Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb


Siyasət 23 İyn 2025 14:38:00 51 0

Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "bank sistemi" barədə prokurun suallarını cavablandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas "bankı" kimi təqdim olunan "Artsaxbank"ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən "bank" olduğunu söyləyib. "Bank"ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin "bank"ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

"O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi", - deyə A.Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Xəbərə aid video

İranla müharibə Azərbaycana təsir etdi – Bu məhsullar bazardan yoxa çıxır like
  • 23 İyn 14:27  
Digərləri İranla müharibə Azərbaycana təsir etdi – Bu məhsullar bazardan yoxa çıxır

İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana �

arrow Ətraflı
İran hücum hədəflərini genişləndirir like
  • 23 İyn 14:13  
Dünya İran hücum hədəflərini genişləndirir

Birləşmiş Ştatların son düşmənçilik hərəkətləri İran Silahlı Qüv

arrow Ətraflı
Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı like
  • 23 İyn 14:00  
Digərləri Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb

arrow Ətraflı
Prezident Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib  FOTO like
  • 23 İyn 13:32  
Siyasət Prezident Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy r

arrow Ətraflı
İsrail İranın qırıcılarını belə vurdu like
  • 23 İyn 13:25  
Dünya İsrail İranın qırıcılarını belə vurdu

İsrail Hərbi Hava Qüvvələri İranın 6 aviabazasına zərbələr endirib.

arrow Ətraflı
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA like
  • 23 İyn 13:16  
Digərləri Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA

ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan sonra bölgədə radiasiya

arrow Ətraflı
ABŞ təyyarəsi Bakıya təcili eniş etdi like
  • 23 İyn 13:08  
Digərləri ABŞ təyyarəsi Bakıya təcili eniş etdi

"American Airlines" aviaşirkətinə məxsus və Yeni Dehli - Nyu-York

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido Dominqonun konserti keçiriləcək like
  • 23 İyn 13:07  
Kriminal Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido Dominqonun konserti keçiriləcək

Noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido

arrow Ətraflı
Nihalın ölümündən sonra çəkilən VİDEO tənqid olundu  Güləgülə halva qovurdular... like
  • 23 İyn 13:05  
Şou-biznes Nihalın ölümündən sonra çəkilən VİDEO tənqid olundu Güləgülə halva qovurdular...

Yaxın günlərdə həyatını itirən sosial media fenomeni Nihal Candanın öl

arrow Ətraflı
Rəsmi iş yeri olmayanlara ipoteka veriləcək?  AÇIQLAMA like
  • 23 İyn 12:44  
Digərləri Rəsmi iş yeri olmayanlara ipoteka veriləcək? AÇIQLAMA

Ölkədə onlarla insan var ki, ev almaq üçün ilkin ödənişi ödəməyə im

arrow Ətraflı
Brüs Li "kinoya qayıdır" – Yeni dövr başlayır! like
  • 23 İyn 12:37  
Digərləri Brüs Li "kinoya qayıdır" – Yeni dövr başlayır!

Brüs Li süni intellektin gücü ilə yenidən böyük ekrana qayıdır.

arrow Ətraflı
"İranİsrail münaqişəsi dərinləşərsə, qiymətlər yüksələcək"  ŞƏRH like
  • 23 İyn 12:30  
Digərləri "İranİsrail münaqişəsi dərinləşərsə, qiymətlər yüksələcək" ŞƏRH

"ABŞ-ın İrana son dağıdıcı zərbəsindən sonra neft-qaz bazarların

arrow Ətraflı