Əməliyyat zamanı qeyrietik görüntüləri yayılan "həkim" DANIŞDI


Digərləri 22 Avq 2025 15:28:00 70 0

Əməliyyat zamanı qeyrietik görüntüləri yayılan "həkim" DANIŞDI

Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələn Gülbadə Abdullayeva açıqlama verib.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, G.Abdullayeva yayılan videogörüntülərin həmkarları ilə zarafat məqsədilə çəkildiyini bildirib:

"Uğurlu əməliyyatımın nəticəsində oynayıb-gülmüşük. Öz həmkarlarımız arasında çəkilmiş videodur. Heç bir antisanitar vəziyyət olmayıb, həmin pasiyentin sağlamlığı ilə bağlı da problem yaranmayıb".

Onun sözlərinə görə, videonu özü paylaşmayıb və məsələ ilə bağlı şikayətçidir:

"Məni cəmiyyətin gözündən salmaq üçün saç ustası kimi təqdim etdilər, bunlar yalandır. Ali təhsilimi Avropa ölkəsində almışam, lakin Azərbaycanda təsdiq olunmayıb. "UĞUR Estetik Mərkəzi 777"də çalışdığım zaman lisenziya yox idi, buna görə də fəaliyyətimi dayandırdım".

Abdullayeva həmçinin 11 ildir estetik cərrah kimi çalışdığını, son 4 ildə isə adıçəkilən mərkəzdə fəaliyyət göstərdiyini deyib. Onun iddiasına görə, sosial şəbəkələrdə yayılan görüntülər 5 ay əvvəl çəkilib.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Aparılan araşdırma nəticəsində məlum olub ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi 777" lisenziya olmadan fəaliyyət göstərir. Nazirlik məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da yayılıb.

Bu siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunacaq like
  • 22 Avq 15:14  
Digərləri Bu siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunacaq

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilind

arrow Ətraflı
Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək like
  • 22 Avq 15:11  
Siyasət Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

arrow Ətraflı
Yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanat like
  • 22 Avq 15:10  
Siyasət Yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanat

Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Ə

arrow Ətraflı
Prezident: Bu gün Azərbaycan və Türkmənistan yeni üfüqlərə doğru birgə addımlayır like
  • 22 Avq 15:00  
Siyasət Prezident: Bu gün Azərbaycan və Türkmənistan yeni üfüqlərə doğru birgə addımlayır

Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kim

arrow Ətraflı
Nailə İslamzadənin bu VİDEOsu müzakirələr yaratdı like
  • 22 Avq 14:57  
Şou-biznes Nailə İslamzadənin bu VİDEOsu müzakirələr yaratdı

Əməkdar artist Nailə İslamzadə formada qalma sirrini izləyiciləri ilə b

arrow Ətraflı
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verildi like
  • 22 Avq 14:40  
Digərləri MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verildi

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin va

arrow Ətraflı
Prezident onları təltif etdi  SƏRƏNCAM like
  • 22 Avq 14:32  
Siyasət Prezident onları təltif etdi SƏRƏNCAM

Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib.

arrow Ətraflı
Bölgə yenidən formalaşır: sülhə çox az qaldı like
  • 22 Avq 14:24  
Siyasət Bölgə yenidən formalaşır: sülhə çox az qaldı

Cəmi 5 il əvvəl Cənubi Qafqazda sülh ideyası uzun müddət reallıqdan ço

arrow Ətraflı
ABŞ bu şəxslərə viza verilməsini dayandırdı like
  • 22 Avq 13:55  
Digərləri ABŞ bu şəxslərə viza verilməsini dayandırdı

ABŞ kommersiya məqsədilə ölkəyə gəlmək istəyən xarici yük maşını

arrow Ətraflı
Diana Əhədpur Parisdə yeni milyonçu sevgilisi ilə ələlə like
  • 22 Avq 13:53  
Şou-biznes Diana Əhədpur Parisdə yeni milyonçu sevgilisi ilə ələlə

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan D

arrow Ətraflı