1 aydır ki, Binəqədi yolu "bağlıdır" Kilometrlərlə tıxac yaranır: sakinlər yolda qalıb VİDEO
Digərləri 25 İyn 2025 09:55:00 64 0
"Saat 4 olub, işçilər hamısı gedib, ərazidə iş getmir, camaat əziyyət çəkir tıxaca görə, 1 aydır yol bu vəziyyətdədir"
Son.az bildirir ki, bunu sosial şəbəkə istifadəçisi Binəqədi şosesindəki vəziyyətlə bağlı yazıb. 1 aydır ki, ərazidə aparılan təmir işlərinin uzanmasına narazılığını bildirən sakin yoldan istifadə edən şəxslərin çətin vəziyyətə düşdüklərini bildirib. Onun dediyinə görə yolda aparılan işlərlə əlaqədar 1 aydır ki, nəqliyyat iflic vəziyyətə düşür.
Adi vaxtlarda da Bakının ən tıxaclı yollarından olan Binəqədi şosesində 1 aydır ki kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar təmir işləri aparılır. Bu barədə Son.az məlumat əldə edib.
Saytımıza verilən məlumata görə ərazidəki işlər Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə əsasən həyata keçirilir. Binəqədi şosesində inşa edilmiş yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sözügedən ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti tam dayandırılmayıb. Təmirin nə vaxt yekunlaşacağına dair məlumat verilmir.
Yol təmirində dünya təcrübəsi
Əsas yollarda aparılan təmir işlərinin nəqliyyata yaratdığı çətinliklər, dünyanın bir çox ölkəsində bu prosesin sürətlə və effektiv şəkildə həyata keçirilməsi üçün xüsusi üsulların tətbiqini zəruri edib.
Müasir texnologiyalar və düzgün planlama sayəsində bəzi ölkələrdə yol təmirinə sərf olunan vaxt minimuma endirilir. Məsələn, Almaniya, Yaponiya və ABŞ-da bu sahədə gecə işlərinə və 24 saatlıq növbəli iş rejiminə üstünlük verilir. Yol təmiri gündüz tıxac yaratmamaq üçün gecə saatlarında görülür və tikinti heyəti növbə ilə fasiləsiz işləyir.
Bundan başqa, prefabrik - yəni əvvəlcədən zavod şəraitində hazırlanmış asfalt və ya beton plitələrin istifadə olunması da geniş yayılıb. Bu üsulla yerində tökmə və quruma müddətinə ehtiyac qalmır, plitələr birbaşa yola yerləşdirilir və qısa zamanda istismara verilir. Paralel olaraq sürətlə bərkiyən (fast-setting) asfalt və beton qarışıqları da geniş tətbiq olunur. Belə materiallar bir neçə saata sərtləşərək yolun yenidən açılmasına imkan verir.
Texniki baxımdan isə avtomatlaşdırılmış və çoxfunksiyalı yol təmiri maşınları da mühüm rol oynayır. Bu texnika eyni anda qazıntı, material səpilməsi və sıxlaşdırma funksiyalarını yerinə yetirərək işin mərhələlərini birləşdirir və sürətləndirir.
Yol təmirinə başlamazdan əvvəl simulyasiya proqramları ilə layihələndirmə və təhlil aparmaq da vacib sayılır. Beləliklə, texniki qüsurlar minimuma endirilir və təmirin ardıcıllığı əvvəlcədən dəqiq müəyyənləşdirilir.
Sürətli təmirin təmin edilməsi üçün başqa bir önəmli amil isə nəqliyyatın idarə olunmasıdır. Alternativ yollar əvvəlcədən hazırlanır, ağıllı yol nişanları və real vaxtda trafik yönləndirməsi tətbiq olunur. Bununla sürücülərin tıxacla qarşılaşması və vaxt itirməsi minimuma endirilir.
Bəzi ölkələrdə yol təmiri işləri dövlət və özəl sektor arasında tərəfdaşlıqla həyata keçirilir. Müqavilələrə əsasən, təmir işlərini daha tez bitirən şirkətlərə əlavə bonuslar təqdim olunur ki, bu da sürəti və keyfiyyəti artırır.
İslam Son.az
Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyul

Xalq artisti Mələkxanım Eyubovanın canlı yayımda halı dəyişib.

Füzulidə baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.

İyunun 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında vət�

Cəmi 100 manat ver, 9 santimentrə qədər boyunu uzadaq... Aparatla ağrısız

Gələcəkdə insanların minlərlə il yaşaması mümkündür. Lakin hazırda

akiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və

Türkiyənin məşhur cütlüyü Gupse Özay və Barış Arduç haqqında ayrıl

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkiyə Dərman və

Smartfon alarkən istifadəçilər üçün ən vacib meyarlardan biri olan batar

Albalı-qırmızı dodaq boyası dodaqlarda zərif və cazibədar bir vurğudu

Aktrisa Pərvin Abıyeva tələb etdiyi qonorarı açıqlayıb.

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və

25 iyun üçün bürclərə gündəlik ulduz falı:
