Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldi
Digərləri 25 İyn 2025 13:26:00 80 0
Belarusun paytaxtı Minsk şəhərində Belarus və Azərbaycan jurnalistlərinin iştirakı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr edilmiş "Azərbaycan və Belarus mediası: Birgə əməkdaşlığın pespektivləri" mövzusunda konfrans keçirilib.
Bu xəbəri də oxu: 1 aydır ki, Binəqədi yolu "bağlıdır" Kilometrlərlə tıxac yaranır: sakinlər yolda qalıb VİDEO
Görüşdə Belarus Jurnalistlər İttifaqının sədri, deputat Andrey Krivoşeyev, Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev, Belarusun ən yüksək tirajlı qəzetlərindən olan "Veçerniy Minsk" qəzetinin baş redaktoru Yuliya Denişik, "Belarus 24" Televiziyasının baş direktorunun müavini Dmitriy Voronyuk, Belarus Milli Radiosunun direktor müavini Nadejda Lısenko, Belarusun ən məşhur blogerlərindən olan Vitali Xramsou, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı, ictimaiyyətlə əlaqələr üzrə fəlsəfə doktoru Müşfiq Hüseynov çıxış edib.
Konfransda Belarus və Azərbaycanın gənc jurnalist və blogerəri üçün press-turların təşkili, multimedia məzmununun mübadiləsi, ortaq layihələr müzakirə edilib.
Hacıbəy Heydərli çıxışında qeyd edib ki, Azərbaycan və Belarus arasında bütün sahələrdə münasibətlər ən yüksək səviyyədədir:
"Hər iki dost ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və Belarus beynəlxalq müstəvidə hər zaman bir-birini dəstəkləyən ölkələrdir. Bu münasibətlərin media sahəsində də çox böyük potensialı var. Belarus Jurnalistlər İttifaqı ilə bərabər biz iki ölkənin jurnalistləri və blogerləri arasında münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyik. Eyni zamanda dezinformasiya və saxta xəbərlərə qarşı da birgə mübarizə aparacağıq".
Tədbirdə çıxış edən Editor.az informasiya portalının rəhbəri Fərid Şahbazlı hər iki ölkənin media sahəsində əməkdaşlıq perspektivlərindən danışıb:
"Bu gün media dünyada çox böyük gücdür. Belə bir yeniləşən dünyada informasiya təhlükəsizliyi, dezinformasiya və saxta xəbərlər ilə mübarizə, sosial medianın cəmiyyətə təsiri və bu kimi mövzular daha da aktullaşır. Hesab edirəm ki, hər iki ölkənin gəncləri bu görüş çərçivəsində, növbəti mərhələdə birgə konfranslar, təlimlər, dəyirmi masalar reallaşdırmalıdırlar".
ABŞ Prezidenti Donald Tramp NATO sammitinin yekun bəyanatında "Rusiya t�

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində

Son illərdə sağlam həyat trendləri arasında populyarlığını artıran li

Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə "general-ma

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüks

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüks

Prezident İlham Əliyev "Cəzaçəkmə müəssisələrində peşə təhsil

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət-Prosessual Məc�

Qırğızıstanda əxlaqsız saytlara girişin qadağan olunması üçün qanun

Baqrat Qalstanyan evində aparılan axtarışlardan sonra Ermənistan MTX tərə

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadı

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən Bakıda v�

Müğənnilər Şəbnəm Tovuzlu paylaşımı ilə diqqət çəkib.
