Azərbaycan və Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur


Siyasət 09 Okt 2025 23:27:00 87 0

Azərbaycan və Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur

Xəbər verdiyimiz kimi, Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

Bu görüş ikitərəfli münasibətlərin son aylarda müşahidə olunan gərginlikdən sonra konstruktiv və müsbət məcraya yönəldiyini açıq şəkildə göstərdi. Görüşün məzmunu və Rusiya Prezidenti Vladimir Putinin söylədiyi fikirlər, tərəflərin qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında münasibətləri davam etdirmək niyyətində olduqlarını nümayiş etdirdi.

Görüş zamanı Vladimr Putin "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığını çatdırıb.

Qeyd olunub ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq. Rusiya Prezidenti hadisə haqda bildirib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq.

Təyyarə insidenti ilə bağlı məsələnin Rusiya tərəfindən artıq "həll olunmuş məsələ" kimi təqdim edilməsi, diplomatik münasibətlərin üzərindəki gərginlik kölgəsinin aradan qalxdığını deməyə əsas verir. Azərbaycan tərəfi, hadisənin emosional deyil, məntiqi və qarşılıqlı anlaşma əsasında dəyərləndirilməsinə üstünlük verərək, münasibətlərin strateji xarakterini qorumaq xəttini davam etdirdi.

Görüş həm də göstərdi ki, Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan üçüncü qüvvələrin cəhdləri iflasa uğrayıb. Xüsusilə Rusiya ictimai-siyasi dairələrində fəaliyyət göstərən bəzi ermənipərəst fiqurlar Simonyan, Solovyov, Zatulin və başqaları uzun müddətdir ikitərəfli münasibətlərə kölgə salmağa, süni gərginlik yaratmağa çalışırdılar. Lakin dövlət başçılarının birbaşa və səmimi təmasları bu cəhdlərin nəticəsiz qaldığını ortaya qoydu.

Prezident Putinin media qarşısında verdiyi açıqlamalar həm də Azərbaycanın narahatlığını doğuran bir məsələ Rusiyada anti-Azərbaycan ritorikasının və informasiya təxribatlarının qarşısının alınması ilə bağlı aydın mesaj idi. Bu bəyanat, Moskvanın rəsmi dairələrinin destruktiv təbliğatdan uzaqlaşmaq və münasibətləri strateji əməkdaşlıq ruhunda saxlamaq istəklərini nümayiş etdirdi.

Əslində bu görüş, son dövrdə regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycan və Rusiyanın bir-birini vacib tərəfdaş və regional sabitlik amili kimi görməyə davam etdiyini sübut etdi. Cənubi Qafqazda sülh prosesinin irəliləməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və təhlükəsizlik məsələlərinin koordinasiyası baxımından Bakı və Moskva arasında əməkdaşlıq hələ də mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, bu görüş ikitərəfli münasibətlərdə praktik əməkdaşlığa, qarşılıqlı inamın bərpasına və strateji dialoqun yenilənməsinə doğru mühüm addım kimi dəyərləndirilə bilər. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi göstərdi ki, iki ölkə münasibətləri üçüncü qüvvələrin təxribatlarından deyil, qarşılıqlı maraqlar və regionun sabitliyi naminə əməkdaşlıq prinsiplərindən qaynaqlanır. TREND

Masazırda sahibsiz it problemi: Sakinlər narahatdır like
  • 09 Okt 23:06  
Digərləri Masazırda sahibsiz it problemi: Sakinlər narahatdır

Masazır qəsəbəsində 20-yə yaxın sahibsiz itin küçələrdə sürü halı

arrow Ətraflı
Ən sağlam səhər yeməyi açıqlandı: Yumurta və pendirdən daha faydalı… like
  • 09 Okt 22:54  
Digərləri Ən sağlam səhər yeməyi açıqlandı: Yumurta və pendirdən daha faydalı…

Səhər yeməyi vərdişlərini dəyişdirəcək yeni açıqlama gəlib. İllər

arrow Ətraflı
Əməkdar artist aktyor oğluna toy edir like
  • 09 Okt 22:41  
Şou-biznes Əməkdar artist aktyor oğluna toy edir

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun evində toy olacaq.

arrow Ətraflı
Bunu eşidən bir daha cibində gəzdirmir  Sağlam insanlara belə təsir edir like
  • 09 Okt 22:14  
Digərləri Bunu eşidən bir daha cibində gəzdirmir Sağlam insanlara belə təsir edir

Texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, elm adamları

arrow Ətraflı
Bu əlamətlər ürəyin zəifliyindən xəbər verir  Hər an tuta bilər... like
  • 09 Okt 22:00  
Digərləri Bu əlamətlər ürəyin zəifliyindən xəbər verir Hər an tuta bilər...

Kardioloq Ernst fon Şvarc ürək xəstəliklərinin dörd ciddi, lakin gözə �

arrow Ətraflı
32 yaşlı müəllimin faciəli şəkildə öldüyü hadisənin təfərrüatı like
  • 09 Okt 21:44  
Digərləri 32 yaşlı müəllimin faciəli şəkildə öldüyü hadisənin təfərrüatı

Müəllim kirayədə qaldığı evdə dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Qəzzaya gedən gəmidə saxlanılan Azərbaycanlılar azad edilib?  RƏSMİ AÇIQLAMA like
  • 09 Okt 21:30  
Siyasət Qəzzaya gedən gəmidə saxlanılan Azərbaycanlılar azad edilib? RƏSMİ AÇIQLAMA

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxsl�

arrow Ətraflı
Nadir nəvəsinə onun adını verəcək like
  • 09 Okt 21:18  
Şou-biznes Nadir nəvəsinə onun adını verəcək

Müğənni Nadir Qafarzadə doğulacaq nəvəsindən danışıb. 

arrow Ətraflı
14 yaş kiçik qardaşını bıçaqlayıb öldürdü  Lənkəranda qətl like
  • 09 Okt 21:05  
Kriminal 14 yaş kiçik qardaşını bıçaqlayıb öldürdü Lənkəranda qətl

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qa

arrow Ətraflı
Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi like
  • 09 Okt 21:04  
Kriminal Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini

arrow Ətraflı
Paytaxt məktəbində bir İLK like
  • 09 Okt 20:52  
Digərləri Paytaxt məktəbində bir İLK

Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəb

arrow Ətraflı
Ələtdəki aeroporta rəhbər təyin edildi like
  • 09 Okt 20:31  
Digərləri Ələtdəki aeroporta rəhbər təyin edildi

Ələt Azad İqtisadi Zonasında yaradılan yeni hava limanı idarəsinin idarə

arrow Ətraflı
Ukrayna: Münaqişə zamanı 200 minə yaxın insan itkin düşüb like
  • 09 Okt 20:28  
Digərləri Ukrayna: Münaqişə zamanı 200 minə yaxın insan itkin düşüb

Rusiya-Ukrayna müharibəsi nəticəsində təxminən 200 min insanın itkin dü

arrow Ətraflı
Qeysəriyyə üsulu ilə ana olanların nəzərinə! like
  • 09 Okt 20:00  
Digərləri Qeysəriyyə üsulu ilə ana olanların nəzərinə!

Qeysəriyyə əməliyyatı növbəti hamiləlikdə erkən doğuş riski yaradır

arrow Ətraflı