Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI


Digərləri 15 İyl 2025 21:37:00 118 0

Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.

Son.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb:

"Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda BDU-ya qəbul olan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləğin ödənişini isə semestr imtahanları dövründə tamamlaya bilərlər".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təhsil haqlarında heç bir dəyişiklik edilməyib. Lakin universitet bu il magistratura səviyyəsində yeni ixtisas və ixtisaslaşmalarla tədris sahəsini genişləndirib. ADNSU ilk dəfə olaraq aşağıdakı 4 ixtisas və 8 ixtisaslaşma üzrə magistr hazırlığına başlayacaq:

- "Biznesin təşkili və idarə edilməsi" (MBA) - (Azərbaycan dilində) (ixtisas)

* "İnsan resurslarının idarə olunması" (ixtisaslaşma)

* "Marketinq" (ixtisaslaşma)

* "Ümumi idarəetmə" (ixtisaslaşma)

* "İnformasiya texnologiyalarının idarə edilməsi" (ixtisaslaşma)

* "Əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)

- "İnformasiya təhlükəsizliyi" (ixtisas)

* "Kibertəhlükəsizlik" (ixtisaslaşma)

- "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" (ixtisas)

* "Nəqliyyat logistikası" (ixtisaslaşma)

- "Sənaye mühəndisliyi" (ixtisas)

* "Texnologiya və əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)

Bundan başqa, bu il universitet bakalavriat səviyyəsində ilk dəfə ingilis dilində "Data analitikası" ixtisası üzrə tələbə qəbulu həyata keçirəcək. Bu yeniliklər ADNSU-nun təhsil spektrini genişləndirərək tələbələrə daha çox seçim imkanı yaradır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.

Azərbaycan Texniki Universitetində (AzTU) isə 2025/2026-cı tədris ili üçün təhsil haqlarında dəyişiklik yoxdur, əvvəlki ildəki məbləğ olduğu kimi saxlanılıb.

Ümumilikdə 2025/2026-cı tədris ili üçün ölkəmizin aparıcı universitetlərində təhsil haqlarında böyük bir artım müşahidə edilmir. Bu xüsusilə tələbələrin təhsil xərclərinin artmasının qarşısını almaq və ali təhsilin əlçatanlığını təmin etmək məqsədini güdür. Lakin bəzi universitetlərdə təhsil haqlarında artım baş verib ki, bu da tələbələrin planlarını düzgün qurması üçün diqqətə almalı olduğu mühüm nüanslardan biridir. Yeni ixtisas və proqramların açılması isə tələbələr üçün gələcək karyeralarına əlavə imkanlar yaradır.  

Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı like
  • 15 İyl 21:29  
Digərləri Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı

Yekaterinburqda Azərbaycan diasporasının rəhbərinin oğlu Mütvəli Şıxli

arrow Ətraflı
Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir! like
  • 15 İyl 21:19  
Digərləri Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir!

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan g

arrow Ətraflı
Həftəsonu Bayraq Meydanında növbəti avtoşou təqdim ediləcək like
  • 15 İyl 21:05  
Digərləri Həftəsonu Bayraq Meydanında növbəti avtoşou təqdim ediləcək

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığ�

arrow Ətraflı
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan şəxs kimdir?  DOSYE like
  • 15 İyl 21:04  
Digərləri “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan şəxs kimdir? DOSYE

Mədətov Fərhad SOCAR Azəriqaz İB-də Baş Direktorun maliyyə üzrə müavi

arrow Ətraflı
Azərbaycan və NATO arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi like
  • 15 İyl 20:41  
Digərləri Azərbaycan və NATO arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayən

arrow Ətraflı
Bakıda yaşayış evlərinə yaxın ərazidə YANĞIN like
  • 15 İyl 20:39  
Digərləri Bakıda yaşayış evlərinə yaxın ərazidə YANĞIN

Bakıda yaşayış evlərinə yaxın ərazidə yanğın baş verib.

arrow Ətraflı
Bu şəxslərin maaşı 2 min manata çatdı like
  • 15 İyl 20:15  
Digərləri Bu şəxslərin maaşı 2 min manata çatdı

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qu

arrow Ətraflı
“Mənzurə müğənni oğlana ərə gedir”  VİDEO like
  • 15 İyl 19:38  
Şou-biznes “Mənzurə müğənni oğlana ərə gedir” VİDEO

Müğənni Mənzurə Musayevanın ailə qurmağa hazırlaşdığı iddia olunub.

arrow Ətraflı
Ermənistan Fransaya hərbi attaşe təyin etdi like
  • 15 İyl 19:23  
Digərləri Ermənistan Fransaya hərbi attaşe təyin etdi

Ermənistan Fransaya hərbi attaşe təyin edib.

arrow Ətraflı
Rusiyada Azərbaycanla bağlı daha bir araşdırma başlandı like
  • 15 İyl 19:09  
Digərləri Rusiyada Azərbaycanla bağlı daha bir araşdırma başlandı

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Saratov şəhərində Azərbaycan ba

arrow Ətraflı
Azərbaycanda güclü yanğın: helikopterlər cəlb edildi like
  • 15 İyl 18:52  
Digərləri Azərbaycanda güclü yanğın: helikopterlər cəlb edildi

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın ba

arrow Ətraflı
Anasının efirdə dedikləri Leylanı ağlatdı like
  • 15 İyl 18:45  
Şou-biznes Anasının efirdə dedikləri Leylanı ağlatdı

Müğənni Leyla Rəhimova canlı yayımda kövrək anlar yaşayıb.

arrow Ətraflı
Tiktoker “Roşka” hakim qarşısında like
  • 15 İyl 18:33  
Digərləri Tiktoker “Roşka” hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövr

arrow Ətraflı
Fiziklər dünyada ən dəqiq atom saatını yaratdı like
  • 15 İyl 18:25  
Digərləri Fiziklər dünyada ən dəqiq atom saatını yaratdı

ABŞ-nin Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) alimləri dü

arrow Ətraflı