Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
Digərləri 24 İyn 2025 05:05:00 80 0
Paltaryuyan maşının pis qoxmasının qarşısını almağın praktik bir yolu var. Müəyyən aralıqlarla tətbiq olunan sadə üsullar, tamburda yığılan xoşagəlməz qoxuların yaranmasına mane olur. Əlavə bir əməliyyata ehtiyac olmadan, maşının hər yuyulmada təravətli qalmasına kömək edir.
Son.az xarici mediaya istinadla bildirir ki, qoxunun mənbəyi hiss olunmadan yığılır və maşına hopur. Halbuki bu üsulda etməli olduğunuz tək şey - təbii vasitələrdən istifadə etməkdir. Tətbiqi asan, təsiri isə güclüdür. Paltarların pis qoxusunun qarşısını alarkən, maşının daxili səthində təravəti uzun müddət qoruyur.
Sirkə ilə təmizlik
Ağ sirkə və karbonat - paltaryuyan maşında yığılan yuyucu vasitə qalıqlarını, əhəng qatlarını və pis qoxuları aradan qaldırmaq üçün ən effektiv təbii ikilidir. Boş yuyulma proqramında, tambura 1 stəkan karbonat və yuyucu gözü hissəsinə 2 stəkan ağ sirkə əlavə edərək maşını işə salmaq, maşının içini dərin təmizləyir.
Təmizlik mütəxəssisi Ashley Matuska bu üsulun həm kif, həm də yuyucu qalığını effektiv şəkildə yox etdiyini bildirir. Xüsusilə ayda bir dəfə tətbiq olunması, maşının ömrünü uzatmaqla yanaşı, paltarların da daha təravətli qoxmasına şərait yaradır.
Yuma prosesi bitdikdən sonra qapağın dərhal bağlanması, içəridə nəmin qalmasına və bakteriya yaranmasına zəmin yaradır. Bu isə zamanla pis qoxulara səbəb olur. Yuma sonrası qapağı ən azı 30-45 dəqiqə açıq saxlamaq, daxili səthin qurumasını təmin edir. Xüsusilə rezin kənarlarda qalan rütubətli sahələr - bakteriya və kif yaranmasının ən geniş yayıldığı yerlərdir. Buna görə həm qapağı açıq saxlamaq, həm də rezin kənarları mütəmadi silmək qoxunun qarşısını almaqda çox təsirlidir.
Çay ağacı yağı ilə dezinfeksiya
Antibakterial xüsusiyyətləri ilə tanınan çay ağacı yağı, paltaryuyan maşında yaranan göbələk və bakteriya mənşəli qoxulara qarşı təbii bir həldir. İsti su ilə birlikdə bir neçə damcı çay ağacı yağı əlavə edilərək boş yuyulma aparılması, həm gigiyena yaradır, həm də xoş qoxu buraxır. Bu üsul xüsusilə yuyucu qalığından qaynaqlanan qoxulara qarşı effektivdir. Ancaq uçucu yağların həddindən artıq istifadəsi maşının hissələrinə zərər verə biləcəyindən ölçülü istifadə tövsiyə olunur.
Maşının yuyucu və yumşaldıcı hissələri zamanla qalıq toplayır. Bu sahələri isti su ilə çıxarıb fırçalayaraq təmizləmək, pis qoxuların əsas mənbəyini aradan qaldırır. Eyni şəkildə tambur ətrafındakı rezin kənarlar da mütəmadi silinməlidir. Bu hissələrdə yığılan kir və sabun qalığı zamanla kifə səbəb ola bilər. Sirkə və karbonatla hazırlanan təbii qarışıq bu sahələrdə də təhlükəsiz şəkildə istifadə oluna bilər və maşının ümumi gigiyenasını artırır./lent.az
Türkiyəli aktrisa Afra Saraçoğlu məşhur brendlərdən biri üçün çəkil

Yay mövsümünün gəlişi ilə kondisionerə tələbat da artır. Lakin kondis

Alimlər məktəbdən bəri öyrəndiyimiz su dövranı anlayışını yenidən

Canlılar tibbi olaraq öldükdən sonra belə, fərqli bir həyat formasında v

"İran rəsmi şəkildə özünün nüvə obyektlərinin məhv edilməsinə

Nişan mərasimində mübahisə küçədə əlbəyaxa davaya çevirilib.

Fars körfəzi üzərində hava məkanında tətbiq edilən müvəqqəti məhdud

24 iyun üçün ulduz falı (bürclərə görə ümumi proqnoz):

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin

"İran heç kimə hücum etməyib və heç vaxt özünə qarşı da təcav�

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam mar�

"İranın Bəhreyn və İraqda yerləşən ABŞ hərbi bazalarına hücum e

Bakının Yeni Ramana qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik e

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərin

Xalq artisti Nazpəri Dostəliyeva mərhum Xalq artisti Ramiz Novruzla bağlı e
