ABŞdan Hörmüz boğazı qərarına sərt reaksiya: "Böyük bədəl ödəyəcək"
Dünya 23 İyn 2025 09:40:00 63 0
İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynəlxalq aləmdə ciddi narahatlıq doğurub.
Bu xəbəri də oxu: İran hücum hədəflərini genişləndirir
Son.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu addıma kəskin reaksiya verib.
O bildirib ki, boğazın bağlanması ilk növbədə Çinə ağır zərbə vura bilər.
CBS telekanalında yayımlanan "Face the Nation" proqramında çıxış edən Rubio deyib:
"Çinin neft tədarükünün böyük hissəsi Hörmüz boğazından keçir. İran bu keçidi bağlayarsa, ilk olaraq Çin zərər çəkəcək. Bu, onların çox ağır bədəl ödəyəcəyi bir vəziyyət olacaq. Eyni zamanda, digər ölkələrə də təsir edəcək".
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Kevseri isə bildirib ki, qərar parlamentdə təsdiqlənsə də, yekun söz Milli Təhlükəsizlik Ali Şurasına məxsusdur.
Qeyd edək ki, Hörmüz boğazı İran və Oman arasında yerləşir və Fars körfəzini açıq dənizlərlə birləşdirir. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, bu boğazdan gündəlik təxminən 20 milyon barel neft nəql olunur. Bu, qlobal neft təchizatının təxminən dörddə birini təşkil edir.
İran Hörmüz boğazını bağlamaqla hədələyir: qlobal iqtisadiyyat buna nə dərəcədə hazırdır?Beynəlxalq Enerji Agentliyi də bu məsələyə reaksiya verərək boğazın bağlanmasının qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyini açıqlayıb. Ekspertlər bildirirlər ki, bu addım neftin qiymətini 100 dolları keçən səviyyəyə yüksəldə bilər.
Fidan Son.az
Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faci

Yay aylarında temperaturun yüksəlməsi ilə bir çox insan sərinlədici dond

"ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narah

Bu gün İran parlamenti Hörmüz boğazının bağlanması barədə qərar qəb

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla h

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox piv�

Bir çox insanın sevərək yediyi qidalardan biri də qarğıdalıdır. Yüksə

Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik

XVII-XVIII əsr Avropa kişiləri adətən iri ağ pariklərdə, pudralanmış �

Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümükl�

Son zamanlarda ölkəmizdə qarışıq nikahların sayı artıb.

İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ-nin İrana hava hücumlarından s

İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya p
