İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: TəlƏviv hərbi əməliyyat


Dünya 03 Avq 2025 11:18:00 60 0

İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: TəlƏviv hərbi əməliyyat

İsrailin hökumətyönlü "Israel Hayom" qəzetində dərc olunan və beynəlxalq təhlükəsizlik üzrə tanınmış ekspert Şay Qalın müəllifi olduğu yazı regionda rezonansa səbəb olub. Məqalədə iddia olunur ki, Şimali Kipr - yalnız Türkiyə tərəfindən tanınan bu qurum artıq İsrail üçün birbaşa təhlükə mənbəyinə çevrilməkdədir.

Son.az xəbər verir ki, məqalədə deyilir ki, Şimali Kipr ərazisi yalnız türk hərbi birləşmələri üçün deyil, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu və HƏMAS strukturları üçün də "rahat" platformaya çevrilib. Müəllif qeyd edir ki, bu ərazidə elektron müharibə sistemləri, "Bayraktar", "Akıncı" PUA-ları, ATMACA və Typhoon raketləri, həmçinin kiberkəşfiyyat qurğuları yerləşdirilib və bu da İsrailə real təhlükə yaradır. UBu barədə Haqqin.az saytı geniş təhlil məqaləsi ilə çıxış edib.)

Məqalədə vurğulanır ki, Girnə və Famaqusta bölgələrində artıq hərbi bazalar hazır vəziyyətə gətirilib və bu bazalardan Təl-Əviv, Hayfa və Qüdsə raket zərbəsi endirmək texniki olaraq mümkündür.

Yazıda bildirilir ki, əgər bu təhlükələr kritik həddə çatarsa, İsrail Yunanıstan və Kipr Respublikasının dəstəyi ilə "Poseydonun qəzəbi" adlı hərbi əməliyyata başlaya bilər. Bu əməliyyat çərçivəsində Şimali Kiprdə yerləşdirilən hava hücumundan müdafiə sistemləri, komanda mərkəzləri və Türkiyə hərbi qüvvələri zərərsizləşdirilə bilər.

Qeyd olunur ki, bu plan 1974-cü ildəki Türkiyə əməliyyatının ildönümündə müzakirəyə çıxarılıb və bu da mesajın simvolik gücünü artırır. Müəllif İsrailin İrana qarşı son hava hücumlarını xatırladaraq deyir: "Uzun illər mümkün sayılmayan əməliyyatlar artıq reallığa çevrilir".

Şimali Kipr Türk Dövlətinin prezidenti Ersin Tatar isə "CNN Türk"ə verdiyi açıqlamada bu iddialara sərt reaksiya verib: "Bizim adadakı varlığımız həm türk, həm də rum icmasının təhlükəsizliyinin təminatıdır. Türkiyə bizim hərbi, iqtisadi və siyasi zəmanətçimizdir və bu mövzu istənilən senaridə dəyişməz qalacaq".

Tatar həmçinin İsrailin Kiprin cənubundakı mövcudluğunu və Britaniyanın adadakı bazalarını xatırladaraq, "Qərb Kipri və Şərqi Aralıq dənizini hərbiləşdirir, biz isə sadəcə özümüzü qoruyuruq" deyə bildirib.

Məqalədə qeyd olunur ki, ABŞ da bölgədəki varlığını artırır. Xüsusilə Yunanıstandakı Aleksandrupolis limanı Amerikanın əsas hərbi-logistika bazasına çevrilməkdədir. Bu isə Türkiyədə narahatlıqla qarşılanır - çünki Ankara bu bazanın gələcəkdə öz maraqlarına qarşı istifadə olunacağından ehtiyat edir.

Bütün bu proseslər fonunda İsrail, Türkiyə, Yunanıstan və ABŞ-ın Şərqi Aralıq dənizi üzərindəki maraqları toqquşmaq üzrədir və Şimali Kipr - bu gərginliyin qaynayan nöqtəsinə çevrilməkdədir.

İsrailin Hayom nəşrində dərc olunan və Şimali Kiprdə guya İran və HƏMAS-a bağlı hərbi strukturların mövcudluğu ilə bağlı irəli sürülən iddialar tamamilə uydurma, təxribatçı və beynəlxalq hüquqa zidd olan yanaşmadır. Bu cür "təhlükə ssenariləri" ilə əsaslandırılan istənilən hərbi müdaxilə planı beynəlxalq hüququn və Kipr barış sazişlərinin pozulması anlamına gələcək və birbaşa Türkiyənin sərt cavab reaksiyası ilə üzləşəcək.

İsrail mənbələrinin Cirnə (Girne) və Famaqusta (Mağusa) bölgələrində guya İran və HƏMAS-a bağlı hərbi bazaların, elektron müharibə qurğularının, "med balaları" şəbəkələrinin yerləşdirilməsi barədə söylədikləri heç bir beynəlxalq hesabatda, faktiki sənəddə sübut olunmamışdır.

Bu iddialar nə NATO, nə BMT, nə də digər beynəlxalq nəzarət mexanizmləri tərəfindən təsdiqlənmir. Bu, sadəcə olaraq, bölgədəki Türk hərbi varlığını hədəfə alan geosiyasi manipulyasiyadır.

1974-cü ildə Kipr Türklərinin qətliamdan xilas edilməsi üçün həyata keçirilmiş "Barış Hərəkatı" nəticəsində yaradılan Türk Silahlı Qüvvələrinin varlığı 1960-cı il Londan və Zürİx müqavilələrinin hüquqi zəmanətinə əsaslanır. Türk ordusu adada qanuni zəmanətçi ölkənin birbaşa silahlı qüvvəsi olaraq yerləşir.

Bununla yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) özünüidarə və daxili sabitliyini qoruyan hüquqi subyektdir və bölgədə hərbi hazırlıq yalnız defensiv (müdafiə) xarakter daşıyır.

İsrail mətbuatında yayılan və Şimali Kiprə qarşı guya "HƏMAS bazalarını təmizləmək" adı altında planlaşdırılan "Poseydon qəzəbi" adlı hərbi əməliyyat ssenarisi, əslində bölgədə müharibə riskini artıran təhlükəli təxribatdır.

Türkiyə bu cür addımı birbaşa müharibə aktı kimi qəbul edəcək və öz zəmanət hüququna əsaslanaraq dərhal cavab verəcəkdir.

Bunun nəticələri isə yalnız Kipr adasında deyil, bütün Şərqi Aralıq dənizi hövzəsində qarşıdurma və gərginliyin artmasına səbəb olacaq.

Musavat.com bildirir ki, iddiaların əksinə olaraq, Şimali Kipr ərazisi hərbi baza deyil, turizm, təhsil və iqtisadi inkişaf zonasıdır. Regionda fəaliyyət göstərən universitetlər, otellər və limanlar beynəlxalq nəzarət altında olan mülki obyektlərdir. Bu infrastruktur hərbi yox, sosial və iqtisadi mahiyyət daşıyır.

İsrailin bu qurumları "kəşfiyyat maskası" kimi təqdim etməsi spekulyativ və qərəzli yanaşmadır. Türkiyə və ŞKTC uzun illərdir ki, Kipr problemini diplomatik yollarla və sülh əsaslı şəkildə həll etməyə çalışır. İsrailin və bəzi Qərb dairələrinin bu balansı bir tərəfli hərbi təzyiqlərlə pozmağa çalışması beynəlxalq sülh prosesini baltalamaqdır.

Türkiyə beynəlxalq hüquq çərçivəsində, Kipr Türklərinin təhlükəsizliyini təmin etməkdə israrlıdır və bu hədəfdən geri çəkilməyəcək. /Musavat.com

Namiq Qaraçuxurlunun ikinci övladı olub? like
  • 03 Avq 11:03  
Şou-biznes Namiq Qaraçuxurlunun ikinci övladı olub?

Meyxanaçı Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qonşu ölkədə 6,8 bal ZƏLZƏLƏ OLDU like
  • 03 Avq 11:02  
Dünya Qonşu ölkədə 6,8 bal ZƏLZƏLƏ OLDU

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-K

arrow Ətraflı
Atası ilə birlikdə boğulan gənc kursant imiş like
  • 03 Avq 10:45  
Digərləri Atası ilə birlikdə boğulan gənc kursant imiş

Xəbər verdiyimiz kimi, Baş Şirvan kollektorunun Şirvan şəhərindən keç

arrow Ətraflı
Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ like
  • 03 Avq 10:35  
Digərləri Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vav

arrow Ətraflı
Leyla xəstəxanalıq oldu  FOTO like
  • 03 Avq 10:21  
Şou-biznes Leyla xəstəxanalıq oldu FOTO

Aparıcı Leyla Mustafayevanın başına iş gəlib. 

arrow Ətraflı
Şəhid atası vəfat etdi  FOTO like
  • 03 Avq 10:05  
Digərləri Şəhid atası vəfat etdi FOTO

Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.

arrow Ətraflı
Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI like
  • 03 Avq 09:54  
Digərləri Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.

arrow Ətraflı
103,3 kq narkotik aşkarlandı like
  • 03 Avq 09:53  
Kriminal 103,3 kq narkotik aşkarlandı

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks ə

arrow Ətraflı
Bu BÜRCLƏRİN bəxt "üzünə güləcək"  əsl möcüzələr olacaq! like
  • 03 Avq 09:41  
Digərləri Bu BÜRCLƏRİN bəxt "üzünə güləcək" əsl möcüzələr olacaq!

Avqust ayına doğru irəlilədikcə ulduzlar bəzi bürclərə möcüzəvi dəs

arrow Ətraflı
Məşhur azərbaycanlı müğənni makiyajsız belə görünür  görənlər təəccübləndi like
  • 03 Avq 09:29  
Şou-biznes Məşhur azərbaycanlı müğənni makiyajsız belə görünür görənlər təəccübləndi

Tanınmış müğənni Emma Ələkbərzadə makiyajsız görüntüsü ilə diqq

arrow Ətraflı
Rusiya bu ərazini raketlə vurdu like
  • 03 Avq 09:28  
Dünya Rusiya bu ərazini raketlə vurdu

Rusiya hərbçiləri gecə saatlarında Nikolayevin yaşayış məntəqəsinə r

arrow Ətraflı
Eyvandan evə girib boşanmaq istəyən arvadını öldürdü like
  • 03 Avq 09:17  
Kriminal Eyvandan evə girib boşanmaq istəyən arvadını öldürdü

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərə

arrow Ətraflı
Bu gün imtahan var like
  • 03 Avq 08:55  
Digərləri Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və

arrow Ətraflı
Xalq artistinin qısa libası müzakirələr yaratdı  VİDEO like
  • 03 Avq 08:08  
Şou-biznes Xalq artistinin qısa libası müzakirələr yaratdı VİDEO

Xalq artisti Aygün Kazımova görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
İsti havada beynimiz normal işləmirmiş  Araşdırma like
  • 03 Avq 07:07  
Digərləri İsti havada beynimiz normal işləmirmiş Araşdırma

İqlim dəyişikliyi nəticəsində istilik dalğalarının artması təkcə fiz

arrow Ətraflı