Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşüb
Digərləri 04 Avq 2025 18:47:00 80 0
Avqustun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Bu xəbəri də oxu: Azərbaycana istirahətə gələn ərəblər VİLLAnın altınıüstünə ÇEVİRDİ
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Dünyagözəl Qulmanova Milli Məclisin sədrini salamlayaraq BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştiraka görə təşəkkürünü bildirib. O, diqqətə çatdırıb ki, konfransda müzakirə olunan məsələlər mühüm əhəmiyyətə malikdir və xalqlarımızın maraqlarına xidmət edir.
Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Dünyagözəl Qulmanova ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını bildirib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri konfransın iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib. Sahibə Qafarova bu Konfransın yüksək səviyyədə təşkilinə görə Türkmənistan tərəfinə minnətdarlığını bildirib.
Sahibə Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O, ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini xatırlayaraq, ali qonağın həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşünün və aparılmış müzakirələrin əhəmiyyətindən danışıb. Spiker bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını formalaşdırıb. Bu sənədlər arasında "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İda

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş m

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsm

Yaşayış binalarının birində yaşanan hadisə kameranıən obyektivinə dü

2025-ci ilin ilk yarısında ölkə üzrə 55 özəl stomatoloji klinikada yoxla

Abşeron rayonunda taksidə dava düşüb.

Ötən həftə Mərkəzi Bank istehlak kredit kartları (kredit xətləri) üzr�

İsveçrə Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Satter ilə A

Xalq artisti Məleykə Əsədova yeni görüntüsü ilə diqqət çəkib.

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə yaşanan anlar

Bu gün 6 aylıq körpənin ürək tutması (infarkt) nəticəsində vəfat etdi

Aparıcı Afaq Gəncəli vəfat edən oğlu Qədirlə bağlı paylaşım edib.

Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaşayış binala

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşe

Dünyaca məşhur müğənni Cenifer Lopez bir daha ərə getmək fikrində ol
