Bakıda məktəb direktoru işçilərinə maşın yudurur "Hər şeyin qiyməti var verirsən, işin həll olunur" FOTO
Digərləri 26 İyn 2025 21:40:00 71 0
Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb.
Bu xəbəri də oxu: Avtobusda gərgin anlar: kişi qızı qolundan tutub ÇÖLƏ ATDI VİDEO
Məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən avtomobillər - 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur. Halbuki mövcud qaydalara əsasən, məktəb ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.
İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.
Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. Belə ki, onun altı nəfərdən 2 500-3 000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edən şəxslərə isə aylarla "hazırda yoxdur, sonra qaytaracağam" cavabını verdiyi deyilir.
Ən diqqətçəkən məqamlardan biri isə direktor Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamalarıdır. Onun yaxın çevrəsində "Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var - verirsən, işin həll olunur" kimi ifadələr işlətdiyi iddia olunur.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.
Həmçinin qeyd olunub ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb:
"Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".
Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Minskd

"Əgər Xamenei bizim nişangahımızda olsaydı, onu aradan götürərdik&

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Dövlət Yanğın Nəzar�

İsrail-İran münaqişəsini artıq keçmişdə qalmış hesab etmək olar

Niderlandda keçirilən NATO mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp

İyunun 26-da Aktau hava limanı yaxınlığında 2024-cü ilin dekabrında qəz

Demək olar ki, hər kəs ləzzətli yeməklərdən zövq alır. Lakin bəzi ins

"Hudutsuz Sevda"nın Gamzesi Zehra Yılmazın toyların birindən yay�

Lerik rayonunun kənd məktəblərində fəaliyyət göstərən iki müəllim se

Mərkəzi Afrika Respublikasında məktəbdə baş verən partlayış faciəyə

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Nəvai Bəkirovun (Na

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhə

Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığın
