“Maşınqayıran” MTK məhkəmə qərarını icra etməkdən boyun qaçırır FOTO
Digərləri 13 Mar 2025 09:57:00 59 0
Vətəndaş bildirir ki, "Maşınqayıran" MTK məhkəmə qərarını icra etməkdən boyun qaçırır. ["Maşınqayıran" MTK məhkəmə qərarını icra etməkdən boyun qaçırır şəkil]
Bu xəbəri də oxu: Buraxılış imtahanlarının nəticələri niyə gec açıqlanır?
Bir müddət öncə mediada vətəndaş Orxan Şirinzadənin "Maşınqayıran" MTK ilə bağlı şikayəti yayımlanıb.
Operativ Media xəbər verir ki, vətəndaş ona məxsus obyektin qanunsuz olaraq başqasına satıldığını iddia edib. O, bildirib ki, "Maşınqayıran" MTK ona müraciət edərək obyektinin yerləşdiyi ərazidə tikinti işləri aparmaq barədə niyyətini bildirib. Orxan Şirinzadə MTK-ya inanaraq öz razılığını verib.
O.Şirinzadə qeyd edib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 54 ünvanında yerləşən rəsmi çıxarışla 110.8 kvadrat metr, faktiki olaraq isə daha çox sahəsi olan tam təmirli obyekti olub. Obyekt 3.500 manat məbləğində icarə haqqı qarşılığında gəlinlik mağazası kimi fəaliyyət göstərib.
"Maşınqayıran" MTK ilə müqavilə bağlayan vətəndaş müəyyən şərtlər qarşılığında həmin ərazidə MTK-nın bina tikməsinə razılıq verib. Bu səbəbdən vətəndaş Orxan Şirinzadə ilə "Maşınqayıran" MTK ilə 13 may 2022-ci il tarixli 109 nömrəli "Əvəzləşdirmə" müqaviləsi bağlanılıb. Həmin müqavilənim bəndlərinə görə, O.Şirinzadə xüsusi mülkiyyətində olan obyektin sökülməsinə razılıq verib, MTK isə əvəzində bina inşa edilənə və ona obyekt verilənə qədər hər ay kompensasiya məbləği olaraq 3.500 AZN pul ödəyir və nəticədə 230 kv m qeyri-yaşayəş və 40 kv m qaraj verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, çıxarışla müqavilə arasında fərq olduqda, əlavə olaraq hər 1 kv m görə 15.000 AZN pul ödəyir. Lakin tikinti işləri yekunlaşdıqdan sonra MTK müqavilə şərtlərinə əməl etməyib. Belə ki, bu müddət ərzində O.Şirinzadəyə ödənilməli olan kirayə pulları ödənilməyib, tikinti başa çatdıqdan sonra öz obyekti deyil, dəyərindən 70-80 faiz aşağı sahə təklif olunub, öz obyekti isə başqa bir şəxsə satılıb.
O.Şirinzadə MTK-ya qarşı iddia qaldıraraq kirayə pulların ödənilməsi üçün məhkəməyə müraciət edib, tələbi haqlı və qanuni olduğu səbəbindən onun xeyrinə məhkəmə qətnaməsi çıxarılıb. Lakin MTK Azərbaycan Respublikasının adından çıxarılmış yekun məhkəmə aktını icra etməkdən boyun qaçırmaqla yanaşı, ona qarşı süni surətdə vaxtı uzatmaq məqsədilə məhkəmədə əsassız olaraq yeni iddialar verib.
Məsələni diqqətdə saxlayan e-huquq.az həmin iddiaların təmin olunmaması barədə məlumat əldə edib. Belə ki, məhkəmə O.Şirinzadənin xeyrinə qərar qəbul edib. Buna baxmayaraq, o, hüquqlarının bərpa olunmasına nail ola bilmir.
Qarşıdakı günlərdə böyük qazanclar, gözlənilməz bonuslar və ya sərf

Goranboy rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.

Meyxanaçılar Gülağa həmkarlarına söz atıb. Balaəlinin ünvanına atmaca

"Əgər Rusiya müharibəni davam etdirmək qərarına gəlsə, ona qarşı

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.

ABŞ Prezidenti Donald Tramp İrlandiyanın Baş naziri Maykl Martin ilə görü

Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Müşviq Əlikiş

Müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.

ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində yüzminlərlə bayquşun öldü

"Hisslərimizi, ağlımızı, cinsi istəklərimizi, qəzəbimizi çox yax�

2 və 9 mart tarixlərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imt

Cəsur insanları həyatlarında heç nə qorxuda bilməz. Onlar yeni sərgüzə
