Bürclər üçün dönüş nöqtəsi İş yeri dəyişikliyi, vəzifə, maaş...
Digərləri 18 Avq 2025 17:39:00 70 0
18-24 avqust tarixləri bürclərin həyatına müxtəlif sahələrdə dəyişikliklər gətirəcək.
Bu xəbəri də oxu: Tiktokerlərin bu sözləri Kembric lüğətinə daxil edilir
Son.az xəbər verir ki, bu həftə bütün bürclər üçün dönüş nöqtəsi hesab olunur. Yeniayın təsiri ilə verilən qərarlar uzun müddət həyatınıza yön verəcək.
Qoç - iş həyatınızda, gündəlik işlərinizdə və sağlamlıqla bağlı məsələlərdə dəyişiklik yaradacaq. İş dəyişikliyi, yeni layihələr, kurs və təhsil imkanları önə çıxa bilər. Həmçinin idmana başlamaq və həyat tərzini sağlamlaşdırmaq üçün uyğun vaxtdır.
Buğa - Uşaqların təhsili, ailə ilə bağlı yeniliklər, sevgi münasibətlərində ciddi qərarlar ön plandadır. Yeni hobbilər, yaradıcılıq işləri və əlavə qazanc fürsətləri ola bilər. Ancaq maliyyə mövzularında risklərə qarşı diqqətli olmalısınız.
Əkizlər - Ev, ailə və karyera mövzularında mühüm dəyişikliklər mümkündür. Köçmək, evlənmək, iş yeri dəyişdirmək kimi böyük qərarlar gündəmə gələ bilər. Ailə içində anlaşmazlıqların həlli və yeni başlanğıclar üçün şanslısınız.
Xərçəng - Təhsil, səyahət və yaxın çevrə ilə əlaqələr ön plana çıxacaq. Yeni kursa başlaya, müqavilə imzalaya, yeni insanlarla tanış ola bilərsiniz. Ticarət və sosial media sahəsində uğurlar mümkündür. Ancaq səfərlərdə və texniki məsələlərdə diqqətli olun.
Şir - Maliyyə mövzuları və dəyərləriniz gündəmdədir. Yeni gəlir mənbələri aça, iş yerində dəyişiklik görə, maaş artımı və ya vəzifə dəyişikliyi yaşaya bilərsiniz. Lakin qəfil xərclərə qarşı hazırlıqlı olmaq lazımdır.
Qız - Yeniay birbaşa sizin bürcünüzdə baş verəcək. İş, münasibət və şəxsi həyatınızda yeni qərarlar verə bilərsiniz. Ortalıqda gözlənilməz dəyişikliklər olsa da, uzunmüddətli planlar üçün zəmin yaranacaq. Xarici görünüşünüzdə və gündəlik həyat tərzinizdə yenilik etmək istəyə bilərsiniz.
Tərəzi - Daxili dünyanızı və həyatınızı sorgulaya, gizli qalan məsələləri üzə çıxara bilərsiniz. Sağlamlıqla bağlı müalicə və bərpa dövrü ola bilər. Ev və iş mühitində dəyişikliklər mümkündür. Səyahət, təhsil və yeni insanlarla tanışlıq fürsətləri də gündəmdədir.
Əqrəb - Yeniay karyera və sosial mühitinizdə yeniliklər gətirəcək. Yeni iş imkanı, təklif və ya maaş artımı mümkündür. Ancaq bəzi dostluqlar və münasibətlər bitə bilər. Sosial çevrəniz dəyişə, yeni tanışlıqlar və flört fürsətləri ortaya çıxa bilər.
Oxatan - Karyera evinizdə baş verən yeniayla iş həyatınızda dəyişikliklər ola bilər. Yeni iş, vəzifə dəyişikliyi, zam və ya işdən ayrılma gündəmə gələ bilər. Həmçinin evlilik, ortaq işlər və ailə məsələləri diqqət tələb edəcək.
Oğlaq - Xarici ölkələrlə əlaqələr, təhsil və səyahət imkanları açılacaq. Yeni hədəfləriniz üçün addım atmaq vaxtıdır. Karyerada gözlənilməz dəyişikliklər ola bilər. Yaxın çevrə və ailə ilə bağlı mövzular da önəm qazanacaq.
Dolça - Yeniay maliyyə və ödənişlər sahəsində təsirli olacaq. Borclar, kreditlər, miras, tazminat kimi məsələlərdə dəyişikliklər mümkündür. Yeni investisiya fürsətləri və ortaq gəlir mənbələri yarana bilər. Texnologiya və media sahəsində başlanğıclar uğurlu ola bilər.
Balıq - Münasibətlərinizdə və işgüzar ortaqlıqlarda yeni dövr başlayır. Evlilik qərarı, ayrılıq və ya yeni müqavilə gündəmə gələ bilər. Həyatınızda köklü dəyişikliklər mümkündür. Eyni zamanda daşınmaz əmlak, ailə və övladla bağlı yeniliklər ola bilər.
Ulduz Son.az
Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün rezidenturaya qəb

Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin h�

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi məntəqəsi - "Met

Bakıda psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırm

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanın pilotsuz təyyarəl

Çinli YouTuber Sinq pişikləri üçün metro sistemi quraraq sosial şəbəkə

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiy

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ginekoloq Kəmalə Quliyevanın so

Bu il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbayca

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində dələduz

Kembric lüğətinin yenilənmiş versiyasına "Skibidi", "tradwi

"Dalyan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin ə

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri başlayıb.

Cənubi Qafqazın diplomatik səhnəsi son aylar çoxölçülü strateji platfor
