Rusiyaya işləməyə getmişdi YOXA ÇIXDI
Digərləri 10 İyl 2025 12:11:00 76 0
"Azərbaycan vətəndaşı Mayis Qədir oğlu Səfərov 2024-cü ilin oktyabr ayının 27-də işləmək məqsədilə rəsmi qaydada Rusiyanın Amur vilayətinin Svobodnı şəhərinə yollanıb. O, bir şirkət vasitəsilə "Amur" adlı müəssisədə qanuni fəaliyyət göstərib. M.Səfərov 7-8 ay həmin müəssisədə işləyib və sənədləri tam qaydasında olub".
Bu xəbəri də oxu: Gəncədən Moskvaya olan uçuş təxirə salındı SƏBƏB
Son.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Mayis Səfərovun həyat yoldaşı Sahilə Səfərova deyib.
S.Səfərova deyib ki, xeyli vaxtdır həyat yoldaşı ilə əlaqələri kəsilib. O əlavə edib ki, sonuncu dəfə əri ilə iyunun 28-də axşam saatlarında əlaqə saxlayıb. Həmin vaxtdan etibarən isə ondan heç bir xəbər yoxdur:
"Yoldaşım şirkət vasitəsilə, rəsmi qaydada Rusiyaya gedib. Sənədlərində heç bir problem yox idi. İçki içmir, pis vərdişləri yoxdur, sakit və namaz qılan bir insandır. Aldığımız məlumata görə, onu heç bir səbəb göstərilmədən saxlayıblar. Rusiya polisi tərəfindən bölməyə aparıldığı deyilir, amma bizə nə səbəb, nə də vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib".
S.Səfərova həmçinin vurğulayıb ki, həyat yoldaşının ata və anası da dünyasını dəyişib: "Heç kimimiz yoxdur, uşağım xəstədir, yoldaşımın bacısı da ruhi xəstədir, mən isə işləmirəm. Yoldaşım bizi dolandırmaq üçün Rusiyaya gedib. İndi isə onunla əlaqə saxlaya bilmirik".
S.Səfərova qeyd edib ki, Xarici İşlər Nazirliyinə müraciət etsə də, hələ ki heç bir cavab ala bilməyib.
2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağ

Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin

Azərbaycanda müharibə əlilləri və şəhid ailələri dövlət tərəfində

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 112 min dolları ötüb.

Məşhur müğənni Rihanna mayın 31-də vəfat edən atası Ronald Fentinin Ba

Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin (BDU) nəzdin

"Təxminən 56 mindən artıq müəllimin əməkhaqqısı artırılıb"

İyulun 13-də I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Tolstoy yaşayış məntəq�

ABŞ prezidenti Donald Tramp Şon Daffinə vəzifə verib.

Bu həftə bəzi bürclər üçün ürək döyüntüləri sürətlənəcək! Uld

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğı
