Gecə zənglərindən və Tom Hollandın qısqanclığından danışdı
Şou-biznes 15 Mar 2025 19:06:00 64 0
"Alatoran" vampir saqasında Edvard Kallen rolunu canlandıran sevilən aktyor Robert Pattinson "A24" studiyasının yeni "Drama" filminin çəkilişləri zamanı baş verən qeyri-adi hadisə haqqında danışıb.
Bu xəbəri də oxu: "Qadınlar alimentə görə boşanır deyənlər vicdansızdır"
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Ssenaridəki bir cümlə Pattinsonu sözün əsl mənasında dəli edib. Aktyor gizli mənanı axtararaq üç gün ərzində səhifələrlə mətn təhlili yazıb. Cavab tapa bilmədikdə, çəkilişdən bir gün əvvəl həmin filmdə rol alan Zendayaya zəng etməyə qərar verib. Həmkarlar iki saat boyunca danışıb və qız Roberti sakitləşdirərək ona izah edib ki, bu müəmmalı cümlədə heç bir alt məna yoxdur.
"Hər şey çox sadə imiş, mən isə bu səbəbdən üç gün ərzində dəli kimi oldum", - deyə Pattinson etiraf edib.
Qeyd edək ki, Robertin Zendayaya gecə zəngləri diqqətdən kənarda qalmayıb və onun sevgilisi, "Marvel" filmlərində "Hörümçək Adam" rolunun ifaçısı Tom Hollandda "yüngül qısqanclıq" yaradıb. Lakin insident tezliklə həll olunub.
Robert Pattinsonu sakitləşdirmək təkcə Zendayanın işi olmayıb. "Drama" filmində onun tərəf müqabili olan Cennifer Lourens, aktyoru xüsusi hazırlıq olmadan kadrda rəqs etməyə razı salmaq üçün xeyli səy göstərib. Xoşbəxtlikdən, "Alatoran"ın ulduzu özünü ələ ala bilib, baxmayaraq ki, son ana qədər narahatlıq keçirib.
Qeyd edək ki, rejissor Kristoffer Borqlinin "Drama" filmi hazırda istehsal mərhələsindədir. Premyeranın dəqiq tarixi hələ məlum deyil, lakin pərəstişkarlar Robert Pattinson və Zendayanın aktyor duetini böyük ekranda görmək imkanını səbirsizliklə gözləyirlər.
On minlərlə insan Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində ölkə pre

Hazırda Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığımız ol

Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində

Populyar neyron şəbəkələri istifadəçilərə fəal şəkildə "casusl

Bahar oyanış, yenilənmə və yeni başlanğıclar vaxtıdır. Qış yuxulamas

Antibiotiklərin reseptsiz buraxılışı qadağandır

Azərbaycanda bir neçə dərman istehsalı müəssisəsi quraşdırılır.

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yutuber Ayri Sato canlı yayım za

Türkiyənin məşhur "Deha" serialının çəkiliş meydançasında b

Tez-tez mobil telefonunuzu noutbukunuzun yanına qoyursunuz? Bunu bir daha etmə

ABŞ prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Ada

Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə ba�

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin �
