“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı”
Digərləri 23 İyl 2025 14:03:00 81 0
Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını itirib.
Bu xəbəri də oxu: Ucarda ağır qəza 11 nəfər xəsarət aldı
Son.az xəbər verir ki, vəfat edən uşağın anası Aydan Hacıyeva Baku TV-yə bildirib ki, onu mətbəxə kilidləyiblər və çöldə baş verənlərdən xəbəri olmayıb.
"Başımı aldatdılar, çöldə nə edirdilər, bilmirəm. Çıxandan sonra, saat 8-ə qalırdı, bildim. Onda da həkim axtardıq, tapa bilmədik, qışqırdım, bağırdım. Əliqismət həkim və yanındakılar ortalığa çıxmadı. İndinin özündə də yoxdur, qapıya da gəlməyib. Narkozu çox vurdular, uşağımın ürəyini partlatdılar", - deyə ana söyləyib.
Mərhumun nənəsi Hökümə Hacıyeva isə bildirib ki, uşağın sadəcə "qrija"sı olub, başqa heç bir problemi olmayıb: "Uşağı Əliqismət həkim elə özü yoxladı və dedi ki, heç bir problemi yoxdur, "qrija"sı var, sabah gətirin əməliyyat edək. Uşağa iynə vurulub, götürülüb. 4 saat gözlədik və dedik ki, bu "qrija" nə olan şeydir ki, bu qədər saat çəkir?! Əl-ayağa düşdük, icazə aldıq ki, yuxarı çıxaq. Sonra babasını çağırıblar ki, uşaq oyanmır. Heç əməliyyat olmayıb, elə iynədən şok verib və uşaq eləcə əlimizdən getdi".
Rəsmi məlumata görə, azyaşlı sol qasıq nahiyəsində yaranan ağrılar səbəbilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun planlı əməliyyatı üçün hazırlıq işlərinə başlanılıb. Əməliyyat günü saat 15:00 radələrində uşağa anestezioloji preparatlar inyeksiya olunduğu zaman anafilaktik şok baş verib.
Hazırda faktla bağlı müvafiq araşdırma aparılır. Ölüm səbəblərinin tam dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.
Oktyabr ayının sonunadək bütün banklar Az-QR standarta keçəcək.

Rəsmi Ankara regionun nəqliyyat infrastrukturunu gücləndirmək və ekoloji b

Sumqayıt şəhərində fəhlənin torpağın altında qalaraq ölməsi ilə ba�

Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq v

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti art

ABŞ Prezidenti Donald Tramp Yaponiya, Filippin və İndoneziya ilə əhatəli t

Suriyanın mürəkkəb dini və etno-konfessional mənzərəsində hər bir icma

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazi

Bu ilin oktyabr ayının sonunadək bütün banklarda QR-la ödəniş tətbiq ed

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təq

Bakıda və Abşeron yarımadasında İyulun 24-də hava şətaitinin əsasən y

Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda avtomobillə yük maşının

4-22 iyul 2025-ci il tarixləri arasında Türkiyənin müxtəlif bölgələrind

Saatlı rayonu prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.
