Milli Məclisin Komissiyası Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı açıqlama yayıb
Siyasət 01 İyl 2025 21:55:00 86 0
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.
Bu xəbəri də oxu: Ayxan Hacızadədən Mixail Şvıdkoya CAVAB
Son.az açıqlamanı təqdim edir:
"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalmışdır.
Azərbaycan tərəfinin bütün səviyyələrdə verdiyi açıqlamalara baxmayaraq, Komissiyanın apardığı monitorinqlər zamanı qonşu və dost İran İslam Respublikasının ərazisində və ondan kənarda fəaliyyət göstərən qruplar tərəfindən "Telegram", "TikTok", "Facebook", "X" və "YouTube" kimi platformalarda "münaqişədə Azərbaycanın rolu" ilə bağlı saxta xəbərlər və məlumatlar paylaşılaraq dövlətimizin təhlükəsizliyi və milli maraqları əleyhinə genişmiqyaslı dezinformasiya kampaniyalarının davam etdiyi müəyyən edilmişdir.
Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilmiş, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə edilmişdir.
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfirinin səsləndirdiyi təxribat xarakterli iddialardan sonra isə İrandakı ermənipərəst dairələrin və şəxslərin, o cümlədən Ermənistana bağlı şəbəkələrin anti-Azərbaycan və qızışdırıcı ritorikasının daha da artdığı diqqətimizi cəlb etmişdir.
Eyni zamanda, İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə Azərbaycan vətəndaşlarını müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar edilmişdir.
Komissiyanın hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillə, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız "TikTok" platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür".
"Lukoyl" şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəh

Müğənni Zamiq Hüseynov açıqlaması ilə diqqət çəkib.

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İr

Xəbər verildiyi kimi, Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yek

Danimarka parlamentinin iyunun 11-də qəbul etdiyi qanuna əsasən, bu gündən

Super qidalar arasında yer alan və sağlamlığa olan saysız faydaları ilə

Bir neçə gün əvvəl Bakıda faciəvi şəkildə həlak olan Cümşüd Cümş

Müğənni Aysun İsmayılova qızı Sevgiyə görə qəzəblənib.

"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("
