Qarabağda güzəştli şərtlərlə ev almaq istəyənlərə ŞAD XƏBƏR
Digərləri 17 İyl 2025 10:24:00 83 0
Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq.
Bu xəbəri də oxu: Paşinyan Zəngəzur dəhlizi ilə bağlı etiraf etdi
Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni dəyişikliklərə əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz:
"Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir".
Onun sözlərinə görə, yeni qaydalar gənc ailələrin güzəştli şərtlər ilə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək.
Son illərdə bütün dünyada insanlar həyat keyfiyyətini artırmaq üçün q

Hər sürücünün bilməli olduğu praktik üsul – sadəcə qaynar su və tə

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Çoxları yazır ki, Allah ona rəhmət eləsin. Bu gün Allah mənə güc

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.

"Kazım Can Aygün Kazımovaya bir mahnı yazıb. Hamı istəyir ona getsin

Çoxlu visseral yağın olması idrak funksiyalarını pisləşdirə bilər.

"Bəzi insanlar həyatda hər şeyi mükəmməl etməyə çalışırlar&quo

Hamburqda (Almaniya) əvvəllər Xristian Demokrat İttifaqının ən tanınmı�

Quruda yaşayanlar kimi sualtı aləminin canlıları da bir-birindən unikal x�

Bağça dönəmindən başlayaraq, ali təhsilə qədər hər kəs rus, ingilis

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin aparıcı həkimi, professor S

Mirzə Əbdülhüseyn oğlu Babayev - Azərbaycan musiqisinin və kino sənətin
