Kartofun qiymətindəki dəyişikliyə
Digərləri 12 Mar 2025 19:42:00 74 0
Son günlər bazarlarda kartofun qiymətində dəyişiklik müşahidə olunur. Belə ki, hazırda piştaxtalarda təklif olunan kartofun bir kiloqramının qiyməti 1.50-2 manat arasında dəyişir. Bu isə ötən aylarla müqayisədə təqribən 25-50% artım deməkdir. Sözügedən məhsul üzrə daxildə istehsal, eləcə də, ixrac, anbarlarda məhsul həcmi və mövsümi təsirlər kartofun qiymətində artıma necə təsir edir?
Bu xəbəri də oxu: Azərbaycanda bu fəsil sıradan çıxır
Digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur...
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.
Vurğulanıb ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.
Bundan əlavə, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə sərbəst seçərək ala bilər".
Mövsümi faktorlar səbəbindən məcmu tələbin və ya təklifin artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir...
Dövlət Agentliyindən verilən məlumata əsasən, kənd təsərrüfatı məhsullarından olan kartofun qiymətinin dəyişməsinə bir sıra amillər, o cümlədən, mövsümi faktorlar təsir göstərə bilər:
"Bəzi mövsümlərdə müəyyən məhsulların istehsalı, idxalı mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydə alınır.
Daxili bazarda qiymət dəyişiklikləri zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasının araşdırılması məqsədilə istehlakçılar tərəfindən geniş istifadə edilən bir sıra ərzaq məhsullarının dünya bazar qiymətləri, onların dinamikası və dəyişmə meylləri barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mütəmadi monitorinq və təhlillər aparılır".
Agentlik qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirərkən pozuntu aşkar etdikdə qanunvericiliyə uyğun tədbirlər görür...
İraqın Ərbil şəhərində baş verən və Hakkaridə də hiss edilən 4,8 ba

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyy�

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Dr. Tedros Adhanom

2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyy

Kişilər çox vaxt nikaha hazır olduqlarını açıq şəkildə ifadə etmirl�

Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaz təchizatı d

ABŞ prezidenti Donald Trampın administrasiyası Oreqon ştatında yerləşən

"Aşk-ı Memnu" serialında birgə rol alan aktyorlar Selçuk Yönte

"Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nətic�

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezide

Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı

Xətai Sənət Mərkəzində "Shatu art group" tərəfindən təşkil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi

Bir vaxtlar çəkisi ilə gündəmdə olan məşhur "Victoria's Secret&

FantazEU mədəniyyət festivalı çərçivəsində "Yaşıl Dünyamız&quo
