Yeni epidemiya təhlükəsi 5,6 milyard insan risk altındadır
Digərləri 25 İyl 2025 13:57:00 83 0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan "Çikungunya" virusunun sürətlə yayılması ilə bağlı ölkələri təxirəsalınmaz ehtiyat tədbirləri görməyə çağırıb. Təşkilat virusun 20 il əvvəl Hind okeanı regionunda baş vermiş böyük epidemiyaya bənzər bir təhlükə yaratdığını bildirib.
Bu xəbəri də oxu: Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı
Son.az xəbər verir ki, ÜST-nin texniki zabiti Diana Rojas Alvarez qeyd edib ki, "Çikungunya" virusu hələ geniş şəkildə tanınmasa da, indiyədək 119 ölkədə aşkarlanıb və bu, 5,6 milyard insanı risk altında qoyur. Virus yüksək hərarət və şiddətli oynaq ağrıları ilə müşayiət olunur, bəzi hallarda isə ölümlə nəticələnə bilir.
Alvarez xatırladıb ki, 2004-2005-ci illərdə Hind okeanı adalarında başlayan epidemiyada yüz minlərlə insan yoluxmuşdu. Onun sözlərinə görə oxşar vəziyyət 2025-ci ilin əvvəlindən etibarən yenidən yaranmağa başlayıb. Reunion, Mayotte və Mavrikiy adalarında kütləvi yoluxma qeydə alınıb. Reunion adasında əhalinin təxminən üçdə birinin virusa yoluxduğu bildirilir.
Hazırda virus Afrikanın Madaqaskar, Somali və Keniya kimi ölkələrinə yayılır. Yoluxma Cənubi Asiyada da müşahidə olunur. Üstəlik, Avropa ölkələri də təhlükə ilə üz-üzədir. Fransada artıq yerli ötürülmə təsdiqlənib, İtaliyada isə şübhəli hallar aşkar edilib.
Alvarez bildirib ki, ölüm halları hər nə qədər 1 faizdən az olsa da, virusun milyonlarla insana yoluxması minlərlə insanın həyatına son qoya bilər.
Çikungunya virusu əsasən Aedes aegypti və Aedes albopictus (pələng ağcaqanad) növləri ilə ötürülür. Bu ağcaqanadlar səhər və axşam saatlarında xüsusilə aktivdir. ÜST-nin açıqlamasına görə, iqlim dəyişikliyi bu növlərin şimal bölgələrinə yayılmasına səbəb olur. İmmuniteti zəif olan ərazilərdə virusun əhalinin 75 faizinə qədərini yoluxdura biləcəyi qeyd edilir.
ÜST əhalini ağcaqanad kovuculardan istifadə etməyə, su qablarını boş saxlamağa və ağcaqanadların çoxala biləcəyi mühitləri aradan qaldırmağa çağırıb. Təşkilat bu yolla yayılmanın qarşısını almağın mümkün ola biləcəyini vurğulayıb.
Süni intellekt platformalarında daha dəqiq və istifadəçiyə xas cavablar a

"Azərbaycanda tələbələrin təxminən 50 faizi təqaüd alır. Bu göst

Astroloqlar bu dövrdə bəzi bürclərin keçmiş münasibətləri tamamilə ar

Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə m

Nazirlər Kabineti 11 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş &q

Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil

"Həmin Zaur" verilişində yenə diqqətçəkən anlar yaşanıb.

Amsterdam Universitetinin astronomları Yerin ölçüsünə bənzəyən, lakin f

Son.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olu

"WhatsApp" istifadəçilərə istənilən mesaj üçün fərdiləşdi

Bizim qədim tarixə və zəngin resurslara malik diyarımız Naxçıvan isə f�

Bu gecə Bakının mərkəzində, "Tarqovı" kimi tanınan Nizami k

Rusiya polisi 27 min rusiyalının şəxsi məlumatlarını satan şəxsi saxlay
