Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar
Dünya 10 Avq 2025 10:14:00 63 0
Türkiyənin Aydın vilayətində meyiti tapılan 22 yaşlı universitet tələbəsi Teslime Hanedanın ölümündən sonra yeni detallar ortaya çıxıb.
Bu xəbəri də oxu: İspaniyada təyyarə qəzası: Ölənlər var
Son.az yerli mətbauata istinadən xəbər verir ki, Teslime 10 ay əvvəl anası və atasının ona şiddət tətbiq edib, evdə zorla saxladıqları iddiası ilə hər ikisi barəsində uzaqlaşdırma qərarı aldırıb.
Başından güllə ilə vurulmuş halda tapıldı
Avqustun 6-da Aydının Kalfaköy məhəlləsi yaxınlığındakı meşə yolunda başından güllə ilə vurulmuş qadın meyiti tapılıb. Meyitin Adnan Menderes Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin 3-cü kurs tələbəsi Teslime Hanedan olduğu müəyyən edilib. Əraziyə ilk çağırışı edən şəxsin onun sevgilisi Efe F. olduğu məlum olub və o, şübhəli şəxs qismində saxlanılıb.
Sevgilisinin ifadəsi ziddiyyətli oldu
Polis araşdırmaları zamanı Efe F.-nin Teslimeni vurulduğu yerdən 50 metr məsafəyə qədər kürəyində daşıdığı məlum olub. O, polisə ilkin ifadəsində qızın çantasından silah çıxarıb özünü vurduğunu deyib. Lakin daha əvvəl 112-yə zəng edərək "Qız yoldaşıma çata bilmədim, telefon izləmə proqramı ilə yerini tapdım, meyitini gördüm" deməsi ziddiyyətli ifadə kimi qiymətləndirilib.
Hadisə zamanı yanında 4 nəfər daha olub
Hadisədən əvvəl Teslime Efe F. və onun 4 dostu taksi ilə birlikdə həmin əraziyə gəliblər. Polis həmin 4 nəfəri də şübhəli qismində saxlayıb. Ümumilikdə 5 nəfər hal-hazırda polis idarəsində dindirilməkdədir.
9 avqust tarixində baş verəcək Ayın dolması üçün astroloji proqnoz bəz

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtah

İstanbulun Bahçelievler rayonunda, iddiaya görə, bir qadın başqa bir qadı

Bu yay Delaver sahillərində dənizanası sayının kəskin artması çimərlik

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanını

Türkiyə Afrikadan gələn yeni "Eyyam-ı Bahur" isti hava dalğası

Diş fırçasını islatmaq çox insanın gündəlik vərdişidir, amma mütəx�

Qarabağ Universitetində qəbul aparılacaq ixtisaslar məlum olub.

Çərəzlərin tərkibi vitaminlər, minerallar, zülallar və yağlarla zəngin

Noxud hər kəsin mətbəxində tapılan və tez-tez bişirilən paxlalı bitkil

Dəri xərçənginə ixtisaslaşmış dermatoloq, günəşdən qorunmanın son d

Gələn həftə, avqustun 15-də ABŞ-nin Alyaska ştatında Rusiya Prezidenti V

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tra
