Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik"
Digərləri 12 İyl 2025 11:58:00 64 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiyanın ənənəvi Kızılcahamam müşavirə düşərgəsində geniş və tarixi çıxış edib. Dövlət başçısının nitqində terrorla mübarizə, milli birlik və bölgə siyasətinə dair vacib mesajlar yer alıb.
Bu xəbəri də oxu: Azərbaycanda seysmik risklər Xəritələr yeniləndi
Son.az xəbər verir ki, Prezident Ərdoğan çıxışında 1984-cü ildən bu yana Türkiyənin terror səbəbilə verdiyi böyük itkiləri xatırladaraq bildirib ki, təkcə 10 minə yaxın təhlükəsizlik əməkdaşı şəhid olub. O, bəzi açılmamış cinayətlər və dövlətin keçmişdəki yanlış davranışlarının da terrorun tam aradan qaldırılmasına əngəl olduğunu etiraf edib.
PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - Silahlar yandırıldı - FOTOƏrdoğan: "Ağ Toroslar, açılmamış cinayətlər və bəzi qeyri-qanuni fəaliyyətlər bu mənzərədə rol oynadı. Terrorun kökü hələ tam kəsilməyib," - deyə vurğulayıb.
Prezident çıxışında həmçinin Srebrenitsa soyqırımının 30-cu ildönümünü xatırladaraq, Bosniyalı qardaşlarının yanında olduqlarını bildirib və "Oxşar əzabların bir daha yaşanmaması üçün mübarizəmizi davam etdirəcəyik," deyə qeyd edib.
Duyğusal anlar da yaşanan çıxışda Ərdoğan baş məsləhətçisi Yiğit Bulutun vəfatını da açıqlayaraq, mərhumun xatirəsinə Fatihə oxunmasını istəyib.
Sonda Prezident ölkənin gələcəyi ilə bağlı ümidlərini bölüşüb:
"Ümid edirəm ki, terrordan azad Türkiyə yolunda atılan bu addım faydalı olacaq. Allah bizə millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülh üçün hədəflərimizə çatmağı nəsib etsin."
Fidan Son.az
Türkiyəli sosial media fenomeni Kadir Ezildi paylaşdığı görüntülərlə

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyulun 12-də p

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Nigar Rəsulbəyovanın təq

Göyçay rayonunda çayxanada zarafat qətl hadisəsi ilə nəticələnib.

Müğənni Aisel "İlk günah" adlı yeni layihəsindən ilk görünt�

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

Ermənistanın Baş naziri, Mülki Müqaviləsi Partiyasının İdarə Heyətini

Türkiyədə Antalya Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr

İyulun 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən ba

Yekaterinburqun Koltsovo hava limanında Azərbaycana bəyan olunmamış dərman

İşğaldan azad edilən ərazilərdə səfərdə olan tanınmış dünya səyya

Sumqayıtda ailə münaqişəsi zəminində kürəkən öz qayınatasını öld�

Yaponiya avtomobil nəhəngi Nissan, Murano, Pathfinder və Frontier modellərin

Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
