“Elza, Aygün, Röya və Şəbnəmin Azərbaycan musiqisini təmsil etməsi dəhşətdir” Xalq Artisti ilə


Şou-biznes 13 Mar 2025 23:11:00 64 0

“Elza, Aygün, Röya və Şəbnəmin Azərbaycan musiqisini təmsil etməsi dəhşətdir”  Xalq Artisti ilə

Lent.az-ın müsahibi rejissor Şeyx Əbdül Mahmudovdur. O, "Yeddi oğul istərəm", "Şərikli çörək", "Əhməd haradadır?" kimi filmlərdə rol alıb, eyni zamanda "Qanlı zəmi" filminin rejissorudur. Müsahibimiz söhbətə sualımızı gözləmədən özü başlayır:

- Bu gün Azərbaycanın iki faciəsi var. Sosial faciəni bir kənara qoyuram, o dövlətin işidir. Amma iki mənəvi dəyər var - biri elm, digəri mədəniyyət. İkisi də acınacaqlı vəziyyətdədir. Elza Seyidcahanlar, Aygün Kazımovalar, Röyalar, Şəbnəm Tovuzlular bu gün Azərbaycan musiqisini, poeziyasını təmsil edirsə, bu, dəhşətdir. Elza Seyidcahan qonşumdur. Yüksək konservatoriya təhsili var. Arif Məlikovun tələbəsidir. Peşəkar musiqiçidir. Lakin poeziyadan söhbət gedə bilməz axı.

- Amma Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib...

- Ona qarşı münasibət bildirən təkcə mən olmuşam. Hətta AYB üzvlərinə dedim ki, sizin yerinizə olsam, etiraz əlaməti olaraq kütləvi şəkildə oradan çıxaram. Guya orada sizə nə verirlər ki? Yalandan ad, vəsiqədir də. Gəlin, sizə o vəsiqədən 10 dənəsin verim. Cəmiyyət pis şeylərlə barışırsa, bu, faciədir. Amma mən barışmamışam. 

Sizə 5 nəfərin adını deyəcəyəm: Stalin, Mao Tszedun, Şarl De Qol, Teodor Ruzvelt, Uinston Çörçil - öləndə onları basdırmağa bir dəst kostyumları olmayıb. İndi elə bir JEK müdiri, icra başçısı var ki, onun milyonları olmasın? 

- Tağıyevin qızı öləndə xalça tapmırdılar meyitini bükməyə...

- Mən Sara xanımı o cür gözlərimlə görmüşəm. Bu küçələrdə dəli kimi danışa-danışa gəzirdi. 

- Zaman-zaman medianı, özəlliklə televiziyaları sərt tənqid edirsiz.

- O gün səhər biri çıxıb televiziyaya. Saçı yerlə sürünür. Oxumaq ilk növbədə səsdir. Onu isə Allah milyonda bir adama verir. Əgər oxuyanın səsi yoxdursa, onun oxumağa mənəvi haqqı yoxdur. Antropologiya isə 4-cü şərtdir ki, insanın səhnə görkəmi olmalıdır. Niyə ABŞ-də Tom Kruza milyonlar verirlər? Çünki küçədə gedəndə hamı onlara tamaşa edir. Və ən əsası sənətidir. Hamı sənət adamı ola bilməz.

3 müqəddəs dəyər var. Birincisi vətən, ikincisi xalq, üçüncüsü müstəqillik. Hər kəs bunlara xidmət etməlidir. Bu gün Azərbaycanda 3 idarəçilik sistemi var. Dövlət idarəçiliyini qoyuram bir kənara, ondan danışmıram. Birincisi boşanmalardır - 67 faizə çatıb. Bu artıq qırmızı xətti keçib. İkincisi cərimələrdir. Azərbaycan bu gün cərimələrdən ibarətdir. Üçüncüsü komedixanalardır - səsi olmayanlar, orasın-burasın şişirdənlər və sair. Televiziya məkanı Azərbaycan xalqının bir nömrəli qənimidir. Əxlaqımıza, tariximizə, milli-mənəvi dəyərlərimizə, sənətimizə, dilimizə düşmən kəsiliblər. Bunlar elə bil, bir mərkəzdən idarə olunurlar və elə bil, hansı kənddə, qəsəbədə, ailəsinin salam vermədiyi əxlaqsız adamlar var gətirib efirə çıxarırlar, təbliğ edirlər. Xalq bunlardan ibarətdir? Bütün xalqlarda problemlər var. Niyə təbliğ etməliyik? Uşaqlar bizdən çox televiziyaya baxıb örnək götürürlər. 

- Bunun təməlində nə dayanır?

- Bunun təməli düzgün qurulmayan ideologiya, təlim-tərbiyə, təxribat. Bunun bir adı var - təxribat. Əgər müvafiq qurumlar, strukturlar bunlara qarşı amansızcasına mübarizə aparmırlarsa, demək, bu sahədə ciddi problemlər var. Bu gün elmə, sənətə olan biganə münasibət xalqın tarixinə, mədəniyyətinə vurulan ziyandır.

- 1920-ci ildə türklər əleyhinə "Ames Vendues" ("Satılmış ruhlar") adlı film çəkib bizi dünyaya vəhşi, barbar kimi göstərirdilər.

- Bəli, dünyanı da inandırıblar. Axı bu təxribatı aparırlar. Bunun başında erməni katalikoslar dayanır. Digər bir məsələ: Xocalı faciəsinə rəhbərlik etmiş 366-cı motoatıcı alayın komandiri hazırda Belarusiyada yaşayır. Özü də müsahibəsində deyib ki, azərbaycanlıları Xocalıdan biz çıxarmışıq. Bunu niyə ortaya çıxarmırlar? 

44 günlük müharibədə sübut etdik axı, qorxmuruq. 15-16 yaşlı uşaqlar ağlayırdılar ki, biz müharibəyə getmək istəyirik. Bütün dünyanın silah verdiyi ölkəni nə günə qoyduq? Şuşanın azad edilməsi analoqu olmayan bir qəhrəmanlıqdır. Bunu edən xalqın niyə mənəvi dəyərlərini, təhsilini öldürürlər? Hazırda Ramazan bayramıdır, niyə əhval-ruhiyyə hiss edilmir? Niyə bütün gün televiziyada orasını-burasını şişirdən arvadların təbliğatı gedir? Kimdir bunları edənlər? 

Keçən dəfə bir deputat müsahibəsində deyir ki, uşaqpulu versək, hamı başlayacaq doğub-törəməyə. Bu adam bilmir ki, hazırda dünyada ən böyük problem demoqrafik məsələdir. 

Keçən dəfə Musa Urud deyir ki, ailədə qadın işləmirsə, kişi ona maaş verməlidir. Bəs ailə qanunları harada qaldı? Bu doğru deyil. 

- Bəlkə, hər şeyin kökündə təhsil dayanır?

- Valideyn danasını satıb uşağın özəl universitetdə oxudur. Hamısı adını universitet qoyub. 3-4 il uşaq burada avaralanır və ona verilən diplom da heç yerdə tanınmır. Azərbaycan Pedaqoji İnstitutunu bitirən tələbə işə düzəlmək üçün təzədən imtahan verir. Sual yaranır ki, o uşaq 4 il orada neynəyirdi?

Məktəb direktoru qadın ola bilməz. Məktəbdə bütün müəllimlər qadın ola bilməz. Maksimum ibtidai sinif müəllimləri qadın ola bilər. Müəllimlərə status verilməlidir, onların güzəranı dövlət nəzarətinə götürülməlidir. Fikir verirəm, bütün uşaqlar məktəbə bahalı maşınlardan düşüb gəlirlər, müəllim qoltuğunda buterbrodla əsə-əsə onların yanından keçib gedir. Fərqi görürsüz? Orada nə təhsil olacaq? Son vaxtlar neçə direktoru rüşvətə görə tutublar? 

- İstərdim, kinodan danışaq.

- Bu günlərdə "7 oğul istərəm"in 55 illiyidir. Dünyanın hər yerində baxıblar bu filmə. Fəxr edirəm ki, o 7 oğuldan biriyəm. İndi deyirlər ki, bunları etmisənsə, demək, bizdən artıqsan? Bəli, sizdən artığam. Mən millətin mənəviyyatını qururam. Heç kimin xətrinə dəyməsin. Sürgün ailəsində doğulmuşam. Burada skamyalarda yatmışam. 

Lukaşenko Rusiyaya gedib like
  • 13 Mar 22:53  
Digərləri Lukaşenko Rusiyaya gedib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfər edib.

arrow Ətraflı
Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi  Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf like
  • 13 Mar 22:27  
Siyasət Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

arrow Ətraflı
Suriyada Milli Təhlükəsizlik Şurası yaradılır like
  • 13 Mar 22:05  
Dünya Suriyada Milli Təhlükəsizlik Şurası yaradılır

Suriyanın Dəməşq administrasiyası son münaqişədən sonra ölkənin təh

arrow Ətraflı
"Birinci ərim də bizi qarışdırırdı"  Ajdanın bacısı like
  • 13 Mar 21:53  
Şou-biznes "Birinci ərim də bizi qarışdırırdı" Ajdanın bacısı

Onu da əlavə edək ki, Semiramis 77, Ajda isə 79 yaşındadır.

arrow Ətraflı
Azərbaycanda 8 nəfər dönərdən zəhərləndi like
  • 13 Mar 21:42  
Digərləri Azərbaycanda 8 nəfər dönərdən zəhərləndi

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

arrow Ətraflı
Qondarma rejimdə yüksək rütbələri Ermənistanının hərbisiyasi rəhbərliyi verirmiş: MƏHKƏMƏ like
  • 13 Mar 21:41  
Siyasət Qondarma rejimdə yüksək rütbələri Ermənistanının hərbisiyasi rəhbərliyi verirmiş: MƏHKƏMƏ

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə

arrow Ətraflı
Faciəvi şəkildə həlak olan 23 yaşlı Sevilin like
  • 13 Mar 21:28  
Digərləri Faciəvi şəkildə həlak olan 23 yaşlı Sevilin

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsində h

arrow Ətraflı
Sabah hava meteohəssas insanlar üçün necə olacaq? like
  • 13 Mar 21:27  
Digərləri Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

Martın 14-də  gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
4 bürc axır ki, muradına çatacaq: iş, şəxsi həyat və ... like
  • 13 Mar 21:18  
Digərləri 4 bürc axır ki, muradına çatacaq: iş, şəxsi həyat və ...

Bürcün bəzi əlamətləri üçün bu həftə gözlənilməz, lakin çox persp

arrow Ətraflı
Məşhur aktyor vəfat etdi like
  • 13 Mar 21:08  
Şou-biznes Məşhur aktyor vəfat etdi

Mədə xərçəngi ilə mübarizə aparan məşhur türkiyəli aktyor Şinasi Yu

arrow Ətraflı
“Akkord”un törəmə şirkəti müflis oldu like
  • 13 Mar 21:00  
Digərləri “Akkord”un törəmə şirkəti müflis oldu

"Akkord"un törəmə şirkəti olan "Akkord Hidrotexnikal Constru

arrow Ətraflı
Erməni rejissor Rusiyadan qovulacaq: Görün kimə nifrət edir like
  • 13 Mar 20:54  
Dünya Erməni rejissor Rusiyadan qovulacaq: Görün kimə nifrət edir

"Rusiya veteranları" Ümumrusiya ictimai hərəkatı rejissor Sarik A

arrow Ətraflı
Təcili tibbi yardım avtomobili qəzaya UĞRADI: Xəsarət alanlar var like
  • 13 Mar 20:51  
Digərləri Təcili tibbi yardım avtomobili qəzaya UĞRADI: Xəsarət alanlar var

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törəd

arrow Ətraflı