Tramp 200 ilin qanununu "DİRİLTDİ" aləm qarışdı


Dünya 16 Mar 2025 11:38:00 64 0

Tramp 200 ilin qanununu "DİRİLTDİ"  aləm qarışdı

Prezident Donald Tramp 1798-ci ildə qəbul olunmuş qanunun tətbiqinə dair fərman imzalayıb.

Son.az  xəbər verir ki, yalnız müharibə dövründə istifadə olunan qanun prezidentə təhdid hesab edilən miqrantların insan hüquqlarından yan keçməyə və onları tez bir zamanda deportasiya etməyə imkan verir. Tramp qanunun tətbiqinin Venesuela vətəndaşlarının yaratdığı Tren de Aragua bandasının üzvlərinin deportasiyasını sürətləndirmək məqsədi daşıdığını elan edib. O, ölkənin adam oğurluğu, qəsb, mütəşəkkil cinayət və sifarişli qətllərlə əlaqəli cinayət təşkilatının "işğal"ı ilə üzləşdiyini deyib.

Tramp dəstə üzvlərinin ölkədə sabitliyi pozmaq məqsədi ilə "ABŞ-a qarşı qeyri-qanuni müharibə və düşmənçilik hərəkətləri ilə məşğul olduqlarını" bildirib.

Trampın əmrinə əsasən, banda üzvləri olduğu aşkar edilən, ABŞ-da olan və ölkənin vətəndaşlığı olmayan və ya qanuni daimi sakinləri olmayan 14 yaş və ya daha yuxarı bütün Venesuela vətəndaşları "xarici düşmənlər kimi həbs, məhdudlaşdırma və sair yollarla ölkədən çıxarılmalı"dır.

Qeyd edək ki, Xarici Düşmənlər Aktı, İkinci Dünya Müharibəsi zamanı yapon, alman və italyan əsilli insanların təcrid olunmuş düşərgələrinə haqq qazandırmaq üçün istifadəsi ilə məşhurdur. Vətəndaş hüquqları qrupları və bəzi Demokratlar, kütləvi deportasiyaları artırmaq üçün onun. yenidən tətbiqi ideyasını tənqid ediblər. Trampın bu qərarının da məhkəmə yolu ilə mübahisələndiriləcəyi gözlənilir. Çünki hüquq-müdafiə təşkilatları və demokratlar qanunun yalnız müharibələr zamanı qüvvəsinin ola biləcəyini açıqlayaraq Trampın qərarına qarşı hərəkətə keçiblər.

Fevral ayında Tramp administrasiyası Tren de Araqua, Sinaloa Karteli və daha altı cinayətkar qrupu qlobal terror təşkilatları siyahısına daxil edib. Şənbə günü verilən direktivdə deyilir ki, Tren de Araqua "Birləşmiş Ştatların vətəndaşlarına zərər vermək məqsədlərinə çatmaq üçün Birləşmiş Ştatlara kütləvi qeyri-qanuni miqrasiya ilə məşğul olub və məşğul olmaqda davam edir".

Tramp "immiqrant cinayəti"nin artmasının sübutu kimi, banda təhdidini kampaniya çıxışlarının müntəzəm mövzusuna çevirib. Lakin elə şənbə günü məhkəmə hökumətin beş venesuelalının dərhal deportasiyasına dair qərarının icrasını dayandırıb.

Məhkəmə hökumətin onları 14 gün müddətinə deportasiya etməsinə mane olan müvəqqəti həbs qətimkan tədbiri seçib. İddianı qaldıran qruplardan biri olan Amerika Vətəndaş Azadlıqları Birliyi venesuelalıların sığınacaq istədiklərini bildirib. Məhkəmə sənədləri hökumətin hakimin müvəqqəti həbs qətimkan tədbirindən apellyasiya şikayəti verdiyini göstərir. /Musavat.com

Rəqsanənin 98 minlik ev bazarlığı GÜNDƏM OLDU  VİDEO like
  • 16 Mar 11:30  
Şou-biznes Rəqsanənin 98 minlik ev bazarlığı GÜNDƏM OLDU VİDEO

Rəqsanə İsmayılova bu dəfə xeyriyyəçilik fəaliyyəti və sərt çıxı�

arrow Ətraflı
Qabil Məmmədov bu tarixdə Bakıda olmalıdır like
  • 16 Mar 11:22  
Digərləri Qabil Məmmədov bu tarixdə Bakıda olmalıdır

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəs

arrow Ətraflı
Maşını texniki baxışdan keçmədi  küçənin ortasında YANDIRDI like
  • 16 Mar 11:16  
Digərləri Maşını texniki baxışdan keçmədi küçənin ortasında YANDIRDI

Türkiyədə bir kişi texniki baxışdan keçə bilmədiyi üçün avtomobilini

arrow Ətraflı
"Ruh yaşım 22dir" like
  • 16 Mar 11:05  
Şou-biznes "Ruh yaşım 22dir"

"Hər insanın ruh yaşı var. Bu xüsusi hesablamalarla olur. Mənim ruh y

arrow Ətraflı
Putin gec, ya tez bunu etməli olacaq  Britaniya Baş naziri like
  • 16 Mar 10:54  
Dünya Putin gec, ya tez bunu etməli olacaq Britaniya Baş naziri

Ukrayna şübhəsiz sülh tərəfdarıdır. Rusiya Prezidenti Vladimir Putin is�

arrow Ətraflı
Rusiyada yanğın like
  • 16 Mar 10:40  
Digərləri Rusiyada yanğın

Rusiya Federasiyası tərkibində olan Udmurtiya Respublikasının Kambarka şə

arrow Ətraflı
Tramp BMWyə qarşı: "Bu, düşməncəsinə və təhqiredicidir" like
  • 16 Mar 10:32  
Digərləri Tramp BMWyə qarşı: "Bu, düşməncəsinə və təhqiredicidir"

Almaniyanın BMW avtomobil nəhəngi həyəcan təbili çalıb. Belə ki, şirk�

arrow Ətraflı
"İmtahan"nın aktrisasından cazibədar FOTOlar like
  • 16 Mar 10:21  
Şou-biznes "İmtahan"nın aktrisasından cazibədar FOTOlar

Aktrisa Üzel Kərimova paylaşımı ilə gündəmə gəlib.

arrow Ətraflı
Rubio Lavrovu hərbi əməliyyatlar barədə məlumatlandırdı like
  • 16 Mar 10:12  
Dünya Rubio Lavrovu hərbi əməliyyatlar barədə məlumatlandırdı

ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lav

arrow Ətraflı
"TikTok"da gündəm olan bu oyuncaq nadir psixi xəstəlik TƏHLÜKƏSİ YARADIR like
  • 16 Mar 09:58  
Dünya "TikTok"da gündəm olan bu oyuncaq nadir psixi xəstəlik TƏHLÜKƏSİ YARADIR

"TikTok"da gündəm olan sızanaq sıxılması ilə bağlı oyuncaqlar

arrow Ətraflı
“Sibel Cana pomidoryumurta bişirdiyimə görə qınandım“ like
  • 16 Mar 09:51  
Şou-biznes “Sibel Cana pomidoryumurta bişirdiyimə görə qınandım“

"Liatris Holding"in rəhbəri Ruhiyyə Əliyeva açıqlaması ilə diq

arrow Ətraflı
ABŞ onlar üçün vizaları like
  • 16 Mar 09:40  
Dünya ABŞ onlar üçün vizaları

ABŞ administrasiyası terrorçulara dəstək aksiyalarında iştirak etdikləri

arrow Ətraflı
4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI like
  • 16 Mar 09:33  
Digərləri 4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

Astroloqlar yaxın gələcəkdə taleyin Bürcün dörd əlamətinin nümayənd�

arrow Ətraflı
Generaldan ABŞyə XƏBƏRDARLIQ like
  • 16 Mar 09:20  
Digərləri Generaldan ABŞyə XƏBƏRDARLIQ

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, genera

arrow Ətraflı