Uşaqların otağındakı bu əşya görməsinə


Digərləri 15 İyl 2025 03:03:00 65 0

Uşaqların otağındakı bu əşya görməsinə

Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnikdən (gecə işığı) istifadə edirlər. Lakin zəif gecə işığı uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Son.az bu əşyanı sizə təqdim edir:

Noçniklər uşaqlara necə zərər verə bilər? Həkimin sözlərinə görə, uşaq otağındakı noçnik zamanla uşaqlarda miopiya - yəni uzağı görməmə problemi yarada bilər.

"Gecəni noçnik və ya zəif işıqla yatan uşaqlarda böyüdükcə miopiya inkişaf etmə riski daha yüksək olur. Amma tam qaranlıq otaqda yatan uşaqlarda bu risk xeyli aşağıdır". O əlavə edir ki, göz qapalı olsa belə, mavi spektrli işıq uşaqların nazik göz qapağı dərisindən keçərək melanopsin hüceyrələrini stimullaşdıra bilər. Bu da uşaqların bioloji saatına - yəni sirkadiyen ritmlərinə təsir edir və nəticədə yuxu pozuntusu və göz sağlamlığında problemlər yarana bilər.

Hansı işıq daha uyğundur? İsti tonlu işıqlar (sarı, qırmızı) daha az zərərlidir və noçnik kimi istifadəyə daha uyğundur. Noçnik çox parlaq və birbaşa uşağın gözünə yönəlibsə, bu, görmə yorğunluğuna səbəb ola bilər, xüsusilə də uşaq gecə oyanarsa və birbaşa işığa baxarsa.

Valideynlərə tövsiyələr: İsti və zəif işıqlı noçniklər seçin (sarı və ya qırmızı tonlar).

Noçniki elə yerləşdirin ki, işıq birbaşa uşağın üzünə düşməsin.

Əgər ehtiyac yoxdursa, xüsusilə körpələr üçün, noçnikdən istifadə etməyin - onlar tam qaranlıqda rahat yata bilərlər. Əgər uşaq qaranlıqdan qorxursa, zəif və dolayı işıq mənbəyi seçin. Taymer və ya hərəkət sensoru ilə təchiz olunmuş modellər daha təhlükəsizdir.

Miopiya nədir? Miopiya və ya yaxın görmə - uzaq məsafədəki obyektlərin bulanıq, yaxın obyektlərin isə aydın görünməsi ilə xarakterizə olunur. Bu, göz formasının və ya iç quruluşunun işıq şüalarının düzgün şəkildə torlu qişada (retinada) fokuslanmasına mane olması ilə baş verir. Adətən uşaqlıq və yeniyetmə dövründə inkişaf edir və bəzən irsən keçə bilər. Orqanizmin sürətli böyüdüyü dövrlərdə miopiyanın irəliləməsi mümkündür. Bir araşdırma zamanı 2-16 yaş arası 479 uşaq üzərində aparılan müşahidələr göstərib ki, erkən uşaqlıq dövründə gecə vaxtı tam qaranlıqda yatmamaq miopiya üçün risk amili ola bilər. Qeyd olunur ki, bu araşdırma noçnikin birbaşa səbəbkar olduğunu sübut etmir, lakin potensial təhlükə olduğu bildirilir. /Lent.az


Xəbərə aid fotolar

Qidalarda geniş istifadə olunan boya like
  • 15 İyl 02:02  
Digərləri Qidalarda geniş istifadə olunan boya

Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayes

arrow Ətraflı
Hansı Avropa ölkələrində ən yüksək maaş verilir? like
  • 15 İyl 01:01  
Dünya Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?

2023-cü ildə Avropa İttifaqında tam ştatlı işçiyə düşən orta düzəl

arrow Ətraflı
Sərinkeşin qarşısında yatmaq zərərlidir? like
  • 15 İyl 00:30  
Digərləri Sərinkeşin qarşısında yatmaq zərərlidir?

Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində

arrow Ətraflı
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz like
  • 15 İyl 00:01  
Digərləri Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Müşviq Abbasova ağır itki like
  • 14 İyl 23:45  
Şou-biznes Müşviq Abbasova ağır itki

"Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasova ağır itki üz verib

arrow Ətraflı
Tbilisidə bina uçdu  Ölənlər var like
  • 14 İyl 23:30  
Dünya Tbilisidə bina uçdu Ölənlər var

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşə

arrow Ətraflı
Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü like
  • 14 İyl 23:23  
Digərləri Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
İsrail Suriyadakı tankları vurub like
  • 14 İyl 23:00  
Dünya İsrail Suriyadakı tankları vurub

İsrail ordusu Suriyada bir neçə tankı vurub.

arrow Ətraflı
Tramp Rusiyanı 100%lik tariflə hədələdi like
  • 14 İyl 22:30  
Dünya Tramp Rusiyanı 100%lik tariflə hədələdi

50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ Rusiyaya tariflər tətbiq e

arrow Ətraflı
Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü like
  • 14 İyl 22:25  
Kriminal Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərin

arrow Ətraflı
Paşinyan Parisdə Makronla görüşdü like
  • 14 İyl 22:14  
Digərləri Paşinyan Parisdə Makronla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron il�

arrow Ətraflı
"Nilay" 5 il müddətinə həbs oluna bilər like
  • 14 İyl 22:00  
Şou-biznes "Nilay" 5 il müddətinə həbs oluna bilər

Xəbər verdiyimiz kimi, aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun

arrow Ətraflı
"Son 25 il ərzində Azərbaycan öz irsinin qorunmasına sadiqliyini nümayiş etdirib" like
  • 14 İyl 21:52  
Kriminal "Son 25 il ərzində Azərbaycan öz irsinin qorunmasına sadiqliyini nümayiş etdirib"

Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və

arrow Ətraflı
Putin valideynlərindən danışdı : "Onlar danışmırdılar" like
  • 14 İyl 21:48  
Digərləri Putin valideynlərindən danışdı : "Onlar danışmırdılar"

Rusiya prezidenti Vladimir Putin valideynləri ilə bağlı xatirələrini böl�

arrow Ətraflı