Ailə institutu niyə sıradan çıxır? Səbəblər və çıxış yolları


Digərləri 29 İyl 2025 03:03:00 82 0

Ailə institutu niyə sıradan çıxır?  Səbəblər və çıxış yolları

"Əgər kasıb ailədə doğulmusansa, bu sənin səhvin deyil, qayınatan kasıbdırsa, bu sənin səhvindir. Bu və buna bənzər düşüncə sahibləri, nə yazıq ki, gəncliyə ailənin müqəddəsliyini təlqin etmir, əksinə ona ailənin məqsəd üçün yalnız bir vasitə olması fikrini aşılayır".

Son.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov ailə institutunun sıradan çıxması səbəblərindən danışakən deyib. 

Sosioloqun sözlərinə görə, dünyanı idarə etmək iddiasında olan dərin güclərin və strateji beyin mərkəzlərinin masasında planetimizin yaxın və uzaq gələcəkdə planlaşdırılan demoqrafik, iqtisadi, sosial və siyasi xəritəsi hazırlanır və daim yenilənir:

"Bu mərkəzlər dünyamızın bütün parametrlərdə öz idarəetmə və biznes maraqlarına uyğun olan yeni nizamını, yeni arxitekturasını qurmağı hədəfləyir və bunun üçün bütün etnik-mədəni, sosial-siyasi arenalarda öncə müvafiq toplumların ictimai şüurunu işğal etməyə çalışırlar. Biz bu prosesin mahiyyətindən çıxış edərək onu neoimperializm və ya neomüstəmləkəçilik adlandıra bilərik. Ancaq bu prosesin necə adlandırılmasından asılı olmayaraq, çağımızda Azərbaycan toplumu da bütövlükdə bu işğalın hədəfindədir. Təbii ki, ona ölümcül zərbə vurulacağını dərk edən bir insan bu zərbədən yayınmağa və ya qorunmağa can atmırsa, azından özünümüdafiə tədbiri görmürsə, belə düşünmək olar ki, o, şüurlu şəkildə bu zərbənin qurbanı olmaq yolunu seçib və öz məhvi ilə barışıb".

Sosioloq bildirib ki, bu tipli işğalların ilk və başlıca hədəfi hər bir toplumun monolitliyini, mübarizliyini, identikliyini, diriliyini və bütövlükdə onun varlığını qoruyub saxlayan mənəvi dəyərləri, milli idealları və soisal-ideoloji institutlarıdır:

"Əgər hansısa toplumda sadaladığımız bu sistemin zərərli xarici həmlələrdən uğurlu müdafiə mexanizmi yoxdursa, həmin toplum da eynən asan və rahat qurbanlığa çevirilmək riski ilə üz-üzə qalır. Bu gün Azərbaycan cəmiyyətinin sosial-mədəni, mənəvi-ideoloji sferasında tüğyan edən, yaxud tipik hal alan hər bir probleminə bu kontekstdən yanaşmaq, zənnimcə, daha məntiqlidir. Biz uzun illərdir milli olanlara biganəlik, xarici olanlara vurğunluq şüurunu topluma özümüz sırıyırıq. Qərb standartlarından danışanda ağzımız köpüklənir, milli dəyərlərdən danışanda sifətimiz turşuyur. Və bu düşüncə qəlibi bizi hiss etdirmədən uçurumun qaşına gətirib çıxarıb. Biz milli identiklik, milli kimlik kontekstində uçurumun başında olduğumuzu dərk etməsək, xilas olmağımız yalnız Allaha qalır. Bu həqiqəti bir el çobanından tutmuş, bir dövlət nazirinədək hər kəs, cəmiyyətin bütün sosial zümrələri cəmi aydınlığı ilə dərk etməsə, bu bəla asanlıqla metastaz verib, toplumumuzun bütün orqanizmini sara bilər".

Asif Bayramov hesab edir ki, günümüzdə sosial-mənəvi sferada Azərbaycan toplumunun ən fundamental problemlərindən biri ideloji ətalət və ideya yoxsulluğudur:

"Belə ki, istər Qərbdən, istər qonşu İrandan, istərsə digər maraqlı aktorlardan Azərbaycan ictimai şüuruna böyük sürətlə həmlə edən təhlükəli düşüncə qəlibi, burada ictimai şüuru fəth etmək üçün ciddi bir ideoloji maneə ilə üzləşmir. Digər tərəfdən, bu şüurun Azərbaycanda cücərməsi və bar verməsi üçün özümüz müvafiq mənəvi, sosial və hətta, bəzən hüquqi baxımdan münbit zəmin yaradırıq".

İlan zəhəri nə zaman ölümcül olur?  Toksikoloqdan AÇIQLAMA like
  • 29 İyl 02:02  
Digərləri İlan zəhəri nə zaman ölümcül olur? Toksikoloqdan AÇIQLAMA

Yayın gəlməsi ilə ilanların üzə çıxması daha da artır. Bu da müəyy�

arrow Ətraflı
Yay tətilində dərs oxumaq lazımdır ya yox? like
  • 29 İyl 01:01  
Digərləri Yay tətilində dərs oxumaq lazımdır ya yox?

Yay tətili uşaqlar üçün azadlıq demək olsa da, əvvəlki tədris ilində

arrow Ətraflı
Tezliklə varlanacaq BÜRCLƏR: Onlar böyük pul qazanacaq like
  • 29 İyl 00:46  
Digərləri Tezliklə varlanacaq BÜRCLƏR: Onlar böyük pul qazanacaq

Bürcün üç əlaməti - Buğa, Əkizlər və Oxatan - maddi sərvətlərin cə

arrow Ətraflı
Bakıda 22 yaşlı gəlin like
  • 29 İyl 00:40  
Kriminal Bakıda 22 yaşlı gəlin

Bakı şəhərində qətl hadisəsi baş verib.

arrow Ətraflı
Tailand və Kamboca arasında atəşkəs qüvvəyə mindi like
  • 29 İyl 00:39  
Dünya Tailand və Kamboca arasında atəşkəs qüvvəyə mindi

Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib.

arrow Ətraflı
“Sülh masası Türkiyədə qurulacaq”  Ərdoğan like
  • 29 İyl 00:33  
Digərləri “Sülh masası Türkiyədə qurulacaq” Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından

arrow Ətraflı
Rusiya Ukrayna ilə 20 nəzarətburaxılış məntəqəsini bağlayır like
  • 29 İyl 00:23  
Digərləri Rusiya Ukrayna ilə 20 nəzarətburaxılış məntəqəsini bağlayır

Rusiya hökuməti avqustun 1-dən Ukrayna ilə müqavilə əsasında əvvəllər

arrow Ətraflı
Günün qoroskopu: Bu gün sənə verilən dərs səbirdir. like
  • 29 İyl 00:01  
Digərləri Günün qoroskopu: Bu gün sənə verilən dərs səbirdir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Təyyarəyə buraxılmadığı üçün hava limanını birbirinə qatdı like
  • 28 İyl 23:51  
Dünya Təyyarəyə buraxılmadığı üçün hava limanını birbirinə qatdı

Sofiya hava limanında "Ryanair" sərnişini ilə bağlı qalmaqal ya�

arrow Ətraflı
Alim Qasımov qızını Nigar Camaldan müdafiə etdi like
  • 28 İyl 23:43  
Şou-biznes Alim Qasımov qızını Nigar Camaldan müdafiə etdi

Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə Nigar Camalın arası

arrow Ətraflı
Yadplanetlilərin gəmisi hərəkətə başladı: Bu tarixdə Yerə enəcəklər  Qırğın törədəcəklər like
  • 28 İyl 23:30  
Dünya Yadplanetlilərin gəmisi hərəkətə başladı: Bu tarixdə Yerə enəcəklər Qırğın törədəcəklər

31/ATLAS adlı sirli, nəhəng kosmik gəminin Yerin Günəş sisteminə doğru

arrow Ətraflı
Övladlarını itirdikdən sonra ilk dəfə Bakıda like
  • 28 İyl 23:03  
Şou-biznes Övladlarını itirdikdən sonra ilk dəfə Bakıda

Dünya ulduzu Castin Timberleykin konsertinə görə Bakıya gələn türkiyəli

arrow Ətraflı
Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğradı like
  • 28 İyl 22:14  
Digərləri Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğradı

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"Telegram" yeni dövrə keçdi like
  • 28 İyl 22:00  
Digərləri "Telegram" yeni dövrə keçdi

Telegram messenceri istifadəçilərin şəxsiyyətini dəqiqləşdirmək üçü

arrow Ətraflı
Bakıda 105 yaşlı universitetin adı dəyişdirilir like
  • 28 İyl 21:44  
Digərləri Bakıda 105 yaşlı universitetin adı dəyişdirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent R�

arrow Ətraflı