Plastik cərrahlar QİYMƏTİ QALDIRDILAR


Digərləri 12 Mar 2025 12:45:00 58 0

Plastik cərrahlar QİYMƏTİ QALDIRDILAR

Ekspert deyir ki, bundan sonra vətəndaşlar da qərar qəbul edərkən məsuliyyətli davranmalı olacaqlar

Son aylarda plastik cərrahların fəaliyyətinin ciddi yoxlanması nəticəsində 2025-ci ilin fevral ayında bir neçə plastik cərrahın sertifikasiya şəhadətnamələri ləğv edildi. Səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası hələ fəaliyyətini davam etdirir.

Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlamanı davam etdirir.  Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

Proses hələ davam etsə də, tələblərə cavab verməyən bəzilərinin bu sektordan çıxarılması həm cərrahların, həm də klinikaların fəaliyyətinə ciddi təsir göstərib. Belə ki, yoxlamalar və cəzalar səbəbindən artıq bu sahədə fəaliyyət göstərənlərin sayı azalıb. Məlumata görə, bunun nəticəsində plastik və estetik xidmətlərin qiymətləri əhəmiyyətli dərəcədə bahalaşıb.

Dərman və tibbi vasitələrin qiyməti stabil qalsa da, kosmetoloqlar, plastik cərrahlar  öz xidmət haqlarını artırıblar. Bunun əsas səbəbi isə sektorda daha az sayda mütəxəssisin qalması və onların "mən saxta deyiləm" mesajı vermək istəməsidir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil. İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyyə standartlarının protokollarına uyğun həyata keçirilir: "Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir. Məsələn, Azərbaycanda çox icra olunan burun əməliyyatının qiyməti 800 AZN ilə 4500 AZN arası dəyişirdi. Burun əməliyyatının qiyməti ortalama 1700-2500 AZN arası idi.

Qeyd edək ki, mövzu ilə bağlı bir neçə estetik cərrahla əlaqə saxladıq, onlar cavab verməkdən yayındılar. Bildirdilər ki, araşdırmalar hələ davam etdiyinə görə açıqlama verməyə icazələri yoxdur.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Plastik əməliyyatlar sahəsində baş verən son proseslər gözlənilən idi. Belə ki, sənədləri təsdiqlənmiş əməliyyatların sayında müşahidə olunan azalma, bu sahədə yüksək tələbat fonunda qiymətlərin dəyişməsinə səbəb ola bilərdi. Əslində qiymət artımına dair müəyyən sərbəstlik əvvəldən mövcud idi və klinikalar bu çərçivədə hansı xidmətlərə hansı tarifləri tətbiq edəcəklərini özləri müəyyənləşdirirdilər. Bu da o deməkdir ki, qiymətlərdə vahidlik yoxdur və müxtəlif klinikalarda fərqli təkliflər mövcuddur.

Bazar iqtisadiyyatının qaydalarına əsasən, fərqli seçimlərin olması təbiidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu xidmətlər adətən icbari tibbi sığorta paketlərinə daxil edilmir. Bu səbəbdən də burada tətbiq olunan qiymət siyasəti fərqli yanaşmalarla müşayiət oluna bilər.

Digər tərəfdən, nazirliyin də vurğuladığı kimi, estetik əməliyyatlara qərar verilməzdən əvvəl peşəkar konsultasiyaların alınması mühüm əhəmiyyət daşıyır. Əgər əməliyyatlar həqiqətən də sağlamlıq üçün zəruridirsə, və ya insanın psixoloji rahatlığını təmin etmək üçündürsə, əlbəttə ki, belə müdaxilələr zəruri hesab oluna bilər. Lakin müşahidələr göstərir ki, bir çox hallarda insanlar sırf vizual dəyişikliyə nail olmaq məqsədilə təkrar-təkrar əməliyyatlara üz tuturlar. Görünür, qiymət artımı və mövcud ajiotaj fonunda insanlar bu sahədə qərar qəbul edərkən daha düşünülmüş və məsuliyyətli davranmalı olacaqlar. Bununla belə, mövcud vəziyyətin keçici xarakter daşıdığını düşünürəm. Hazırkı qeyri-sabitlik müəyyən müddət sonra bazarda balansın bərpa olunmasına, nəticədə isə qiymətlərin daha adekvat və dayanıqlı səviyyəyə enməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri növünə, cərrahın təcrübəsinə və klinikanın nüfuzuna görə dəyişir. Rinoplastika (burun əməliyyatı) 800 manatdan başlayaraq 3000 manata qədər yüksələ bilər. Məsələn, bəzi klinikalarda rinoplastika əməliyyatı 1000-1200 manat aralığında təklif olunur, digər klinikalarda isə qiymətlər 1500 manatdan başlayır. Mamoplastikanın (süd vəzilərinin böyüdülməsi) qiyməti təxminən 2500 manatdan başlayır. Abdominoplastika (qarın gərmə): Bu əməliyyatın qiyməti 2000 manatdan başlayır. Liposaksiya (bədəndən artıq piylərin götürülməsi): Qiymətlər 1500 manatdan başlayır. Blefaroplastika (göz qapaqlarının korreksiyası): Göz ətrafındakı qırışların yığışdırılması əməliyyatı 800-1000 manata başa gəlir. Bu qiymətlər təxminidir, klinikadan və cərrahın təcrübəsindən asılı olaraq dəyişə bilər.

Sənubər İsgəndərli mükafatlandırıldı  FOTO like
  • 12 Mar 12:32  
Kriminal Sənubər İsgəndərli mükafatlandırıldı FOTO

Əməkdar artist Sənubər İsgəndərli mükafatlandırılıb.

arrow Ətraflı
3 hərbçini qətlinə görə ömürlük həbs olunan çavuşla bağlı QƏRAR like
  • 12 Mar 12:27  
Kriminal 3 hərbçini qətlinə görə ömürlük həbs olunan çavuşla bağlı QƏRAR

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əla

arrow Ətraflı
Çin şirkətindən böyük addım: insanabənzər robotlara 13 milyard dollar investisiya like
  • 12 Mar 12:25  
Digərləri Çin şirkətindən böyük addım: insanabənzər robotlara 13 milyard dollar investisiya

Çinin aparıcı avtomobil istehsalçılarından biri olan Xpeng, insanabənzər

arrow Ətraflı
Məşhur avtoritet dəbdəbəli VİLLASINI bu qiymətə SATIR like
  • 12 Mar 11:58  
Digərləri Məşhur avtoritet dəbdəbəli VİLLASINI bu qiymətə SATIR

Rusiyada Kuzbas vilayətinin məşhur avtoritetlərindən biri olan Aleksandr �

arrow Ətraflı
“Biznesmen məni arvadına hədiyyə etdi”  VİDEO like
  • 12 Mar 11:48  
Şou-biznes “Biznesmen məni arvadına hədiyyə etdi” VİDEO

Müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Azərbaycan və Şimali Makedoniya Saziş imzaladı like
  • 12 Mar 11:47  
Siyasət Azərbaycan və Şimali Makedoniya Saziş imzaladı

Azərbaycan Respublikası Hökuməti və Şimali Makedoniya Respublikası Hökum

arrow Ətraflı
Prezident Tatyana Valovayanı qəbul edib like
  • 12 Mar 11:41  
Siyasət Prezident Tatyana Valovayanı qəbul edib

Son.az bildirir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma

arrow Ətraflı
Putin bunu məhv etdi like
  • 12 Mar 11:40  
Dünya Putin bunu məhv etdi

Ukraynadakı müharibə diplomatik yolla başa çatmalıdır. Üstəlik, Ukrayna

arrow Ətraflı
Xalq artisti vəfat etdi  FOTO like
  • 12 Mar 11:39  
Kriminal Xalq artisti vəfat etdi FOTO

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası

arrow Ətraflı
Avropa İttifaqı Bakının önəmini dərk edir, like
  • 12 Mar 11:38  
Siyasət Avropa İttifaqı Bakının önəmini dərk edir,

Son illərdə Avropada Birləşmiş Ştatlardan asılılığın azaldılması z�

arrow Ətraflı
Tətilə getdiyi ölkədə xəstəxanaya yerləşdirildi  FOTO like
  • 12 Mar 11:29  
Şou-biznes Tətilə getdiyi ölkədə xəstəxanaya yerləşdirildi FOTO

Türkiyəli məşhur müğənni Melek Mosso səhhətində yaranan problemlər s�

arrow Ətraflı
Qartal Əjdahaya qarşı: Mərkəzi Asiyanı parçalayan ticarət savaşı like
  • 12 Mar 11:27  
Dünya Qartal Əjdahaya qarşı: Mərkəzi Asiyanı parçalayan ticarət savaşı

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
İlham Əliyev Migel Anxel Moratinosu qəbul edib like
  • 12 Mar 11:26  
Siyasət İlham Əliyev Migel Anxel Moratinosu qəbul edib

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mar

arrow Ətraflı
"Volkswagen"in gəlirləri azaldı – Çin bazarında sərt rəqabət like
  • 12 Mar 11:18  
Digərləri "Volkswagen"in gəlirləri azaldı – Çin bazarında sərt rəqabət

Alman avtomobil nəhəngi Volkswagen 2024-cü il üzrə maliyyə nəticələrin

arrow Ətraflı
Ağır QƏZA: VAZ2107 avtobusa ÇIRPILDI  FOTO like
  • 12 Mar 11:16  
Digərləri Ağır QƏZA: VAZ2107 avtobusa ÇIRPILDI FOTO

Ötən gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində ağır yol-n�

arrow Ətraflı