Arif Əbdüloğlu vəfat etdi


Digərləri 20 Avq 2025 12:47:00 63 0

Arif Əbdüloğlu vəfat etdi

Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan şair, yazıçı və publisist Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) vəfat edib.

Modern.az-ın məlumatına görə, o, ötən gün 86 yaşında dünyasını dəyişib.

1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində anadan olan Arif Əbdüloğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış, universitet qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. İlk şeirləri 1960-cı ildə xalq şairi Bəxtiyar Vahabzadənin tərtib etdiyi "Aprel çiçəkləri" almanaxında çap olunmuşdur. 1963-cü ildə Zaqatalada çıxan rayonlararası "Qırmızı bayraq" qəzetində işə başlamış, sonrakı illərdə "Sovet kəndi", "Həyat" qəzetlərində çalışmışdır. Arif Əbdüloğlu Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı, cənab Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Uzun illər mətbuatda jurnalist kimi çalışan Arif Əbdüloğlu həm poeziya, həm də publisistika sahəsində özünəməxsus iz qoymuşdur.

Onun yaradıcılığında vətənə, doğma torpağa bağlılıq, milli dəyərlərə hörmət, insan duyğularının sadə və dərin təzahürləri əsas yer tutur. Xalqın gündəlik həyatını, Azərbaycanın tarixini və ənənələrini şeir və nəsr nümunələrində sevgi və ehtiramla əks etdirən şair, milli ruhun daşıyıcılarından biri kimi ədəbi ictimaiyyətin hörmətini qazanmışdır.

Arif Əbdüloğlunun ədəbi irsində oçerklər, publisistik yazılarla yanaşı, poetik nümunələr də mühüm yer tutur. Onun 2019-cu ildə nəşr olunmuş "Vətəndir sevdiyim, sevildiyim yer", eləcə də 2024-cü ildə işıq üzü görmüş "Bütövləşən vətənim" kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmış, xüsusilə Vətən müharibəsi mövzusu, xalq qəhrəmanlarının igidliyi poetik duyğularla tərənnüm edilmişdir. 

Onun yaradıcılığı sadə, anlaşıqlı dili ilə yanaşı, insanlıq, vətənpərvərlik və səmimiyyətin harmoniyasını əks etdirir. Arif Əbdüloğlu yalnız şair deyil, həm də xalqın səsi, milli-mənəvi dəyərlərin qoruyucusu kimi ədəbiyyat tarixində öz layiqli yerini tutmuşdur.

Azərbaycan ədəbi ictimaiyyəti böyük bir ziyalısını itirmişdir. Arif Əbdüloğlu həm təvazökar insan, həm də ustad sənətkar kimi yaddaşlarda qalacaq. Onun qələmi Azərbaycan ədəbiyyatında uzun müddət yaşayan, əbədi yaşanan səmimiyyət və vətən sevgisi simvolu olaraq qalacaqdır.

Allah rəhmət eləsin.

Sabah yağış yağacaq, şimşək çaxacaq like
  • 20 Avq 12:43  
Digərləri Sabah yağış yağacaq, şimşək çaxacaq

Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
İstanbulda azərbaycanəsilli qadının MEYİTİ TAPILDI like
  • 20 Avq 12:41  
Digərləri İstanbulda azərbaycanəsilli qadının MEYİTİ TAPILDI

İstanbulun Esenyurt rayonunda azərbaycanəsilli 58 yaşlı Olqa Aydın yaşad�

arrow Ətraflı
60 yaşlı kişi qətlə yetirildi  Bacısı oğlu saxlanıldı like
  • 20 Avq 12:30  
Digərləri 60 yaşlı kişi qətlə yetirildi Bacısı oğlu saxlanıldı

Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qət

arrow Ətraflı
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlandı like
  • 20 Avq 12:24  
Digərləri Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlandı

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyal

arrow Ətraflı
Roza Cəlilova qızını polisə verdi like
  • 20 Avq 12:16  
Şou-biznes Roza Cəlilova qızını polisə verdi

Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovanı polis

arrow Ətraflı
Tramp: “Dünya müharibəyə yaxın idi, lakin biz bunu dayandırdıq” like
  • 20 Avq 12:08  
Digərləri Tramp: “Dünya müharibəyə yaxın idi, lakin biz bunu dayandırdıq”

ABŞ prezidenti Donald Tramp açıqlamasında səlahiyyət müddətində üçün

arrow Ətraflı
Ali Məhkəmə hüquqşünaslara müraciət etdi like
  • 20 Avq 12:04  
Digərləri Ali Məhkəmə hüquqşünaslara müraciət etdi

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurası

arrow Ətraflı
Sevil və Sevinc bacılarından arxiv paylaşımı  Tənqidlərə cavab gəldi like
  • 20 Avq 11:53  
Şou-biznes Sevil və Sevinc bacılarından arxiv paylaşımı Tənqidlərə cavab gəldi

Müğənni bacılar Sevil və Sevinc Səfərova sosial media hesablarında illə

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 20 Avq 11:44  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.

arrow Ətraflı
Rusiyada alışveriş mərkəzində yanğın olub like
  • 20 Avq 11:43  
Digərləri Rusiyada alışveriş mərkəzində yanğın olub

Kemerovo şəhərində yerləşən "Laplandiya" ticarət mərkəzində

arrow Ətraflı
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? like
  • 20 Avq 11:34  
Siyasət İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək?

Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri və marşrutlarını

arrow Ətraflı
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi like
  • 20 Avq 11:25  
Digərləri Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

London - Düşənbə marşrutu üzrə uçuş həyata keçirən "NOMAD AVIAT

arrow Ətraflı
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü like
  • 20 Avq 11:17  
Digərləri Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü

Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi

arrow Ətraflı
Azərbaycanda Su Təchizatı Xidmətinin dövlətə külli miqdarda vergi borcu yarandı like
  • 20 Avq 10:54  
Digərləri Azərbaycanda Su Təchizatı Xidmətinin dövlətə külli miqdarda vergi borcu yarandı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmi

arrow Ətraflı
MİQ üzrə daha min vakant yer təqdim ediləcək like
  • 20 Avq 10:50  
Digərləri MİQ üzrə daha min vakant yer təqdim ediləcək

MİQ üzrə müsabiqənin digər mərhələsi avqustun 22-dən həyata keçiril�

arrow Ətraflı