“Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım”
Digərləri 07 Avq 2025 15:08:00 59 0
"Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: Son iki ayın ən güclüsü olacaq Alimlərdən xəbərdarlıq
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İstintaq materiallarında yazılıb ki, ötən ilin qışında Akif Həsənovun Şüvəlan qəsəbəsində yerləşən bağ evində yanğın olub. Yanğın söndürüldükdən sonra evə baxış zamanı içində qiymətli əşyaların olduğu seyfin oğurlandığı məlum olub.
Araşdırma nəticəsində evin bağbanı - 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.
Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyonluq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib: "Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan "Breguet" və "Audemars Piguet" markalı dəri kəmərli saatlar yoxa çıxdı.
Həmin saatlar sadəcə qiymətinə görə deyil, yubileydə bağışlandığı üçün xatirə kimi mənə çox dəyərli idi. Oğluma 25 illik yubileyinə "Audemars Piguet" markalı (qiyməti 100 min manata yaxın-red) bahalı saat hədiyyə etmişdim. Həmin saatlar artıq istehsaldan çıxarılıb, tapılmır. Ötən ilin yanvarında oğlum Bakıya gəlmişdi. Bir gün oğlum saatının evdə itdiyini dedi. Amma bu barədə polisə xəbər vermədik. Bir müddət sonra da evdə yanğın baş verdi. Yanğın söndürüləndən sonra isə evdəki qızıl-zinət əşyaları və pulun oğurlandığının şahidi olduq. Sonra məlum oldu ki, ev qəsdən yandırılıb. Hər tərəfə benzin səpilibmiş. Sonda bütün olanların arxasından bağban çıxdı".
Zərərçəkmiş onu da əlavə edib ki, məşhur rəssamların əl işlərinin həvəskarı olaraq orijinal rəsm əsərləri alıbmış. Yanğın zamanı onlar da məhv olub. Rəsm əsərlərinin indiki dəyəri elə yarım milyona yaxındır: "Hamısını 15 il əvvəl almışdım. Evdə 4-5 belə rəsm əsəri vardı. Araşdırsaq, elə onların bugünkü bazar qiyməti yarım milyona yaxındır. Sadəcə Əkbərə yazığım gəldiyi üçün bu əsərlərin məhv edilməsini maddi zərər kimi nəzərə almadım".
Hökmə əsasən, Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana qarşı vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Şt

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 av

3I/ATLAS obyektinin yadplanetli mənşəli olması ilə bağlı fərziyyə müba

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlayıb ki, Dəmə�

1962-ci il istehsalı olan yeganə ağ rəngli Ferrari 250 GTO - Bianco Speciale

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş

Latın cazı və salsa musiqisinin yenilikçi simalarından biri, Qremmi mükafa

Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib. Son.az xəbər v

2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəs

Xəbər verdiyimiz kimi, ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazı

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləm�

Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Ryukyu adalarında 5.9 bal g

Milyarder İlon Mask Azərbaycanla bağlı paylaşım edib.
