki əsaslı qidalanmayan və tez-tez qırmızı ət yeyən şəxslərdə diş əti xəstəliyi riskinin daha yüksək olduğu müəyyən edilib. Bu xəstəlik müalicə olunmadıqda dişlərin sallanması və düşməsi ilə nəticələnə bilər.
İngiltərədə böyüklərin təxminən 45%-i diş əti xəstəliklərindən əziyyət çəkir.
Qidalanma - diş əti iltihabı arasında əlaqə
Araşdırmanın müəlliflərindən Dr. Cüzeppe Mainas bildirib: "Qidalanma tərzi, orqanizmdəki iltihab səviyyəsi və periodontal xəstəliklər arasında açıq bir əlaqə müşahidə etdik. Bu nəticə, qidalanmanın diş sağlamlığında nə qədər önəmli olduğunu göstərir."
Tərəvəz və süd məhsulları iltihabı azalda bilər
Yaş, cins və siqaret kimi amillər nəzərə alındıqdan sonra məlum olub ki:
Akdeniz kimi qidalanmayan şəxslərdə iltihab göstəriciləri - IL-6 və C-reaktiv protein (CRP) daha yüksəkdir.
Tərəvəz, paxlalılar və süd məhsulları bu göstəricilərin səviyyəsini aşağı sala bilir.
Periodontologiya üzrə mütəxəssis Prof. Luigi Nibali xəbərdarlıq edir: "Diş ətini qorumaq üçün fərdi qidalanma planları hazırlanmalıdır."
Diş həkimləri nə təklif edir?
Qırmızı ətin istehlakını azaldın
Günlük rasiona tərəvəz, meyvə və süd məhsulları əlavə edin
İltihabı azaldan omega-3 mənbələrinə (balıq, zeytun yağı və s.) üstünlük verin
Diş ətində qanama, şişlik və xoşagəlməz qoxu varsa gecikmədən diş həkiminə müraciət edin
Lalə Qüdrətova Son.az
Xanəndə Eldəniz Məmmədov Heydər Əliyev Sarayında konsert vermək istəy�

Dırnaqlar və əllər bədənin sağlamlıq vəziyyətini göstərən mühüm s

İspaniyalı həkim Ester Qomesin sözlərinə görə, hər yeməkdən sonra di�

Hər il dünyada təxminən 240 min uşaq doğuşdan gələn genetik problemlər

Döş xərçəngi qadınlar arasında ən çox rast gəlinən xəstəliklərdən

Səhər yeməyinin ayrılmaz hissəsi sayılan zeytun və pendir illərdir bir a

Qızıldan sonra ən çox izlənən qiymətli metal olan gümüş, 45 ilin rekor

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyasl�

İsrail tərəfindən ələ keçirilən "Azadlıq donanması"na aid qa

Polis əməkdaşlarının axtarışları nəticəsində itkin düşən 2009-cu i

Bir çox insan istifadə üçün proqram yükləyəndə onların mənşəyinə f

Son.az 10 oktyabr üçün günün ulduz falını təqdim edir:

Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari

Alimlər saç tökülməsinə qarşı dərmanın təsirini artırmağın yeni yo
