Alla Puqaçova sifarişli qətlin təşkilində ittiham olundu
Şou-biznes 12 Mar 2025 00:19:00 78 0
Məşhur müğənni Alla Puqaçova Rusiyada sifarişli qətlin təşkilində ittiham olunub və indi dindirməyə çağırıla bilər.
Bu xəbəri də oxu: “Ona görə kişim yoxdur ki...” FOTO
Son.az xarici mənbəyə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin (FTKL) rəhbəri Vitali Borodin ona qarşı sui-qəsd cəhdinin olduğunu iddia edib və bu hadisənin təşkilində müğənni Alla Puqaçovanı, eləcə də müxalifətçilər Mixail Xodorkovskini və Leonid Nevzlinı günahlandırıb.
Borodin Rusiya İstintaq Komitəsinə martın 9-da NTV kanalında yayımlanan "Yeni rus sensasiyaları" verilişindən sonra müraciət edib. Verilişdə onun Puqaçova haqqında səsləndirdiyi fikirlərin, həmçinin müğənninin dövlət təltiflərindən məhrum edilməsi, xarici agent kimi tanınması və cinayət məsuliyyətinə cəlb olunması təşəbbüslərinin mümkün hücumun səbəbi ola biləcəyi iddia olunub.
Məmur əminliyini ifadə edərək bildirib ki, istintaq bütün aidiyyəti şəxsləri məsuliyyətə cəlb edəcək. O, həmçinin cinayət işinin açılacağına ümid etdiyini və Alla Puqaçovanı ifadə vermək üçün gəlməyə çağırdığını qeyd edib.
Borodin müraciətində öz həyatından narahat olduğunu da vurğulayıb və bu barədə ədliyyə general-mayoru Andrey Strijova rəsmi ərizə verdiyini bildirib.
Qeyd edək ki, FTKL rəhbəri daha əvvəl də mədəniyyət nümayəndələrini, o cümlədən Liliya Axedjakovanı, Layma Vaykuleni, Semyon Slepakovu və Danila Kozlovskini ittiham edib. Bundan əlavə, o, Santa-Klausun xarici agent kimi tanınmasını təklif edib və bunu onun guya Şaxta babaya alternativ yaradaraq rus mədəniyyətini əvəz etməsi ilə əsaslandırıb.
Xatırladaq ki, Alla Puqaçovaya və Rusiyada xarici agent kimi tanınan Maksim Qalkinə məxsus olan Qryaz kəndindəki qala yerli sakinlərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, bina kəndin ümumi görünüşünə uyğun gəlmir və sökülməlidir.
"Qalanı partlatmaq lazımdır, çünki o, ətraf mühitə uyğun deyil. Onlar burada özlərinə Kurşavel qurublar, amma bura kənddir", - bir kişi bildirib və mülkün vəziyyətinə və orada qara kifin əmələ gəlməsi ilə bağlı şayiələrə əhəmiyyət vermədiyini vurğulayıb. /lent.az Son.az
Sürətlə gələn avtomobillər yolda yaranmış çuxura düşür.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini yenidən

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük Anıl Altan və Pelin Aki

"Tik Tok" platformasında hesab açaraq psixatrop maddələrin satış

Aparıcı Tarix Əliyev (Tolik) Zaur Kamalın Sərxan Kərəmoğluna toyla ba�

Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp Ki

"ABŞ tərəfi bizim arqumentlərimizi başa düşür, təkliflərimizi qə

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar

Baku TV-nin "Salam Baku" verilişində sosioloq Üzeyir Şəfiyevlə s

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının qiymət

Kiyev ABŞ-nin Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifini q�

Reytinq rekordları qıran fenomen serial "Bahar" sevilən aktyorlarda

Böyük Britaniyanın Şərqi Yorkşir sahillərində şimal dənizində baş ve
