XİN BMTnin İşçi Qrupunun Vardanyanla bağlı qərarını alqışladı
Siyasət 14 Mar 2025 08:45:00 49 0
BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyində (A/HRC/WGAD/2024/46) Ermənistanın Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs edildiyi barədə iddialarını rədd edib.
Bu xəbəri də oxu: "Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq"
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəydə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan tərəfindən terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, eləcə də genişmiqyaslı dağıntılar və insan tələfatına səbəb olan cinayətlərdə ittiham olunur. Məhz bu səbəbdən onun həbsi həyata keçirilib.
İşçi Qrup, həmçinin, Ermənistanın Vardanyanın öz hüquqlarını müdafiə etməsi səbəbindən həbs olunduğu barədə iddialarını əsassız sayıb. Rəydə qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və milli təhlükəsizlik və ictimai asayişin qorunması məqsədilə məhdudlaşdırıla bilər. İşçi Qrupun gəldiyi nəticəyə əsasən, Vardanyanın əməlləri milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Ermənistan tərəfinin təqsirsizlik prezumpsiyasının pozulması və Vardanyanın müdafiə hüquqlarının məhdudlaşdırılması barədə iddiaları da rədd olunub. İşçi Qrup qeyd edib ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib və məhkəmə prosedurları beynəlxalq standartlara tam uyğundur.
Ümumilikdə, BMT İşçi Qrupunun rəyi Ermənistanın Ruben Vardanyanın əsassız həbs edilməsi ilə bağlı irəli sürdüyü iddiaların və Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha təsdiqləyib. Bu, eyni zamanda, Ermənistanın beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdinin növbəti dəfə uğursuzluğa düçar olduğunu göstərib. Son.az
Pekin də Moskva və Vaşinqton arasında dialoqa dəvət olunub, sədr Szinpin

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişini

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin küçəsi, G

Martın 14-ü dünya sakinləri heyrətamiz və qorxulu astroloji hadisə ilə q

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft, qaz və bank

ABŞ Prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləc�

Aparıcı Mətanət Əliverdiyeva ötən gün yayımlanan "Xəzər axşamı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin ticarət naziri Öme

Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova ağır itki üz ve

Aparıcı İlkin Həsəni TikTok-da çirkli pulların necə yuyulmasından danı

Türkiyənin əfsanəvi aktyoru Kadir İnanırın yeni görüntüsü yayılıb.

Bunun üçün ekspertlər 100-dən çox ölkədə ən yüksək faiz dərəcələ

Aktrisa Ülviyyə Xalinbəyova ilə aktyor Murad İsmayıl ayrıldıqdan sonra i

"Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır".
