Bu məhsulları dənizə aparmayın SİYAHI


Digərləri 25 İyl 2025 09:10:00 83 0

Bu məhsulları dənizə aparmayın  SİYAHI

Yay mövsümündə çimərliklər və dəniz kənarı ərazilər insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biridir. Havanın isti, günəşin parlaq olduğu günlərdə aclıq hissi daha tez yaranır. Bu səbəbdən bir çoxları çimərliyə yemək və içki götürməyi üstün tutur. Lakin bəzi məhsullar var ki, onları gün altında saxlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, araşdırmalar  yüksək temperaturda saxlanılan bəzi qidaların qısa müddət ərzində xarab olduğunu və nəticədə zəhərlənmə, ishal, qusma və digər mədə-bağırsaq problemləri yarana bildiyini göstərir. Bu isə istirahəti kabusa çevirə bilər.

Bəs isti havada ən tez hansı məhsullar xarab olur?

Nəzər salaq:

Mütəxəssislərin sözlərinə görə, ən riskli qida qrupuna süd və yumurta tərkibli məhsullar daxildir. Buraya mayonezli salatlar, südlü içkilər, qatıq, pendir və kremlə hazırlanan şirniyyatlar aiddir. Bu məhsullar soyuducu olmadan bir neçə saat ərzində təhlükəli hala gəlir.

Eyni risk bişmiş ət, toyuq, kolbasa, kabab və digər ət məhsulları üçün də keçərlidir. Xüsusilə açıq qablaşdırmada saxlanılan bu qidalar yüksək temperaturda zərərli bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Qarpız və yemiş də təhlükəlidir: Yayda ən çox yeyilən meyvələrdən olan qarpız və yemiş də sağlamlıq baxımından təhlükə yarada bilər. Bu meyvələr kəsildikdən sonra isti mühitdə saxlanarsa, onların içində bakteriyalar sürətlə yayılır. Qarpız və yemişin şəkər tərkibinin yüksək olması mikrobların çoxalmasını daha da sürətləndirir.

Konservlər və dəniz məhsulları risk daşıyır: Çimərliyə aparılan balıq konservləri və dəniz məhsulları da zəhərlənmə riski yarada bilər. Bu məhsullar günəş şüalarına məruz qalarsa və düzgün şəraitdə saxlanmazsa, içindəki qoruyucu qatlar zərər görür və zərərli bakteriyalar yaranır. Konservlərin açıq halda saxlanılması isə yoluxma ehtimalını daha da artırır.

Çimərliyə hansı qidaları aparmaq olar?

Mütəxəssislər bildirirlər ki, çimərlik şəraitinə uyğun yüngül, tez xarab olmayan və soyuducuya ehtiyac duymayan məhsullar seçilməlidir. Bunlara aşağıdakılar daxildir:

Qabığı soyulmamış meyvələr (alma, banan, ərik və s.)

Quru meyvə və tumlar

Soussuz sendviçlər (pendirli və ya tərəvəzli)

Quru məhsullar - biskvit, kraker, simit

Termosda saxlanmış içkilər (su, çay və s.)

Yoluxucu xəstəlik riski

Qeyd edək ki, isti havada xarab olmuş qidaların istehlakı ishal, qusma, qarın ağrısı və halsızlıq kimi simptomlara səbəb olur. Bu əlamətlər bəzən günvurma ilə qarışdırılsa da, əslində qida zəhərlənməsinin nəticəsidir və bəzi hallarda tibbi müdaxilə tələb olunur.

Azərbaycanda ana ilə qızı öldürüldü  15 yaşlı oğlan saxlanıldı like
  • 25 İyl 08:55  
Kriminal Azərbaycanda ana ilə qızı öldürüldü 15 yaşlı oğlan saxlanıldı

Goranboyda iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.

arrow Ətraflı
Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır? like
  • 25 İyl 08:08  
Digərləri Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır?

Yanğın hidrantından maşına doldurulan suyun daha sonra əhaliyə satıldı�

arrow Ətraflı
Aqresiv davranan uşaqla necə yola getmək olar? like
  • 25 İyl 07:07  
Digərləri Aqresiv davranan uşaqla necə yola getmək olar?

Məktəb yaşlı uşaqların aqressiv davranışlar göstərməsi, valideyn üç

arrow Ətraflı
Narkoloq axşamlar "bir stəkan pivə"nin bədənə təsirini açıqlayıb like
  • 25 İyl 04:04  
Digərləri Narkoloq axşamlar "bir stəkan pivə"nin bədənə təsirini açıqlayıb

Alkomed klinikasının narkoloqu Andrey Tyurin axşam saatlarında müntəzəm o

arrow Ətraflı
Evinizin ətrafında bayquş varsa, sevinin: səbəbinə təəccüblənəcəksiniz like
  • 25 İyl 03:03  
Digərləri Evinizin ətrafında bayquş varsa, sevinin: səbəbinə təəccüblənəcəksiniz

Diyarbəkirin Bismil bölgəsində bir fermer bağçasında nadir görüntülən

arrow Ətraflı
Banan yeməzdən əvvəl mütləq bunu edin – Vacib xəbərdarlıq like
  • 25 İyl 02:02  
Digərləri Banan yeməzdən əvvəl mütləq bunu edin – Vacib xəbərdarlıq

Banan faydalı meyvə kimi tanınsa da, onu yeməzdən əvvəl diqqət yetirilm�

arrow Ətraflı
Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur? like
  • 25 İyl 01:01  
Digərləri Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?

Yeni Zelandiyada, saf Vakatipu gölünün suları ilə ucalan Cənub Alpları ar

arrow Ətraflı
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub like
  • 25 İyl 00:15  
Digərləri XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli aç�

arrow Ətraflı
Faciəvi şəkildə ölən meşə işçisinin “Maaş” mesajı ürək parçaladı like
  • 25 İyl 00:12  
Digərləri Faciəvi şəkildə ölən meşə işçisinin “Maaş” mesajı ürək parçaladı

Türkiyənin Seyitgazi rayonundakı meşə yanğınında şəhid olan meşə iş

arrow Ətraflı
Günün qoroskopu: Səyahət planları və gələcəyə dair hədəflər gündəmdədir like
  • 25 İyl 00:01  
Digərləri Günün qoroskopu: Səyahət planları və gələcəyə dair hədəflər gündəmdədir

Bu gün bürclər üçün introspektivlik, qərarvermə və münasibətlərdə d

arrow Ətraflı
İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI like
  • 24 İyl 23:41  
Digərləri İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

İyulun 25-26-da Yer kürəsini maqnit qasırğaları vura bilər. 

arrow Ətraflı
Qusman işdən çıxarıldı like
  • 24 İyl 23:02  
Digərləri Qusman işdən çıxarıldı

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad e

arrow Ətraflı
Onlar imtahanda 700 bal topladı like
  • 24 İyl 23:00  
Digərləri Onlar imtahanda 700 bal topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları

arrow Ətraflı
Bakının bəzi yerlərində içməli su niyə yoxdur? like
  • 24 İyl 22:42  
Digərləri Bakının bəzi yerlərində içməli su niyə yoxdur?

Son günlər Bakı və Abşeron yarımadasında su təchizatında problemlər ya

arrow Ətraflı